26.06.2022


“Altay xalqları qrupunda hind-avropa başlanğıcı o qədər gücləndi ki, məhz onlar Turan partlayışını davam etdirdilər. Hind-avropalılar oturaq həyat tərzinə keçdikdən sonra Avrasiya çöllərində estafet türklərin əlinə keçdi. Türklərin sayəsində Avrasiyanın hər yerində Apollon Loqosu bərqərar oldu. Köçəri həyat tərzini saxlayan hind-avropa xalqlarının bir qisminin və əfqan tayfalarının fəallığı müşahidə olunsa da, Turanın yeni söz sahibləri və ağaları türklər oldular. Siyasi səhnəyə girəndən sonra türklər morfolofji nöqteyi-nəzərdən Turanın hind-avropalılarının əvvəlki minilliklərdə daşıdıqları missiyanı uğurla davam etdirdilər. Və nəhayət, patriarxatın, Apollon Loqosunun dramatik hind-avropa partlayışı onunla tamamlandı ki, Turan torpaqları slavyanların, rusların nəzarətinə keçdi. Türklərdən sonra ruslar Turanın dramatik istorialını qapadılar, Avrasiyanın ekzistensial horizontlarının hərəkət və təyinat dialektikasına nöqtə qoydular”.

Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий