06.01.2017

Polisdən olan şikayətlərə niyə baxılmır?

İbrahim Hümbətov

 Deməli, 3 ölkənin polislərini yığırlar bir yerə ki sizi yarışdıracağıq, görək kim daha fərasətlidir. Şərt də belə olur ki, bir həftə qəfəsdə qalan dovşanı meşəyə buraxıb deyirlər ki, indi gedin təcili dovşanı tapın. Qəfəsdən çıxan dovşan ola, meşə ola. Polislər dovşanı tapa bilmirlər. Əvvəl ingilis polisi gəlir ki, biz bacarmadıq. Bir az keçir fransız polisi gəlir ki, biz də nə qədər vurhuxduq, tapa bilmədik. Nəhayət, bir saatdan sonra Azərbaycan polisləri qan-tər içində bir ayını sürüyə-sürüyə yarış keçirilən yerə gətirir və fəxrlə deyirlər ki, həmin dovşanı tutmuşuq. Münsiflər heyəti də etiraz edib bildirirlər ki, qardaşlar, bu dovşan deyil, əməlli-başlı ayıdır. Bizimkilər isə təkidlə deyir ki, yox, dovşandır, inanmırsınız özündən soruşun. Bu vaxt ağrılardan zarıya-zarıya, bizim polislərə qorxu içində baxa-baxa ayı göz yaşları içərisində deyir ki, vallah dovşanam, nəyə inanırsınız and içim ki, dovşanam, elə dədəm də dovşan olub, nənəm də dovşan olub, bəzi müxalifətçilər bizi şərləyərək orda-burda “ayı” deyə çağırırlar.
 Bu misalla nə demək istəyirəm? Bəli, düz tapmısınız: bu dəfəki söhbətimizin mövzusu rəşadətli Azərbaycan polisi olacaq.
 Dövlət Yol Polisi işçilərinin əndrəbadi əməlləri haqqında çox yazılıb, çox deyilib. Respublika ictimaiyyəti bu cür hallardan xəbərdar olmalıdır. Neqativ hallara qarşı birgə mübarizə aparmaq bizim vətəndaşlıq borcumuzdur. Redaksiyamıza müraciət edən vətəndaş H.Behbudun 62 yaşı var, şəkər xəstəsidir. 25 may 2015-ci ildə şəkər dərmanlarını almaq üçün öz maşını ilə xəstəxanaya gedirmiş. Xəstəxanaya çatmamış onu Yol Polisi saxlatdırıb. Özünü təqdim etmədən, kobud formada, bazarda olduğu kimi yaxınlaşaraq soruşub ki, sənədlərin varmı? Behdud yazır: “Dedim hə. Sənədlərimə baxıb dedi ki, texosmotrun 3 gün vaxtı çıxıb. Dedim ki, ay oğul, bilirəm, imkan ver xəstəxanadan dərmanlarımı alım, tezliklə gedib texosmotrdan keçəcəm. Dedi yox, sənə qanunla 50 manat cərimə düşür, 20 manat mənə versən, cərimə yazmaram. Nə qədər başa saldım ki, qoca adamam, bir ağır cinayət-zad etməmişəm, atan yaşındayam, insanlara yeri gəldi-gəlmədi bu cür başağrılar yaratmayın, xeyri olmadı. Məndən 20 manat alıb getdi. Pulu alanda dedi ki, qorxma sənə cərimə yazmayacam. Amma pulu da alıb, cərimə də yazıb! İndi bilmişəm ki, mənə 50 manat cərimə də yazılıb. Evimə cərimə olunmağım barədə kağız gəlib. Elə həmin gün, Yol Polisi məni saxlatdıran gün də gedib texosmotrdan keçmişəm”.
 Nəyə görə bizim yol polisləri insanlara bu cür aşağılayıcı münasibət göstərirlər? Məgər bu cür hallar polisə başucalığı gətirirmi? Belə hallarla polisin reytinqini xalq arasında qaldırmaq olarmı? Şikayətçi məktubunda yazır: “Nəinki Rusiyada, Gürcüstanda, heç inanmıram ki, Ermənistanda polis bu cür öz xalqına yad münasibət göstərsin. Əsəblərim gərilib, bu hadisədən sonra özümə gələ bilmirəm. Bu cür adamlar insanları aldadaraq həm rüşvət yığır, həm də dövlətçiliyə xələl gətirirlər”.
 26 iyul 2013-cü il tarixdə Ə.Şakir adlı vətəndaş iş dalıyca rayon mərkəzinə gedirərkən DYP işçiləri onu da heç nədən saxlayıblar. Sürücülük vəsiqəsi olmadığı barədə protokol tərtib ediblər, hansı ki onun sürücülük vəsiqəsi var imiş. Şakir buna etirazını bildirib. Bu zaman Yol Polisi işçiləri onu təhqir etməyə başlayıblar. Nəticədə sürücü ilə yol polisi işçiləri arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Yol polisi işçiləri Şakirə yumruq zərbələri endiriblər. Vurulan yumruq və təpiklərdən Şakir xəsəratlar almış, xəstəxanaya yerləşdirilmişdir. Lakin nəyə görəsə bu hərəkətlərə görə Yol Polisi işçilərinə qarşı heç bir tədbir görülməmişdir. Belə çıxır ki, polis haqqını tələb edən istənilən adamı çırpa bilər. Sabah həmin hadisədən bizim də başımıza gələ bilər. Biz hüquqi dövlətdə yaşayırıqsa, bu cür məsələlərə qanun çərçivəsində reaksiya verilməlidir. Axı adi bir polis işçisinə vətəndaş şillə atanda nəinki cinayət işi açır, hətta şöbəyə aparıb qolunu-qıçını sındırınca döyürlər. Bəs nəyə görə iki yekəpər polis işçisi yaşlı bir kişini döyəndə heç bir reaksiya verilmir? Bu cür hallar birinci dəfə deyil, Yol Polisi dəfələrlə “dil tapa bilmədiyi” sürücülərə qarşı zor işlədib, təhqirlər yağdırıb. Vətəndaşlardan pul almaqdan, soymaqdan ötrü min oyundan çıxırlar. Yol Polisi işçiləri rüşvət verib bu vəzifələrə oturduqlarından insanların psixologiyasını bilmirlər, yalnız öz şəxsi maraqları çərçivəsində hərəkət edirlər. Durduqları əraziyə 10 dəqiqə kamera qoyub baxsaq, hansı oyunlardan çıxdıqlarını aydın görərik. Bəzi rayonlarda Yol Polisi işçiləri sürücülərə konkret tas qoyub reketlik edirlər. Sürücülər dəfələrlə belələrindən şikayət etsə də, şikayətlərə baxan yoxdur. Polisə çatanda Azərbaycan qanunvericiliyi işləmir. Vətəndaşlar haqlı olaraq soruşur ki, məgər bu ölkədə qanun qarşısında hamı bir deyilmi?
 Vətəndaş Ə.Vidadi isə redaksiyamıza ünvanladığı məktubunda bunları bildirir: “Heç bir qanunu pozmadan öz yolum ilə getdiyim halda maşınımı Dövlət Yol Polisi işçiləri saxlatdırdılar. Sənədlərimi təqdim etdim. Sənədlərim tam qaydasında olmasına baxmayaraq mənə akt tərtib etməyə başladılar. Səbəbini soruşduqda dedilər ki, maşın texniki baxışdan keçməyib. Mən təəccübləndim, belə ki, maşınımın texniki baxış vaxtına hələ bir neçə ay qalırdı. Mən bunu onlara bildirməyimə baxmayaraq, heç veclərinə də almadılar, aktı yazmaqda davam etdilər. Lakin mən təkid etdim, əvvəl-axır başa sala bildim ki, akt yazmaq düzgün deyildir, maşınımın texniki baxışı yerindədir. Onlar bir-birlərinə baxdılar, cərimə yazmaq üçün yeni bəhanə axtarmağa başladılar. Onlardan biri dedi ki, sənə kəmər cəriməsi yazacayıq. Mən təəccübləndim, dedim əvvəl texniki baxış bəhanəsi alınmadı, indi də kəmərə keçdiniz, bu adama bilərəkdən ilişməkdir! Dövlət Yol Polisi işçisi yanındakı yoldaşını göstərərək mənə dedi ki, bu işçimiz təzə gəlib, onun texniki baxışdan başı çıxmır, ona görə səhvən sənə texniki baxış cəriməsi yazmaq istəmişdi. Mən dəhşətə gəldim, səsimi ucaldaraq bu özbaşınalığa qarşı öz etirazımı bildirdim. Bu zaman həmin Yol Polisi işçisi yoldaşını məbə göstərib bildirdi ki, onu da başa düşün, təzə gəlib, plan verməlidir. Mən yenə narazılığımı bildirdim, dedim ki, işçini əvvəl tam təlimatlandırıb sonra işə götürmək lazımdır, mən xəstə əsəbi adamam, əsəblərimizlə niyə oynayırsınız? İkincisi də bir fikir verin, axı ötən maşınların heç birində kəmər vuran yoxdur, bəs onlara niyə cərimə yazmırsınız?”
 Şikayətçi haqlı olaraq bildirir ki, Yol Polisi işçisinə əvvəl sürücülük qaydaları öyrədilməlidir, sonra işə götürülməlidir. Ə.Vidadi məktubunun davamında yazır: “Mən qanunsevər adamam, heç bir vaxt nəinki sürücülük, heç bir dövlət qanunu da pozmamışam. Əgər biri DİN-ə təzə işə götürülübsə və yuxarılara hansısa “plan” ödəyirsə, niyə biz adi vətəndaşların başı ağrımalıdır? Elə ordaca, həmin polis işçilərinin yanında qaynar xəttə zəng etmək istədim, lakin bu zaman Yol Polisi işçisi telefonu əlimdən almaq istədi, aramızda mübahisə yarandı. Təzyiqim qalxdı, yaxın qohumum gəldi, mənə dərman gətirdi. Qohumumla birlikdə rayon şöbəyə getdik ki, şikayətimizi bildirək. Lakin rəis bizi 1 saata yaxın qapı arxasında gözlətsə də, qəbul etmədi. Həmin gün əsəblərim tam pozuldu, təzyiqim 230-130-a qədər qalxdı, həkimə iynə vurdurmalı oldum”.
 Nadir adlı vətəndaş Polisin qanunsuz əməlləri barədə redaksyamıza ünvanladığı məktubunda yazır: “Sürdüyüm Kamaz maşınını Yol Polisi işçisi saxlatdırdı. Maşının sənədlərini təqdim etdim, hamısı öz qaydasında idi, sadəcə sığorta kağızım yox idi. O mənə dedi ki, 50 manat mənə ver get, yoxsa sığortanın qiyməti 250 manatdı, bu pulu cərimə kimi ödəməli olacaqsan. Mən təəccübləndim, dedim ki, sığortanın cəriməsi nə qədərdirsə yaz, dövlətin cəriməsini ödəməyə razıyam. Bu sözlərim onu əsəbləşdirdi. Rüşvət vermək istəmədiyimi görən Yol Polisi işçisi qeyzləndi və donquldanmağa başladı. O mənə dedi ki, indi ki belə oldu, sığorta etdirməyincə, maşının azad olmayacaq, bizdə həbsdə qalacaq! Mən də dedim ki, indi imkanım yoxdur, cərimə yaz, sonra imkanım olanda ödəyərəm, gedib sığorta şirkətindən qeydiyyatdan da keçərəm. Onda həmin Yol Polisi işçisi mənə dedi ki, bizim postda öz sığorta şirkətimiz var, sığortanı məhz o şirkətdə elətdirməlisən, yoxsa maşınını buraxmayacam. Dövlət orqanlarından xahiş edirəm ki, həmin sığorta şirkətinin nə mənə olduğunu aydınlaşdırsınlar. Mən xahiş etdim ki, işimdən-gücümdən qalmışam, evdə ağır xəstə var, buraxın gedim, yerindəcə ödəməyə cibimdə pul yoxdur. Lakin o dedi ki, indi ki belə etdin, biz deyənlə razılaşmadın, maşının cərimə meydançasına aparılacaq. Mən dedim, axı belə bir qanun yoxdur, qanuna əsasən sığorta olmadığına görə dövlətin rüsumu var, onu ödəməliyəm və getməliiyəm, məni işimdən-gücümdən etməyin. Lakin o dedi ki, mən dövlət qanunu-zadı tanımıram, sənə ilk dəfə deyiləndə 50 manatı ver, verməliydin, indi ki tərslik etdin, maşının cərimə meydançasında saxlanılacaq. Dedim axı mən 3 post keçmişəm, 25 ildir də sürücü işləyirəm, sürücülüyə aid bütün qanunları gözəl bilirəm, belə şeyə birinci dəfədir rast gəlirəm. Dedi bilmirəm hansı postları keçmisən, amma bizim postun öz qanunları var. Bütün günü həmin postda əsəblərim tarıma çəkildi, Yol Polisi işçisi ona rüşvət vermədiyimə görə məni axşama kimi süründürdü. Səhər saat 11-dən axşam saat 5-ə kimi ac-sussuz, günün altında yolda qaldım, mənəvi əziyyət çəkdim. Otağa yaxınlaşdım ki, şikayətimi postun komandirinə edim, lakin həmin Yol Polisi işçisi məni itələyib çölə çıxardı ki, komandir kimdi, buranın komandiri mənəm, get pulu tap gətir. Hətta tanış sürücülərə də zəng etdim, onlar dedilər ki, belə bir qanun yoxdur, yol polisi sənə protokol yazıb buraxmalıdır, sənədləri də özünə qaytarmalıdır, sən getməlisən. Mən yenə Yol Polisinə yaxınlaşıb dedim ki, mən çıxıb gedirəm, daha qala bilmirəm, səhhətim yol vermir, maşını protokolla qəbul et. Lakin o yenə kobud şəkildə çiynimdən itələdi, bildirdi ki, sənə deyildi get pul tap gətir, artıq-əskik danışma, mənə qanun xırdalama, burda, bizim sığorta şirkətində qeydiyyatdan keçməsən, maşının buraxılmayacaq. Mən axşama yaxın məcbur qalıb tanış sürücülərdən borc aldım, 250 manat pulu verib postda onlardan sığorta kağızı götürdüm. Sığorta pulunu ödədikdən sonra Yol Polisi işçisi mənə dövlətin qanuni rüsumu olan 10 manatlıq protokol kağızı da yazdı və mən ordan buraxılıb evə gələ bildim. Maşınımı postda 8 saat saxlanmağına görə isə heç bir protokol tərtib edilmədi”.
 Araşdırmamız zamanı məlum oldu ki, həmin postda tək Nadirin deyil, bir çox sürücülərin başına həmin oyunları açıblar. Sürücülərə konkret tas qoyulub: hər axşam bu postdan keçən Kamazlardan 5 manat pul alıb buraxırlar. Pulu polis işçiləri özləri almırlar, bu iş üçün xüsusi olaraq mülki formada vətəndaş qoyublar, o Kamazları saxlatdırıb pulu yığır və postdakı otaqda oturan komandirə verir. Sürücülər dəfələrlə şikayət edib belə reket yığımına son qoyulmasını tələb etsələr də, heç bir reaksiya verilmir.
 Əsas problem ondadır ki, vətəndaşların Dövlət Yol Polisindən yazdığı şikayət məktubu elə baxılması üçün Yol Polisinin özünə göndərilir. Bu yaxınlarda Parlamentdə yeni qanun layihəsi qəbul olunacağı və və hansısa məmurdan edilmiş şikayəti yoxlamaq üçün onun özünə göndərilməsinin yasaq ediləcəyi barədə söhbətlər getdi. Bu sadə insanlar üçün sivindirici olardı. İndi məmurlardan edilən şikayətləri araşdırmaq üçün çox vaxt şikayət olunan məmurun üzərinə göndərirlər. Vətəndaşın şikayət etdiyi məmur isə məsələni “araşdıraraq” özünün ayadan arı, sudan duru olduğunu “isbatlayır”.  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun yenisi ilə əvəzlənməsinə böyük ehtiyac vardır. Əvvəla qanunun hazırkı variantı çox köhnəlib. Burada müraciətlərə vaxtında baxılmaması, yaxud heç baxılmamasına görə cəzanı müəyyən edən müddəa yoxdur. Həm də qanundakı normalar təminatlı normalar deyil, hüquq verilib, amma hüququn təmin edilməsinin mexanizmi yoxdur. Həm də elektron hökumətə keçilməsi ilə bağlı müraciətlərə baxılmasının konsepsiyası dəyişdirilməlidir. Yeni qanunun qəbul edilməsində parlament bü cür məsələləri nəzərə almalıdır.

