“Avrasiyann Böyük Çölü sivilizasiyaların interpretasiyası üçün semantik keçid mərkəzi rolunu oynayırdı. Eramıza qədər 3 min il ərzində bu məkandan dünyaya impuls və enerjilər saçıldı ki, nəticədə bir tərəfdə Anadolu, Yunanıstan, Roma, Avropa, digər tərəfdə İran, Hindistan, Əfqanıstan mədəniyyətlərinin yaranaraq ayaqda qalmasında mühüm rol oynadı. Eramızın ilk əsrlərindən isə bu missiyanı Avrasiyanın digər möhtəşəm xalqları – Altay qrupuna daxil olan türklər, monqollar və mancurlar öz üzərlərinə götürdülər. Onlar bu missiyanı min il ərzində şərəflə daşıdılar. Turan Loqosunun – Apollon Loqosunun təsiri Altay xalqları olan türklər, monqollar və mancurlar üçün o dərəcədə həlledici oldu ki, bu xalqlara və onların finksiyalarına Avrasiya sivilizasiyaları balansında vəhdət şəklində baxmaq olar. Türklərin öz ağalıqlarını təsdiq etdikləri hər yerdə hakimiyyət vertikalı gücləndi, patriarxat strukturu bərqərar oldu, göydəki işıqlı tanrılar kultu formalaşdı”.
Aleksandr Duqin, “Turan”
Комментариев нет:
Отправить комментарий