26.06.2022

"Sosial şəbəkədə Dövlət Gömrük Komitəsini “Nehrəm Gömrük Komitəsi” adlandırırlar"

DTX ƏMƏLİYYATI: "Süni qiymət artımı yaradan orqanların başında Dövlət Gömrük Komitəsi gəlir" - İqtisadçı

“Azərbaycan ictimaiyyətinin fikrində regionçuluğun, qohumbazlığın, yerlibazlığıan, rüşvətin, korrupsiyanın ən çox konsentrasiya olduğu yer Gömrük Komitəsidir. Hətta sosial şəbəkədə Dövlət Gömrük Komitəsini “Nehrəm Gömrük Komitəsi” adlandırırlar”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük komitəsində keçirdiyi əməliyyatı, qurumun fəaliyyəti və görülməli olan işləri şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli deyib.
Nazim Bəydəmirli bildirib ki, Gömrük Komitəsi ləğv olunmalıdır: “Hesab edirəm ki, Gömrük Komitəsində daxili çəkişmələr gedir. Azərbaycanda qurum rəhbərlərinin qəzəbinə tuş gələn məmurlar hər zaman cəzalandırılır. Gömrük Komitəsində dəfələrlə görmüşük ki, 100 dollar, 30 manat rüşvət alan inspektorlar işdən qovulublar, korrupsiya ilə bağlı uzun-uzadı Azərbaycan cəmiyyətinə leksiya oxuyurlar. Bunların hamısı fikri yayındırmaqdır. Gömrük orqanlarının düzəlməsi üçün bu qurum komitə kimi ləğv olunmalıdır. Bütün dünyada olduğu kimi, Gömrük Xidməti olmalıdır. Adında da göründüyü kimi, həmin qurum sahibkarlara və vətəndaşlara xidmət üçün olmalıdır. Dünyada mərkəzi icra hakimiyyəti orqanı olaraq siyasət müəyyən edən gömrük qurumu yoxdur, Gömrük Xidməti var və onların da mütləq əksəriyyəti Maliyyə Nazirliyinin tərkibində, gömrük, vergi, rüsum yığan qurumlar olaraq idarə etməsində olur. Rusiyada da gömrük xidmətdir. Azərbaycanda, çox təəssüf ki, gömrük orqanı icazə verən orqan kimi fəaliyyət göstərir. Monopoliyanın birbaşa icraçısı gömrük orqanlarıdır. Azərbaycan süni qiymət artımı yaradan orqanların başında duran Dövlət Gömrük Komitəsidir”. /yenicag.az/

Комментариев нет:

Отправить комментарий