05.01.2017

Gönüqalın məmurların əlində qalmış xalq

İbrahim Hümbətov

 Bu dünyanın işlərini nə qədər eninə, uzununa fikirləşirəm, amma bizim insanlar kimi dözümlü bir varlıq tanımıram. Torpaqdan o tərəfi yoxdur, o da bəzən haray çəkir. Görür ki münbit qatını dağıdırlar, üstündəki ağacları məhv edirlər, hətta çəmənlərini oğurlayırlar, dözmür- gah vulkan kimi püskürür, gah zəlzələ şəklində yellənir... Yer olmasın, göy olsun. Görür ki havanı o qədər çirkləndirib hətta ozan qatını zədələyirlər, o da dözmür, gah evlərin üstünə ildırım tökür, gah leysanlar, dolular yağdırır və sairə.
 Donuzdan o yanası yoxdur ki? Gördü ki adından söyüş kimi istifadə edirlər, kamikadzeler kimi özünü xəstələndirdi, bütün dünyaya “Donuz qripi” yayıb, belə üsyan etdi. Amma biz yenə də hər cür təhqirə dözürük. Allahın balaca quşlarını götürək. Gördülər ki bəzi pis gəzənlərə onların adını qoyaraq “Filankəs quşdur”, “Filankəs qaranquşdur” və sair deyib lağa qoyurlar, onlar da quş qripinə yoluxub etirazlarını bildirdilər.
 Hələ bunlar canlılardır. Hətta cansızlar da təhqirə dözümsüzlük göstərirlər. Xiyarı görürsən də, gül kimi ərzaqdır. Biz götürüb bundan da söyüş kimi istifadə etdik. Kimisə alçaltmaq istəyəndə “Filankəs xiyardır” deyə onu alçaldırıq. Xiyarlar da dözdü-dözdü, sonda “Xiyar infeksiyasını” kəşf edib, xiyardan söyüş kimi istifadə edənləri mələtdirlər. Bax əlindəki balaca mobil telefona bax, 1-2 qəpiklik kontur işlədən kimi 2 dəqiqə mələyir, cükküldəyir ki nə var nə var, ondan bir az kontur getdi. Amma bütün canlıların əşrəfi olan insan dözür. Əzirlər, tapdalayırlar, minib çapırlar, amma elə dözür. Dözür və dözür.
 Deyirlər ki, hörmətli icra başçılarımızdan birindən soruşublar ki, sən rəhbərlik etdiyin rayonun mərkəzini əsl şəhərə oxşatmaq üçün nə edirsən? Başçı da bildirib ki, hər hansı bir yerin şəhər olmasının başlıca göstəricisi oradakı tıxaclardır. Buna görə də rayonun bütün künc-bucaqlarını, eləcə də dayanacaq yerlərini dükan-bazar yeri kimi satıb tıxac üçün əlverişli şərait yaradıram. Bayram və istirahət günləri şəhərimizə nəzər salsanız, elə gözəl tıxacların şahidi olarsınız ki, elə bilərsiniz Pekindəsiniz.
 Günümüz göy əskiyə bükülüb. Kompüterlə şirin-şirin işlədiyin yerdə, ya televizorda kinoya, futbola baxdığın zaman işıqlar bir neçə dəfə sönür. İşıq yanan kimi də görürsən ki, bir, yaxud bir neçə zəhmətkeş, ağsaqqal, ziyalı çıxıb televizora yenə də hansısa biabırçılığı tərifləyir. Eyni cür düşünənlər deyir ki, buna da şükür, heç işıq verməsələr neyləyərdik, amma fərqli düşünən deyir ki, niyə bizə adam balası kimi işıq vermirlər, axı hörmətli prezidentimiz hələ 5 il öncə bildirmişdi: “Sizin 24 saat fasiləsiz işığınız olacaq.” İcra başçıları hətta hesabatlarında fəxrlə deyirdilər ki, indi rayonumuza fasiləsiz elektrik enerjisi verilir. Bəs hanı?
 Baş rüşvətxorlar təmizlikdən, düzlükdən necə həvəslə danışırlar, adamın ağzı açılı qalır. Sanki budka yeri üçün torpağın kvadratmetrini min manata satan bunlar deyilmiş. Bu yaxınlarda icra başçılarından biri korrupsiyadan danışanda zalı alqışlar bürüyüb. Kişi bildirib ki, mən müəllim ailəsində böyümüşəm, mənəvi təmizlik, paklıq, vicdanlı yaşamaq qanıma işləyib, bizim ailəyə heç vaxt haram tikə gəlməyib, halallıq qanımdadır, başımdan keçərəm, vicdanımı ləkələmərəm.
 Başa düşdünüz də? Yəni bəzən zorla, təkidlə, güclə cibimə qoyurlar. Lakin daxilən mülayim və xeyirxah olduğum üçün etiraz edə bilmirəm. İndi zəmanə belədi- bəzək-düzək zəmanəsi! İcra başçılarımız o qədər insan, ürəyiyumşaq adamdılar ki, heç kimə əziyyət vermirlər. Məsələn, bələdiyyələrin möhürünü çox vaxt sədrdən alıb özlərində saxlayırlar ki, cavan oğlansan, onu işlətmək sənə əziyyət olar, qoy qalsın bizdə, lazım olan sənədləri özümüz möhürləyərik. Torpaq şöbəsi müdirlərinə də çox əziyyət vermirlər. Deyirlər ki, elə torpaq kimi qal qaldığın yerdə, işi biz düzüb qoşarıq, yeri ölçərik, pulunu alarıq, neçə lazımdır bölərik, sən elə sadəcə imzala.
 Bizim məmurların bir qisminin ən güclü xasiyyəti valideynləri müəllim, məktəb direktoru olsa da, onlarda utanan sifətin, abır-həyanın olmamasıdır. Bəziləri etiraf edir ki, maliyyə imkanlarından istifadə edib, sifətlərini elə materiallardan plastik əməliyyat etdiriblər ki, dünyanın ən göynədici söyüşləri də onlara kar etmir, yəni sifət söyüşə olduqca davamlı və dözümlüdür. Eşidərsən e, deyirlər, filankəs itsifətdir, filankəs gönüqalındır. Bax, bunlar həmin qiymətli plastik əməliyyatlardan sonra yaranan həmin sifətli insanlardır.
 Siz möcüzəyə inanırsınız? Mən hərdənbir. Məsələn, eşitmisən də, bəzi yerlərdə butulkadan, başqa bir yerdə sümükdən ev tikirlər. Amma bizdə bəziləri makarondan, vermişeldən özlərinə ev tikirlər. Belə ki uşaq bağçalarından o qədər vermişel, makaron oğurlayırlar, bir də gördün, nəhəng evin materialı hazırdır. Bu sahədə humanitar şöbələr daha maraqlı peşəkarlaşıblar.
 Əvvəllər hər işə müəllim uşaqlarını irəli çəkirdilər ki, bunların mədəniyyəti, humanistliyi daha çox olar. Amma indi bəlli olur ki, müəllim uşaqları vəzifəyə keçəndən sonra daha təcavüzkar olurlar. Bir də görürsən ki, Rəsul Rza, Əli Kərimli, Şəhriyar kimi şairlər qalır bir tərəfdə, bunlar ancaq dədələrinin yubileyini keçirirlər.
 İndiki müəllimlərin də çoxunun adı var. Müəllim var, 50 il stajı var, evində də 5-6 uşaq dünyaya gəlib. Amma onlardan biri də ali məktəbin kandarından keçə bilmir. Bizdə hər şey tərsə-məzhəbdir də. Məsələn, başqa yerlərdə hey çalışırlar ki, əhaliyə daha əlverişli şərtlərə, fasiləsiz işıq versinlər. Bizdə isə ancaq sayğac dəyişdirib insanlara borc yükləməklə məşğuldurlar. Küçə işıqlarını yandırmaq əvəzinə, işıq dirəkləri adı ilə pul silməkdə maraqlıdırlar.
 Nə qədər ki, günümüzün çoxu yaslarda zarımaqla, toylarda şingilim atmaqla keçəcək, əlimizə qəzet, kitab almayacağıq, etiraz etmək, haray çəkmək məqamı gələndə acizliyimizə min bəhanə gətirəcəyik, hələ bu azmış kimi kimisə kimin üstünə qızışdırmaq üçün bütün savadımızdan, bacarığımızdan gen-bol istifadə edəcəyik, o qədər yalanlar deyib hətta özümüz bu yalanlara inanacağıqsa, haqq yolundan 1-2 manat xərcləməyə mərdliyimiz çatmayacaqsa, elə başqasından yox, özümüzdən küsməliyik.

5-i 120-yə vura bilməyən məmur

İbrahim Hümbətov

Məmurların çoxunun internetdən-kompüterdən başı çıxmır, hələ diplomları saxta olanları demirəm

 Bir yaşlı qohumumuz vardı, nə vaxt gəlirdin, görürdün muğam müsabiqəsinə baxır. Deyirəm nəyinə baxırsan bunun, ay dayı? Deyir, gənclərimiz oxuyur, muğamı sevir, mən də bundan xoşlanıram. İstədim soruşum, əgər gənclər muğamı sevirsə, niyə muğam oxuyan gənclər olsa da, o böyüklükdə zalda muğama qulaq asanların içində bir nəfər də gənc yoxdur? Dedim əşşi, yenə ovqatını təlx etməyim, qoy baxsın. 
 Deyirəm ki, dünyada hər şeyin dəqiq qiyməti bilinəndə nə gözəl olur. Tutaq ki, qızıldır, bilirsən, əyyarı neçədirsə, qiyməti də filan qədər. Lap canlıları götürək. Dünya bazarında bütün futbolçuların dəqiq qiyməti var. Məsələn, birinin qiyməti 1 milyon avro, digərinki 600 min avro və sairə. Hətta məşhur müğənnilərin saat hesabı, dəqiqə hesabı qiyməti bəllidir.
 Futbolçuların və müğənnilərin qiymətlərini öyrənəndən sonra düşündüm ki, görəsən bizim məmurların dünya bazarında qiyməti neçə olar? Axı qədimlərdə yaxşı rəhbərləri tapıb, yüksək məvacib verib bəzi yerlərə müdir qoyurdular. O mənada, görəsən dünya bazarına çıxarsaq, bizim məmurlara nə qədər qiymət qoyarlar?
 Nəyə gülürsən, əziz oxucu? Guya bilmirsən ki, bunların qiyməti nədir? Xarici dil bilmirlər, çoxunun internetdən-kompüterdən başı çıxmır, hələ diplomları saxta olanları demirəm. Neyləyirlər bunları. Tanışlardan biri danışır ki, rayonun vacib idarələrindən biri 5-i 120-yə vurmaqda çətinlik çəkirmiş, bunu hesablamaq üçün kalkulyator gətirilməsini əmr edibmiş. Bir lətifədə deyilmişkən, vallah, bunların bəzilərini dəstəsi 1 dollardan da alan olmaz. Alsalar da, daha işlədib eləməzlər də, sadəcə bir eksponat kimi alıb atarlar kabinetin bir tərəfinə. Çünki bunlarda olan keyfiyyətlər- işverənlik, üzəduranlıq, araqarışdırmaq, riyakarlıq... oralarda heç işə yaramaz.
 Hər işdə gərək zamanın nəbzini tutasan. İndi də meydan bir az qızışıb deyə, siyasi alverdə çörək var. Belə ki birtəhər daxil olursan müxalifət partiyaların birinə. 2-3 ay başını burada fırladırsan. Gördün ki meydan təzədən qızışıb, onda iqtidarla bazarlığa gedib, müxalifət partiyadan aldığın bileti təntənəli şəkildə cırırsan, televizorda çıxış edib, keçirsən iqtidar partiyasına, sonra vəziyyət dəyişsə, onlar verən bileti cırıb, keçirsən başqa bir partiyaya. Qısası, “pariya-partiya” oyununu səliqəli oynasan, babat çörək qazanmaq olar.
 Daha maraqlı bir nüans. Deyirlər ki, bələdiyyədə pul yoxdur, hətta əmək haqqı da ala bilmirlər. Amma heç kim bələdiyyədən getmək istəmir. Əvvəllər bəzi anlaşılmazlıqlar var idi, indi bunun da əlacını tapıblar. Yəni, hansı bələdiyyə üzvü sədrin çaldığına oynayır, onun düz və saxta olmasından asılı olmayaraq hər bir sənədinə imza atır, həmin bələdiyyə üzvünə müftə 0,04 ha torpaq sahəsi verilir. Bu torpağı isə asanlıqla neçə min manata satmaq olar.
 Yazıq hökumət də bir ayıbı örtür, altından 5 ayıb çıxır. Həkimlərə pul almağı qadağan edəndən sonra bəlli oldu ki, elə işin abırlısı həkimlərə pul vermək imiş. Yoxsa indiki kimi? Pul almağa da qorxurlar, xəstəyə də ağıllı-başlı baxmırlar. Bu barədə bir maraqlı hesablama da aparmışam. Tutaq ki, hər həkim gündə xəstələrdən orta hesabla 50 manat şirinlik alır. Xəstəxanada da 50 həkim var. Bu eləyir gündə 2500, həftədə 15 min, ayda 60-70 min manat. Rayon mərkəzində bir abırlı yerdə dükan yerinin satışı da təxminən 50-60 min manatdır. Deməli, həkimlərin bir aylıq rüşvəti bir dükan yerindən qazanılan pulla təxminən bərabərdir. İndi bu hesabla baş rüşvətxor kimdir- dükan yeri satanlar, xəstələri həyata qaytaranlar?

