“Turan sivilizasiyasını araşdırarkən biz nomadik sivilizasiya ilə qarşılaşırıq ki, burda döyüşkən (patriarxal) başlanğıca malik tellurik tipli mədəniyyət üstünlük təşkil edir. Turanın təsiri ekspansiya ilə bağlıdır (Genonun genişlənmə prinsipi). Turanın cənub və qərb istiqamətlərində ekspansiyası doğrudan da tarixən yeni dövlətlərin və mədəniyyətlərin requlyar şəkildə yaranmasına gətirib çıxamışdır, o cümlədən Turan xalqlarının idarəedici sinif, patriarxal stil qanunvericiləri və əsas işlənən dil daşıyıcıları olduqları mükəmməl sivilizasiyaların formalaşmasına səbəb olmuşdur. Məhz köçərilər fəth edilmiş əkinçilərdən yığılan xəracın toplanması və qorunması üçün baza qismində şəhər-qalaların bünövrəsini qoymuşlar. Onlar islənilən sosial differensial cəmiyyətin hərbi aristokratiyasının özülünə çevrilmişlər. Bu mənada Turan faktoru dövlətyaradıcı faktordur. Turandakı türk rejiminə aşağıdakı cəhətlər xarakterikdir: kəskin fərqliliyin yüksək dərəcəsi, işığa və kristal aydınlığa canatma, maddiyyatdan və cismanilikdən təmizlənmə cəhdi, Göyün, nur daşıyıcılarının və uçuş stixiyasının sakralizasiyası, yüksək sürət və təşviqat, döyüşkənlik və igidlik, ölümə atılan çağırış, kişilik (virillik), kəsici və deşici silah, dualizm və əksliklər cütü, tabeliyə və gücə əsaslanan ierarxiya. Bütün bunlar onu deməyə əsas verir ki, Turan horizontu müsbət Apollon Loqosuna malikdir”.
Aleksandr Duqin, “Turan”
Комментариев нет:
Отправить комментарий