“Rusiya dövləti daim Osmanlı dövləti ilə ittifaqa girmək üçün yollar aradı, bu cəhdlər həmişə İngiltərə və Fransanın müdaxiləsi sayəsində nəticəsiz qaldı. 1831-ci ildə Misir sultanı Məhəmməd Əli və onun sərkərdə oğulluğu İbrahim paşa üsyan qaldırdılar, qoşun yeridərək az qala İstanbulu tutdular. Lakin Rusiya Osmanlının köməyinə yetişərək onu məhv olmaqdan xilas etdi. Çar 1-ci Nikolayın əmri ilə rus gəmiləri Bosfora girdi və misirliləri geri oturtdu. Osmanlı ilə Rusiya arasında geopolitik alyans qurulmasına bu cür imkanlar bir neçə dəfə yaransa da hər dəfə ortalığa girən Modern Avropa bu alyansa imkan vermədi. Bu iki ənənəvi cəmiyyətlərin, iki imperiyaların birləşməsinə xırda bir işarə, xırda bir cəhd belə modernist sekulyar Qərbdə dəhşət doğururdu. Avropalılar bunda özlərinə qarşı təhlükə görürdülər. Rusiya vizantizminin baş teoretiki Konstantin Leontyev də məhz belə bir ittifaqın yaradılmasının tərəfdarı idi.
Rusiya hər dəfə Osmanlı ilə uğurlu və hər iki tərəfə xeyirli strateji ittifaq sazişi imzalamaq ərəfəsinə gələndə Qərb dövlətləri aktiv şəkildə araya girdilər, bu prosesə müdaxilə edərək inisiativi effektiv və inadlı şəkildə pozdular. Oərb hər dəfə müxtəlif üsullarla müdaxilə edərək kontinental Turan-Avrasiya rus-türk imperiya blokunun yaradılmasının qarşısını aldı. Konstantin Leontyev məhz Qərbin Modern cəmiyyətlərinə qarşı olan belə müştərək ənənəvi sivilizasiyaya əsaslanan vahid blokun yaradılmasını istəyirdi.
20-ci əsrdə rus-türk alyansı ideyasının vacibliyi avrasiyaçılar və kontinental məktəbin geopolitikləri tərəfindən əsaslı şəkildə araşdırılmışdır. Onlar vahid Avrasiya kökləri üzərində dayanaraq həm Rusiyada, həm də Türkiyədə olan telluokratik orierntasiyaların oxşarlığını yüksək qiymətləndirmişlər”.
Aleksandr Duqin, "Turan"
Комментариев нет:
Отправить комментарий