Onlara niyə heykəl qoymusunuz?

İbrahim Hümbətov

 Dedilər taslar yığışdırılıb, inandıq. İndi üzə çıxıb ki qəzet pulu 6 faizdən 10 faizə, aylıq çaq-çuqu 3 faizdən 5 faizə qalxıb. Yəni 200 manat alan müəllim bunun 30 manatını təhsil yolunda fəda etməlidir. Kişilər rəqəmləri yuvarlaqlaşdırdılar! Yoxsa 6 faiz qəzet pulu, hamı deyirdi 5 faizi başa düşdük, bu 1 faiz nədir? Amma 10-15 faiz yaxşı səslənir.
 Bir attestasiya da çıxarıblar, əslində töycünün qanuni yoludur. Bir musiqi məktəbindəki attestasiya oradakıları musiqi dili ilə desək, lap kökdən salıb. O yazıqlar heç nədən bu attestasiyadan 5 min manat ziyana düşüblər. Allahın attestasiyasında gör nə qədər çörək var imiş. Əbəs yerə deyil ki, müdriklər söyləyib elm bir xəzinədir. 
 Müəllimlər müəllimi olan, bu qədər müəllimə rəhbərlik edən direktorun 1 qram cəsarəti yoxdursa, onlar uşaqlara hansı cəsarətdən, hansı mərdlikdən, qəhrəmanlıqdan, nə bilim Koroğlunun, Həzi Aslanovun igidliyindən danışacaqlar? Böyüklərimiz bizi əllərində necə pulta döndəriblər, hara istəyirlər, ora tullayır, sonra kəlləmayallaq aşırdır, gah alçaldır, gah süründürürlər, biz də sizi, özümüzdən aşağıları eləcə balaca pulta döndəririk. Qısası, bizi necə əyib, əzib-büzüb, plastilinə çevirib oyuncağa çevirirlər, biz də sizi o günə qoyacağıq. Gedin, çapın, talayın, haqqımızı gətirin. Amma nə qədər vəzifəniz var, ləyaqət, vüqar, şərəf... belə şeyləri yaddan çıxardın. Amma lazım gələndə ləyaqətliləri məhkəməyə vermək üçün şərəfsizlik də edə bilərsiniz.
 Nə deyəsən ki, yazıqların çoxu heç verdiyini çıxarda bilmir. Bələdiyyələrə az subsidiya verirlər, yarısını giriş qapısı, yarısını abunə və sair adı ilə alıb, özlərini də borclu çıxardırlar. Sən belə hökumətdən danış!
 Bu məqamda yadıma yaxın dostlarımızdan birinin fikri düşdü. O deyir ki, ətrafımızda hündür binalar, hündür maşınlar, hündür papaq kişilər çoxaldıqca hündürdən haqq səsini deyən kişilər xeyli azalıb.
 Bu misallardan nə qədər çəksən, nə qədər müqayisələr aparsan, sözü nə qədər sağa-sola fırlatsan da, bu yatmışlar ki var, onları çətin oyadasan. Biz qəhrəmanlarımızı çərlədə-çərlədə bağrını çatladır, sonra onlara heykəl qoyuruq. Məşhur “Sağlığında kor Fatı, öləndə Alagözlü Fatmam laylay” atalar sözü elə-belə yaranmayıb ki? İndi öyündüyümüz Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə, Xəlil Rzaya... sağlığında nə gün verdik ki, sonra şərəflərinə də abidələr ucaltdıq! Əgər həmin dahilər bu gün də bilsələr ki, onların adı bir yana, hətta abidələrini qurmaq adı ilə necə pullar silirlər, gorları çatlamasa da heykəlləri çatlayar yüz faiz! Dil açıb hayqırarlar ki, ay heykəlimizi qoyanlar, heç kitablarımızı, şeirlərimizi oxuyursunuzmu?

Narazılığı kimlər yaradır?

İbrahim Hümbətov

 Oturub dərindən-dərinə fikirləşib iqtidar-müxalifət məsələsini saf-çürük edəndən sonra bu qənaətə gəldim ki, bizdə ən ciddi müxalifət elə rayon rəhbərləridir. Həqiqətən! Bax, iqtidar xalqı ayağa qaldırmaq üçün yalançı işıq borcu, qaz borcu adı ilə milləti minib çapır, bəzən gündə saatlarla işıqları söndürtdürür, lakin millət tərpənmir, yüzdən 99-u cınqırını da çıxartmır. Yüzlərlə adamın dükan bazarını viran edir, torpağını əlindən alır, lakin ziyan çəkənlər dillənmək, etiraz etmək əvəzinə, hətta onların haqqını tələb edənlərə dirsək göstərməyə cəhd edirlər.
Başçıların da Allaha şükür, hər cür imkanı, şəraiti, milyonlarla dəyəri olan villası. Onlara belə şeylərdən gələn pul nə lazımdır ki? Sadəcə xalqı ayağa qaldırmaq istəyirlər. Yüz faiz! Lakin qəhrəman xalqımız tərpənmir ki tərpənmir. Daş olub qalıb! Polisin qardaşlıq yardımı ilə 7-8 ay öncə kömür satandan, dollar satandan qızıl satanadək hamının aylıq “tas”ını bir neçə dəfə qaldırdılar. Qəhrəman xalqım yenə susdu.
 Daha demək, sağdan-soldan silkələmək bundan çox olmaz, millət ayılmır ki ayılmır. Yüzlərlə ağac kəsilir, yüzlərlə dükan viran edilir, onlarla ziyalı şərlənir, həbsə atılir, lakin ağsaqqallarımız, mollalarımız belə dillənmir. Müaviyəni, Yezidi vətən xaini çıxardanlar öz müaviyələrimizin, yezidlərimizin qulluğunda quzu kimi sakit dayanırlar. Deyirəm yəni ağsaqqal, molla təkcə hüzr məclisində halva, şorçörəyi yemək üçün deyil ki?
 İndi, əziz oxucu, səni bizə ünvanlanan bəzi müraciətlərlə tanış etmək istəyirəm. Bir çox ziyalılarımız biz jurnalistlər vasitəmizlə qərb ölkələrindən xahiş edirlər ki, bizim əvəzimizdə də bir az kitab-qəzet oxusunlar. Yaponiya və Koreyada yaşayanlardan xahiş edirlər ki, bizim əvəzimizdə internetlə daha yaxşı məşğul olsunlar. Nəhayət, ərəb ölkələrinə- Misir, Liviya, Tunis xalqlarına müraciət ünvanlayıblar ki, gəlib buradakı meydanlarda bizim əvəzimizə də mitinq eləsinlər. Soruşacaqlar ki, bizimkilər özləri bunları niyə etmirlər? Bizimkilərin vaxtı var? Mırt vurmaqdan, nərd atmaqdan, variant verməkdən, domino çırpmaqdan, böyükləri tərifləməkdən, şmotka satmaqdan, pul tapanda yeyib-içməkdən başımız ayılır ki?
 Axı soruşa bilərsiniz ki, dəfələrlə qeyd olunduğu kimi, xalq qəhrəman xalqdır, nədən belə acizlik göstərirlər ki? Həmin qəhrəmanların çoxu getdi. Yarısı 41-45-də getdi, yarısı da Qarabağ girdabında. İndi çox azı qalıb. Ərəbin başına bomba tökülür, yüzlərlə, minlərlə insanı məhv olur, yenə susmur, bizdə isə elə birindən balaca çimdik götürən kimi, çığırtısı ərşə dirənir və ətrafındakılarla birgə elə yoxa çıxır, illərlə tapmaq olmur.
 Bəsdir. Deyirəm ki, rəhmətlik Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” əsərindəki bayquşun “Nə qədər bu şah var, bizim xarabalardan korluğumuz olmayacaq” fikrinin təkrarı olmasın, nə qədər ki bizim belə başçılarımız var, belə-belə köşə yazılarından korluğumuz olmayacaq.

Sizə qızıl asfalt lazım idi?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -60

İlham Əlisoy: Əgər bir liberal azərbaycanlı “Qərb mətbuatı yazır ki” ifadəsi ilə cümləsinə başladısa, çox da şey eləməyin. Məsələ bitmişdir.
Zahid Mikayilov: Çörək tapa bilməyəndə Rusiyaya qaçırıq, sevgimizi də Amerikaya bildiririk.
Akif Məmmədov: İranda olarkən onlardan soruşdum, dedi heç bilmirəm qaz bizdə neçəyədir. Qaz pulu yığanlar evə gələndə xanımlar cibindəki quruşla onları yola salırlar gedir.
Elxan Xəlilov: Rəsulzadəni Stalin aparıb Moskvanın mərkəzində ev verib. Millətlər Komissarlığında iş verib. Hər cür şərait yaradıb. Amma nədənsə arvad-uşağını aparmayıb. Niyə? 2-3 ildən sonra Rəsulzadə Stalinə deyib ki, mən xaricə getmək istəyirəm. Stalin ona şərait yaradıb, Finlyandiyaya keçirdib. Ordan da Polsaya. Atatürk onu heç Türkiyəyə buraxmayıb, deyib Azərbaycan neftini ingilislərə peşkəş etmişdin... Keçəndən sonra başlayıb Stalin haqqında döşəməyə. Sonra Hitlerə qulluq etmək istəyib. Amma Hitlerin belə adamlara ehtiyacı olmayıb, heç yaxına da buraxmayıblar... Arvad-uşağını burda qoyub, orda Polşa yəhudisi ilə evlənib. Budur Rəsulzadə!
Zahid Abil: Dünyada bir neçə millət var. Onlardan da biri türkmən millətidir ki, monqoloid sinifinə aiddir. Türkiyə millətçiləri özlərini türk adlandirmaqla  dədə-babalarının monqol, ya da Altay çukçaları olduğunu iddia edirlər. Bəs Türkiyədə yaşayan çukçaların qıyıq gözləri necə düzəlib? Ya plastik əməlliyat olunublar, ya da ki tədricən avropoidləşiblər. Axı əsl türklər gözü qıyıq, yəni türkmən, qırğız, çukça, monqol və sairəyə aiddir. Türklər monqoloid sinifinə aiddir, biz isə avropoidik, sadəcə olaraq süni şəkildə türkçülük siyasətinin qurbanı olmuşuq. O boyda kos-koca Osmaniyyəni dəyişib Türkiyə etdilər. Elə həmin dövrdə- 1919-cu illərdə bizim məmləkətə Azərbaycan adı verildi və burda yaşayan millətləri türkləşdirməyə başladılar. Sözümün canı budur ki, biz millətçilik etməməliyik, əks təqdirdə düşmənlərin oyununun peşkası olacayıq. Bütün millətlər bir-biriylə qardaşdır və bərabərdir.
Namik Haşimzadə: Hökumət ideoloqu İbn-Teymiyyə olan bir dini sektanın, şiələrin dominant olduğu bir ölkədə və regionda qol-qanad açmasına şərait yaratdı. İbn-Teymiyyənin “Minhacus-Sünnə”sində nələr yazıldığını məmə yeyəndən, pəpə deyənə qədər bütün vəhhabilər bilir. “Rafizilərin qanı halaldır” yazan adamın fanatları, Azərbaycanda “qanı halal” olan adamlarla bir binada, bir şəhərdə, bir ölkədə yaşamağa başladılar. Çoxaldılar, çoxaldılar, çoxaldılar. Saatlı bomba da demək olar buna. Bir gün şiələrin qanının halal olması məlumatı praktikaya da keçməlidir, ya yox? Hələlik Azərbaycanda şiə başı kəsə bilmirlər, gedib terrorçu dəstələrin sıralarında- İraqda, Suriyada kəsirlər.
Arpaslan Kuytul: Səudiyyə Ərəbistanı yox, Səudiyyə Amerikası.
Elxan Zaman: 20 ildir ki sionizmin maliyyələşdirdiyi media təsisatları, müxtəlif ictimai və siyasi qurumlar İrandan düşmən obrazı yaratmağa çalışırlar, ancaq yenə də İranın dini və siyasi xadimlərinin səbrli və səbatlı səyləri nəticəsində İrana qarşı formalaşdırılmış blokada darmadağın olur, insanlar artıq həqiqəti görməyə başlayırlar. Ucuz təbliğata aldanmayın.
Dje Ok: Rusiyada əridilmiş kərə yağının 800 qramı 2 manat, 35 faiz yağlılığı olan smetanın 800 qramı 2 manatdır. Burada 11 manata olan şokoladlı konfetlər orda 7 manata qədərdır. Sümüksüz ətin kilosu 6 manat 20 qəpikdir. Mağazalar çeşidli mallarla doludur. Ticarət mərkəzlərinin parkinqi pulsuzdur. Rusiya daim dinamik inkişafdadır. Gələcəyimiz Rusiyaya bağlıdır. Rus olmasa, əvvəl-axır bu akulaların yemi olacayıq. Rusiyada evin varsa, işləmək istəyən acından ölmür, normal pul qazanır, şəraitini qurur. Bizdə ancaq simasız quldurlar varlana bilir.
İlkin Xəlilov: Şah İsmayıl Xətaini sevməyənlər məni dostluqdan silsinlər. Şah İsmayıl Xətai bizim tariximizdir. Sırf şiə əhli olduğuna görə onun acığına yaltaq kimi Osmanlıya tərəf çıxanlar mənə dost ola bilməzlər. Nə var o Osmanlıda? Hökmdar saraylarında mavilərin bol olduğu, məzhəb uğrunda digər müsəlmanlara divan tutmuş bir dövlətin nəyinə yataqlanirsiz?!
Xəqani Əhli-beyt Aşiqi: Müstəqilliyin bəhrəsini 26 ildir hakimiyyətə gələnlər gördü...  Allah xalqın haqqını yeyənlərə haram etsin... Vətəni sevmək imandandır...
Gamlo Ali: Deyir dünən gecə 30 nəfər üzdəniraq qoluboy düşüb bizim şanlı polisimizin üstünə, bir qoluboy dostlarına görə əsl döyüşə çıxıblar. Qoluboy dostları polisin əlindən qaçıb. Bunlara bax ee... Bizdə deyirik bunlar kişi deyil... Gör indi Azərbaycanda bir 20-30 min döyüşkən qoluboy olsa, bunlar dövlət çevrlişi edərlər. Bunlardakı ürəyə baxın. Dövlət orqanlarına tövsiyəm odur ki qoluboyluğu indiyə kimi dəstəklədilər artıq bəsdir, yoxsa hakimiyyətləri əldən gedəcək.
Ramik Cəfərzadə: “Bir suda iki balıq savaşırsa, demək oradan beş dəqiqə öncə uzun ayaqlı bir ingilis keçmişdir”. - Hindu atalar sözü.
Kamran Məmmədov: Hal-hazırda İsrail dövlətində orta məktəblərdə Sovet dövrünün dərsliklərindən tədris olunur. Biz isə başda duran yaltaqların, girənlərin hesabına hər il bir cür dərslikdən istifadə etmək üçün can atırıq. Çünki hər il yenidən dərslikləri dəyişib çap edəndə təhsil nazirliyindən ciblərimizə pul doldururuq, düşünmürük ki övladlarımızı bədbəxt edirik. Onuncu sinif ingilis dili dərsliyində birinci dərs katolik dininə aid bir dərsdir. Elə qəliz terminlər var ki, uşaq onu necə mənimsəməlidir? O cür dərslikləri yazanlar monqoldurlar.
Mübariz Mübariz: İŞİD-in birinci dəstəkçisi müsəlman adı altinda gizlənən Türkiyə NATO-çularıdır. Bəşər Əsədin hakimiyyətdən getməyini istəyən NATO-çular vahhabi dostlarına əlbəttə ki bütün var gücüylə dəstək verirlər.
Fərhad Həsənzadə: Elçibəyçilər ağızdolusu camaata deyirdilər ki, bütün küçələrimizi qızılla örtəcəklər , qalınlığı 40 sm... Biz də Elçibəyi oturtduq prezident kreslosuna, naxçıvanlılar o saat başladılar camaatı talan eləməyə. Sizə qızıl asfalt lazım idi?
Orxan Mikayıllı: Məcburi köçkünlərə görədi də düz-əməlli pensiya verilmir digər camaata. Məcburi köçkün bundan artıq nə istəyir? Sosial evlər tikdilər, onu da məcburi köçkünlər ala biləcək, amma mənim kimi sıravi adam yox. Sabah Qarabağ alınsa, bu qaçqınlar ora ancaq yayda kurorta yeyif işməyə gedəcəklər.
Fərid Cəfərov: Amerikada demokratiyadı, vətəndaş harda istəyir, orda yatır, məsələn, çoxu küçədə yatır.
Faiq Mirzəyev: Rusiya olmasaydı, bizim kökümüz çoxdan yoxa çıxmışdı. Azərbaycanlıdan əsər-əlamət belə qalmazdı. Osmanlıların arzusudu ki, Orta Asiyaya gədər torpaqları alıb böyük türk imperiyası qursunlar. Rus olmasa kökümüzü kəsib, o bayrağımızı da ayaqlarının altına atıb öz bayraqlarını başımızın üstündən asmışdılar. İndi bizə qardaş kimi sırıdılan bu türklər 500 il qabaq da qardaş olublar- Şah İsmayılın vaxtında!
Həmid Herisçi: Müasir Azərbaycan şeiri artıq AYB-də deyil, “Kulis” kimi saytlarda deyil, bir başqa məkanda- xalq meyxanalarında yaranır. Şairlər indi ordadırlar... Canlı ədəbi proses ordadır. AYB, “Kulis”çilər bu gün həmin ədəbi prosesi görmək istəmirlər. Görməsinlər heç... Ancaq şeir çoxdan öz ünvanını dəyişib. Sərbəst şeir artıq ölüdür... Meydanı meyxanaçılar tutub. Nəzərə alın ki, bədahətən canlı şeir demək ənənəsi indi dünyada yoxdur- bizim Maştağadan başqa...
Zeynəb Cəfərli: Dünyada yeganə kasıb hakimiyyəti, insana qiymət verən dövlət- Sovet dövləti, Sovet hakimiyyəti idi!
Ruslan Xəlilov: Bunlar hamısı xalqı aldadan fırıldaqçılardır. Biz Qərbin, ABŞ və Avropanın ciddi ekspansiyası altındayıq. Onlar bizi barmaqlarına dolayır, var-yoxumuzu, mənəviyyatımızı, bir sözlə, hər şeyimizi əlimizdən alırlar. Bizim bu hakimiyyəti də taxta onlar oturdub. Bəla burasındadır ki, özünü qəhrəman kimi göstərənlər Qərbin maşası rolundadırlar. Bu, həqiqətdir. Bir az düşünsəniz, siz də əmin olarsınız. Demokratiya- mifdir, yalandır! Belə bir şey mövcud deyil.
Yaqub Cavadov: ABŞ demokratiyanın beşiyi yox, deşiyidir.
Rəşad Ərkivani: Hara fırladırsan fırlat, rusun bizə xeyri çoxdu.
Ülviyyə Səid: Azərbaycanlılar türkləri özümüzünkülərdən daha çox sevir. Amma türklər birmənalı azərbaycalılara nifrət edir. Mən ümumiyyətlə türklərin 1%-nə hörmət edirəm (bura elm, təhsil adamları, bir neçə müğənni daxildi).
Bəhruz Toliş: Onlar üçün nə var ki? Özləri ermənistanlı, Azərbaycan onların vətəni dəyil ki.
Afladdin Əliyev: Rusiya 150 -200 il öz torpağı, öz ölkəsi, öz vətəndaşı kimi davrandı bizimlə. Bəs biz neylədik? Bir ovuc xalqın düşmənləri milyardlara sahib olsun deyə keçmşimizə ağ olduq. Guya azad olmaq istədik. Türkiyəni, Avropanı indi də çoxları gedib adam kimi gəzib görməyib, gedənlərin çoxu alverə, eşşək kimi min bir əziyyət çəkib, gətirib qazancını da burdakı heç bir savad verməyən institutlara, qanmaz həkimlərə, bir ovuc torpaq almaq üçün, koma qurmaq üçün icra başçılarına verməklə məşğuldurlar. Bir də ayılırlar ki, ömür gedib, gün keçib, saglamlıq yox, dövlət də yoxdu ki, qeydinə qalsın, profsoyuz da bir nəsli kormit edir bu yerlərdə, na tebe svoboda, azadlıq, necədi?!..
Rüstəm Hüseynov: SSRİ-də mineral su butulkalarına krandan axan Kür suyu yox, mineral bulaqlardan çıxan mineral su doldururdular.
Rusiya Dağılacaq: Ramiz Mehdiyev deyir: “Mütəllibov və Vəzirov xəyanət ediblər, Elçibəy isə səriştəsiz idi”. Çox maraqlı, vacib, çox şey deyən bəyanatdır. Möhtərəm Mehdiyev Mütəllibova və Vəzirova birbaşa əxlaqi qiymət verərək, Azərbaycan tarixində yer tanımır. Elçibəy isə xain, satqın olmayıb. Xeyir. Sadəcə səriştəsiz idi. Yəni, belə pis oğlan deyil. Elçibəy heç bir mənəvi-əxlaqi tənqidə məruz edilmir. Bu Meydiyevin konkret bu bəyanatına yox, hakimiyyətin bütün fəaliyyətinə aiddir. Elçibəyçiliyin ancaq bacarıqsızlığı tənqid olunur, məğzi isə ifşa edilmir. Niyə?
Nadir Qocabəyli: Hazırda bizim insanımızın Avropa, Amerika haqqındakı təsəvvürləri sırf KİV-dəki məlumatlara əsaslanır. KİV-dəki informasiya seli beyinləri o dərəcədə yuyur ki, hətta gedib gözləri ilə nəsə görəndə də inana bilmirlər. Böyük əksəriyyət isə görmədiyi “cənnətin” təbliğatçısına çevrilib. Bu dəhşətli bir şeydir.
Əkrəm Məlikov: Sovet vaxtı din əldən getmişdi. Ölənləri ekskovatorla mollasız, Quransız dəfn edirdilər. Bayram-zad da nə olan şeydi heç kim bilmirdi. Bir ay qabaq dükanlara yumurta, saf təmiz kərə yağları, ət gətirib doldururdular ki, camaat martın 21-22-sində aparıb tarlada toxum əvəzi əksin. Azadlıq başqa bir nemətdir. “Müstəqil olduq”- Novruzu bəylər hansısa səfirlikdən geri çağırdı. O gələndən sonra bayramlarımızdan ciğ iyi gəlməyə başladı. Kürdlər heyvandarlıqla (köçəri tayfalardır) məşğul olduqlarına görə xaş bişirməyi yaxşı bacarırlar. İndi bu müstəqil ölkənin hər yerindən- yasından, toyundan, bayramından və insanlarından da ciğ iyi gəlir.

03.01.2017

«Там, где однажды поднялся российский флаг, он уже опуститься не может»

Канцлер Нессельроде однажды донёс Николаю I на капитана 1-го ранга Невельского. Тот самовольно основал форпост на Дальнем Востоке, подняв над ним российский флаг. Место было спорным, что вызвало гнев Англии. Сановник предлагал извиниться перед англичанами, а капитана разжаловать в матросы. «Там, где однажды поднялся российский флаг, он уже опуститься не может», – ответил император… и произвёл Невельского в адмиралы.

Azər Bandoj - Bax

Aləmi-eşq içrə sultanlıq edən ol yarə bax,
Çəkdirir, aşiqlərin bir-bir boğazın darə, bax.

Heç gəlməz rəhmə bu, aşiqlərin qanın içər,
Heç doymaz xundən bu təşnədil, xunxarə bax.

Bir kərə verməz şərabi-eşqdən nuş eyliyək,
Gərçi yarın badəsindən mey içən əğyarə bax.

Ey könül, qoysan qədəm meydani-eşqə, gey kəfən,
Sonra yarın zülfünü şəqq eyləyib rüxsarə bax.

Bülbüli-şeyda, güli-bixar üçün əfğan edər,
Gül də naz eylib deyər kim, gülşənimdə xarə bax.

Olma bitab ey könül, hicrində yarın, sabir ol,
Qəmlərə tab eyləməkçün, Yə'qubi-qəmxarə bax.

Çoxdu dəhr içrə gözəllər, lə'bi-qönçə, gül yanağ,
Gər kəmal istərsən ey dil, Əhmədi-Muxtarə bax.

Təfsiri-Qur'anı sorma, zahidü nakəslərə,
Nöqteyi-"banın" nidası Heydəri-Kərrarə bax.

Məclisi-meyxanə içrə mey təmənnasın qılan,
Maili-dünya olan bu Bandoji-biarə bax.

Müharibədə lunatiklik

Ramin Qardaşxanov

1994-cü ilin aprel ayı idi. Tərtərin Qızıloba kəndində ermənilərlə 400 metr üz-üzə dayanmışdıq. Bütün günü mövqe döyüşlərindən sonra yorğun-arğın hərəmiz bir tərəfdə uzanıb dincəlirdik. Mən də öz BMP-mizin yanında ekipajla uzanıb dincəlirdim. Avtomatı yanıma qoymuşdum, üstündə də 2 ədəd f-1 qumbarası və dostumun bağışladığı bıcaq var idi.
Uzandığım yadımdadır, amma onda ayıldım ki, yol gedirəm. Hara gedirəm, özüm də bilmirdim. Bilirdim ki gedirəm, amma ayıla bilmirdim. Yalan olmasın, bəlkə 500 metrdə getdim, birdən üşütmə tutub ayıldım.
Özümdən bir ixtiyar "Vay üşüdüm" deyib yerimdə fırlandım. Ayıldım ki, tanımadığım yerdəyəm. 500 metr yuxulu-yuxulu getdiyimi bilirdim, amma ayıla bilmirdim. Allah bilir hələ nə nəqər belə vəziyyətdə gəlmişəm. 1 kilometr, 2 kilometr- Allah bilir.
Çaşıb qaldım, yerimdə fırlandığım üçün gəldiyim səmti də itirdim. Hər tərəf üzümlük, kol-kosluq idi. Uzaqdan hərdən güllə səsləri gəlirdi, amma səmti təyin eləyə bilmirdim ki, bizimkilər hansıdır, ermənilər hansıdır. Oturdum aşağıya, səmt tapa bilmirdim ki ha tərəfə gedim. Hava elə qaranlıq idi ki bir metrdən ayağın altı görünmirdi.
Xeyləm oturdum kolluqların içində. Heç bilmirdim saat neçədir: gecə 1, ya 2, ya 3... Yavaş-yavaş gəldiyim yola çıxdım. Qumbara f-1-i əlimdə hazır saxlamışdım ki, ermənilərlə üzbəüz çıxsam, atım. Avtomat yanımda yox idi, təkçə bıçaq və iki f-1 qumbarası vardı.
Hara getdiyimi bilmirdim, amma yolu tutub gedirdim ki, axırı bir yerə gedib çıxım. Gündüzü gözləyə bilməzdim, bilmək olmazdı kimin tərəfindəyəm. Yalan olmasın bəlkə də 1 kilometr yolun qırağıyla getdim. Çox qəribədir ki, heç kim gözə dəymirdi. Bilirdəm ki ermənilərdə də 1-ci və 2-ci müdafiə xətti var.
Artıq atışma istiqamətinə 400-500 metr qalmış yoldan çıxıb girdim üzümlüyə. Xeyləm oturub gözlədim, onda eşitdim ki, biri deyir sağdan gəl, sağdan gəl. Kim idisə yoldaşını çağırırdı. Bildim ki biz tərəfdəyəm. Asta-asta, yenə də ehtiyyatı əldən verməyib, sürünə-sürünə, otura-otura gəlib çıxdım bizim xəndəklərə. Gördüm tanımadığım uşaqlardır. Dedim, uşaqlar, BMP-lər harda dayanıb, dedilər 200-300 metr qabaqda. Axırı gəlib çıxdım öz uşaqlarımızın yanına.
Bəxtiyar adlı oğlan var idi, mexanik, sürücü, məni görən kimi dedi, Famı, hardaydın 3 saatdan çox? Əvvəl heç nə demədim, dedim uşaqların yanında oturmuşdum. Demək istəmədim, dedim bəlkə inanmayalar. Səhərə yaxın dedim, Bəxti, başıma belə iş gəlib, hara getdiyimi özüm də bilməmişəm. Bəxtiyar mənə dedi ki, Famil, sən yatmışdın, birdən durub oturdun, sonra qalxıb yola çıxıb itdin. Yanımızdakı uşaqlardan kimi inandı, kimi inanmadı, kimi güldü, kimi məsxərəyə qoydu ki, ay Famil, day bəsdir də bizə gəlmə. And aman elədim ki, vallahi-billahi doğru deyirəm.
Səhər açılanda, rayonda əmimgilin qonşusu oğlan var idi pexotada, yanımıza gəldi, qayıtdı ki, əmioğlu, axşam hara gedirdin, səni ha səslədim, cavab vermədin, bircə dedin ki indi gəlirəm. Uşaqlar buna dedi ki, Famil, axşam lunatiklik edib, yaxşı ki ermənilər tərəfə keçməyib.
Bax belə bir iş gəlib başıma. İndi istəyirsiniz inanın, istəyirsiniz inanmayın.

Vahhabi saxtakarlığı

Namik Haşimzadə

Vahhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Vahhabilərin, müxalifləri ilə mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə, vahhabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çаtsın deyə, pulsuz paylanması kimi işlərdə müttəfiqliyi müddəamızı inkaredilməz edir. Məsələn, Peyğəmbərin (s) "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır"məzmunlu buyurduğu hədisi İbn Əsir Cameul-usul kitabında, Süyuti Tarixul-xüləfada və İbn Həcər Әs-səvaiqul-mühriqə əsərində Səhihi-Tirmizidən nəql edirlərsə də, hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət görünmür.
Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini iхtisаr еtmәk vahhabilərin digər bir təbliğ metodlarından hesab olunur; оnlar kitabları, oxucu daha çox fаydаlаnsın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çаp еdәrәk yаyırlаr. Onlar reallıqları beləcə dəyişdirərək hədis, təfsir və tarixin danılmaz həqiqətləri kimi xalqa təlqin edirlər. Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini iхtisаr еtmәk vəhhabilərin digər bir təbliğ metodlarından hesab olunur; оnlar kitabları, oxucu daha çox fаydаlаnsın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çаp еdәrәk yаyırlаr. Onlar reallıqları beləcə dəyişdirərək hədis, təfsir və tarixin danılmaz həqiqətləri kimi xalqa təlqin edirlər. Tarixi kitablarda zalım xəlifələr – Müaviyə, Yəzid və bəzi səhabələr barəsində söylənilmiş mənfi xüsusiyyətlər və tənələr ixtisara salınır, həmçinin Әhli-beytin (ə) fəzilətləri kitabın müxtəlif yerlərindən asanlıqla götürülür; halbuki, xəlifələr və bəzi səhabələrə dair qondarılmış saxta hədislərə toxunulmur.

Rokfellerlərin 16,1 trilyonluq planında Azərbaycanda da “rəngli inqilab” nəzərdə tutulubmuş

Türkiyəni sarsıtmağa yönəlmiş son teraktlar, Rusiya səfirinin qətli, Suriya və İraqdakı döyüşlər, üstəgəl ardıcıl iki kəskin devalvasiyadan sonra yaranmış iqtisadi tənəzzül məkrli güclər tərəfindən yönləndirilən “idarə olunan xaos” dalğalarının ölkəmizdən də  uzaq olmadığını göstərir... Bu mövzuda məxfi ekspertin müsahibəsini müzakirənizə buraxırıq.

-Necə düşünürsüz, hansısa transmilli güclər Azərbaycanda sabitliyin təmin olunmasında dövlətimizə öz maraqları xatirinə dolayısıyla dəstək verirmi?
-Politoloqlar hadisələri şərh edərkən əsasən dövlətlərin maraqlarını nəzərə alır, transmilli oliqarxiya və qlobal bank sistemini unudulur. Əslində böyük pullar böyük işlər görmək üçündür... Odur ki dünyanın ən varlı klanlarının maraqları, qarşılıqlı mübarizəsi irili-xırdalı digər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmür. Doğrudan da, super güclər öz maraqlarına uyğun olaraq bəzən ölkəmizə zərbə vura bilərlər... Məsələnin məğzini dolğun və əyani anlatmaq üçün insayderlərin nəql etdiyi son dövrlərə aid maraqlı bir hekayəti sizə danışsam, yaxşı olar. 2008-ci ilin iyul səhərlərindən birində bizim adi icra başçılarının da təşkil etdiyi yemək masalarından qat-qat sadə bir şam süfrəsində bir az büküllmüş, amma çox zəhmli bir qocanın 94 yaşı qeyd olunurdu. Bu qocanın qonaqları isə qarşılarında qovluqlar olan çox ciddi əmi və xalalar idi. Həmin qovluqlardan birindən sızacaq informasiya onlarla nüvə başlıqlı raketin itirilməsinə ekviavalent ola bilərdi. Bir ara başda ahıl kişi olmaqla bu adamlardan yalnız 5 nəfəri retro stildə, təbii palıd ağacından və təmiz dəri ilə örtülmüş mebelləri olan otaqda xəlvətə çəkildilər. Zəng səsindən sonra qoca otağa sakitcə daxil olan  yaşlı bir katibəyə nəzakətlə buyurdu: "Rozacım, qızılım, zəhmət olmasa, mənə bir qədəh köpüklü süd, bu adamlara isə pul gətir..." "Nə qədər pul gətirim, cənab?" "Nə qədər istəyirlərsə... 16 trilyon 100 milyard dollar..." -deyə qoca qadına bir vərəq uzatdı. "Oldu, Devid baba. Bu dəqiqə". Bir dəqiqədən sonra qoca artıq süd içə-içə diqqətlə vərəqə baxırdı. Birdən onun  daha çox, bir-birinə dolanmış ilanlara bənzəyən qırışlarla örtülmüş üzündə yırtıcılıq və hiyləgərliklə dolu bir təbəssüm göründü: "O key, cənablar. Yalnız qalır sizin imzalarınızı qoymaq və iş düzəldi..." 94 yaşını qeyd edən qoca Devid Rokfeller, onun qonaqları isə iri dövlətlərin və nəhəng dünya banklarının rəsmi və qeyri-rəsmi nümayəndələri idi. Rokfellerin onlara verdiyi 16,1 trilyon dollar dünya bank sisteminin labüd çöküşdən qurtuluşuna yönəlmişdi. ABŞ hökumətinin rəsmi hesabatına görə, 2008-2009-cu llərdəki  maliyyə böhranı zamanı Federal Ehtiyat Sistemi iri dünya banklarına gizli kredit qismində 16,1 trilyon dollar yönəldib. Həmin bankların qısa siyahısını fakt üçün nəzərinizə çatdırırıq (hesabatın 131-cı səhifəsi): Citigroup — $ 2,513 trln; Morqan Stelli — $ 2,041 trln; Мerril Linç — $ 1,949 trln; Amerika bankı — $ 1,344 trln; Barklays PLK — $ 868 mlrd; Biar Sterns— $ 853 mlrd; Goldman Saks — $ 814 mlrd.

-Çox maraqlıdır. Bəs həmin super-emissiya nə ilə təmin olunmuşdu?
-Bax, əsas məsələ elə budur. Həmin 16,1 trln. dollar  ABŞ-ın hakim elitasının dünya miqyaslı bir siyasi öhdəliyi ilə təmin olunmuşdu. Həmin öhdəliyə əsasən Ağ Ev, MKİ, Pentaqon və FTB Mİ-6, “Mossad” və s. dəstəyi ilə Mərakeşdən İranadək ərəb ölkələrində qeyri-sabitlik qurşağı yaratmalıydılar. Bu iş müxtəluf kiçik terror qruplaşmalarının maliyyələşdirilməsi və silahlandırılması yoluyla görülməli idi. Bundan sonra plana uyğun olaraq Liviya, Misir, Tunis, Suriyanın dağıdılması ilə müşayiət olunan “ərəb baharı” başlamalıydı. Ardınca İranın blokadaya alınması və orada “narıncı”, Türkiyə, Ermənistan və Azərbaycanda isə “rəngli inqilab”lar baş verməli idi. Bunlarla eyni zamanda Gürcüstan “qradlar”la  Sxinvali (Cənubi Osetiyanın paytaxtı) və Suxumini (Abxaziyanın paytaxtı) yandıraraq həmin əraziləri guya öz nəzarətinə almalıydı. Əslində bu, o dövrdə FES-in çap dəzgahı tam əlində olan Rokfellerlər super klanının nəzarəti olmalı idi. Ukraynada isə o vaxtkı prezident Viktor Yuşenko Sevastopoldan Rusiya hərbi dəniz donanmasını çıxarması planlaşdırılırdı... Ərəb ölkələri, o cümlədən Suriya üzərində nəzarəti tam ələ keçirdikdən sonra qlobal elita final raundunu- keçmiş sovet məkanındakı ölkələrin, xüsusən Rusiya dövlətçiliyinin məhvini başladacaqdı. Öncə Belarus və Qazaxıstan çökdürüləcəkdi. Bundan sonra Qatar və Türkmənistandan Avropya qaz kəmərləri çəkiləcəkdi ki, Moskvanın Avropaya iqtisadi-siyasi təsiri minimuma endirilsin. Nəhayət, “İslam” adı altında gizlənən radikalların Qafqazda, Moskvada, Sankt-Peterburqda və Rusiyanın müsəlmanlar çoxluq təşkil edən bölgələrində, eləcə də Gürcüstan və Azərbaycanda təşkil edəcyi saysız-hesabsız terrror aktları bütün potsovet məkanında dəhşətli iqtisadi böhrana rəvac verməli idi. Və təbii ki bunların ardınca aclıq və yoxsulluqdan cana doymuş insanlar Vaşinqtonun muzdlu “müxalifət” liderlərinin başçılığıyla 1991-1992-ci illərdə olduğu kimi, meydanlara axışacaq və dövlət liderləri ya istefa verməyə, ya postlarını qoyub qaçmağa, ya coşub-daşan kütlənin əlinə keçməyə, ya da ölkəni Bəşər Əsəd kimi sonu bilinməyən vətəndaş savaşlarına sürükləməyə vadar edləcəkdi...
Ancaq biz bilirik ki, “ərəb baharı” Liviyadan Suriyayadək gəlsə də, “İŞİD” İraq və Suriyada meydan sulasa da və son bir neçə ildə ölkə xaosa bürünsə də, hadisələr Rokfellerlərin planlarına uyğun inkişaf etmədi. Çoxları elə düşünür ki, bu  yalnız Rusiya, Türkiyə və İranın prosesə sərt müdaxilələri, çoxbaşlı kombunasiyaları və daha çox Putin və Ərdoğanın siyasəti sayəsində baş tutdu...

-Bəs konspiroloqlar necə düşünür?
-Biz hesab edirik ki, I və II Cahan savaşlarında olduğu kimi, müasir lokal münaqişə və  müharibələrdə də qlobal bank sisteminin, transmilli oliqarxiyanın rolu böyükdür. Hazırda  bizə Rokfellerlər və Rotşildlər kimi tanıdılan klanların dünya bank sisteminə nəzarət uğrinda savaşı isə artıq 100 ildən çoxdur ki, davam edir. Bu gün həmin mübarizə öz apogeyinə çatıb. Kimsə bunu bilməyə bilər. Amma siyasət okeanında “sualtı  cərəyanları” görən əksər analitiklər XX əsrin iki dünya müharibəsinin əsas səbəbləri kimi Rokfellerlərin Avrasiya neft aktivlərini Rotşildlərin əlindən alaraq bir yerə cəmləməsi olub. Məhz bundan ötrü  Almaniyanı iki dəfə Britaniyanın üzərinə qısqırtdılar. Rokfellerlər I Cahan savaşında Almaniya kayzerini, II Cahan savaşında isə Hitleri üslubca maliyyələşdirirdi... O da  maraqlıdır ki, sonda Hitler müharibəni Stalinə uduzdu, amma Rokfellerlər də Rotşildləri uddu. Bu qələbədən sonra yenidən qurulacaq düzəni 1944-cü ildə ABŞ prezidenti Ruzvelt özü şəxsən Britaniyanın ölkəsindəki səfiri Qalifaksa diktə etmişdi: "Səudiyyə Ərəbistanı ABŞ-ın, İran Böyük Britaniyanın nəzarətinə verilir. İraq və Küveyti isə birlikdə (yəni ABŞ-la Britaniya) sağacağıq..." Maraqlı bölgüdür, deyilmi?

-Həmin bölgü bu gün də öz aktuallığını saxlayırmı?
-Hələlik saxlayır... Özü də bu, Azərbaycanın, eləcə də Türkiyənin geostrateji maraqları, dostu ilə düşmənini tanıması üçün çox vacib faktordur...

-Qayıdaq  bayaqkı super klanların mübarizəsi məsələsinə...
- Hə. Bu minvalla iki dəfə Rokfellerlərə uduzmuş Rotşildlər bunu bağışlamayıb və on illərdir ki, qələbə üçün müxtəlif çoxgedişli kombunasiyalar qururdu...  Nəhayət, 2012-ci il mayın 30-da “Rothshild Investment Trust "Capital Partners"” (“RIT "CP"2) kompaniyasının “Rockefeller Financial services”(“RFS”) kompaniyası arasında müqavilə bağlanması haqda  maraqlı bir informasiya yayıldı. Razılığa əsasən Rotşildlərə məxsus kompaniya Rokfellerin kompaniyasının böyük paket aksiyalarına sahib oldu. Məsələ ondadır ki, “Rockefeller Financial services” (“RFS”) kompaniyası Rokfellerlərin və Amerikanın digər varlı ailələlərinin biznesini idarə edir. Dünyanın əksər KİV-də yayılan bu məlumata belə şərh verilirdi ki, guya qloabal oliqarxların iki böyük klanı “ümumdünya böhranının yeni dalğasına qarşı birgə sinə gərmək üçün” ittifaq bağlayıblar. Əslində gerçəklik tam başqa cür idi. Həmin məcburi razılıqla Rotşildlər Rokfellerlərə sarsıdıcı zərbə vurmuşdu. Suriyada Rusiya və Türkiyənin sərt addımları, Putin və Ərdoğanın Amerika və Avropaya qarşı birbaşa bəyanatları məhz bundan sonra daha kəskin xarakter aldı. Ona görə bu gün Rusiya müdafiə naziri Şoyqu ürəklə deyir ki, Rusiya Suriyada “ərəb baharı”nı durdurdu... Rokfellerin özünün Türkiyədə son yüzildə törətdikləri və gələcək planları barədə etirafları mediada da yayılmışdı... Yəni, 2012-ci ildən sonra da bu klan müqavimət göstərməkdə davam edirdi. Türkiyədəki 15 iyul çevrilişinin baş tutmaması və ardınca bir neçə ay sonra Rotşildlərin adamı Trampın ABŞ prezidenti seçilməsi Rokfellerləri çökdürdü. Ancaq onlar hələ də müqavimət göstərməkdədirlər. Türkiyədəki son teraktlar, eləcə də Rusiya səfirinin qətli də, çox güman ki, bu klanın sifarişi ilə baş verib... Ərəbistan yarımadasının neft milyarderləri və onların maliyyələşdridiyi “İŞİD” və digər radikal qruplaşmalar- hamısı Rokfellerlərin nəzarətindədir... Odur ki, hələ Türkiyə və ona dəstək verən dövlətlərə qarşı gözlənilməz zərbələr davam edə bilər...

-Belə çıxır ki, “idarə olunan xaos”un Qafqazlara, o cümlədən Azərbaycana keçməsinin qarşısının alınmasında da Rotşildlərin rolu var?
-Əlbəttə. Unutmayaq ki, Rotşildlərin Bakı neftinə maraqları hələ XIX əsrə gedib çıxır. Bu barədə yerli mediada da xeyli material çap edilib. İkincisi də, təsəvvür edin ki, Suriyada Əsəd, ardınca Türkiyədə Ərdoğan devrilsəydi, bu İran və Azərbaycana, o cümlədən Rusiya, Gürcüstan və Ermənistana təsirsiz ötüşməyəcəkdi. O çevrilişlərin qığılcımı mütləq buralara da sıçrayacaqdı... 
Yadınızdan çıxıb, azərbaycanlı gənclər arasından vahhabilərin, sonra da “İŞİD”in sıralarına necə axın başlamışdı? Bayaqdan danışdıqlarımızdan çıxan məntiqi nəticə budur ki, hələlik Rokfellerlərin Rotşildlərə uduzması ikinciləri Rusiya və Türkiyənin müttəfiqinə çevirdiyindən onlar xaosun bizim regiona soxulmasına mümkün qədər imkan verməyəcək...

-Bəs sizcə,  Azərbaycan üçün xaos təhlükəsi hələ qalırmı?
-Türkiyədəki son olaylar göstərir ki, hələ təhlükə sovuşmayıb- Rokfellerlər geri çəkilməyib. İkincisi də Rotşildlərə də istər Türkiyə, istərsə də Azərbaycan arxayın arxa çevirə bilməz. Çünki sabah onların maraqlarına uyğun gəlsə, elə özləri hər iki ölkədə xaos yaradılmasına komanda verə bilər. Üçüncüsü və ən vacibi, ölkəmizin öz daxilində milli valyutamızın iki dəfə kəskin “düşməsinə” səbəb olan klanlararası savaşlar, hələ də durdurulması üçün qəti və sərt tədbirlər görülməyən korrupsiya, bürokratiya və iqtisadi monopliya kimi mənfi amillər “xaos” yaradıcılarının əlinə çox böyük “kozır”lar verir. Bunlara qarşı fəhlədən tutmuş prezidentədək hər kəs öz hüquq, səlahyyət və potensialı çərçivəsində kəskin mübarizə aparmalıdır. Allah özü yardımçımız olsun!.. /moderator.az/

02.01.2017

Gələcək şiələrindir

"Şiə sözü ən qədim Misir yazılarında Şu kimi yazılırdı və ölümsüz ruh mənasını verirdi. Yəhudilər bu sözü Yeşua kimi, xristianlar isə İisus kimi yazaraq İsa peyğəmbər etdilər. İlk müsəlmanlar isə bunu Şiə adlandırdılar. Qədim Misir yazılarına görə axirətdə məhz Allah ruhunu daşıyacaq insan gələrək qədim qanunları bərpa edəcək. Bu isə o deməkdir ki, axirətdə İsa - Şiə gələcək. Şiələr isə bu Mehdini - Əli adlandırırlar ki, yəhudilərdə bu El Allahı kimi məlumdur və s. Bir sözlə, gələcək şiələrindir. Buna şübhə olmamalıdır".

Firudin Gilar Bəg

Putin: tam səmimi

Yoxan Bekman: “Putin onunla maraqlıdır ki, Qərb siyasətçilərindən fərqli olaraq o prezident rolunu oynamır. O elə Putindir. Başqa prezidentlərin çoxu özlərini aktyor kimi, ən yaxşı halda isə robot kimi aparırlar. Bununla yanaşı, tamaşaçı deyə bilər ki, Putin özünü öz evində olduğu kimi aparır. O normal gülümsəyə bilir, zarafat edir və şənlənir. Və bütün bunları o başqaları kimi saxtakarlıqla yox, tamamilə spontan olaraq, yaxşı əhval-ruhiyyədə olan sıradan biri kimi edir”.

BİABIRÇILIQ: ABŞ rus təyyarələrinin cildində Hələbi bombalayırmış

Faktxeber.com-un verdiyi məlumata görə, İngiltərənin “Ekspress” qəzeti “rus təyyarələri Hələbdə dinc əhalini qırır” haqda olan təbliğat maşınının pərdəarxasını ifşa edib. Qəzetin araşdırmasına görə, Hələbdə dinc əhalinin üzərinə bomba yağdıran təyyarələr əslində rus təyyarələri kimi rənglənmiş ABŞ qırıcı-bombardımançıları olub! ABŞ bu hiyləgər üsulla Rusiya və Suriyanı ittiham edərək Hələb şəhərinin terrorçuların əlindən çıxmamasına yardım etməyə çalışıb. Məlumdur ki, Rusiyanın Suriyada terrorizmə qarşı əməliyyatlarda istifadə etdiyi təyyarələr açıq mavi rəngdədir. İngiltərə qəzetinin əldə etdiyi xüsusi məlumat və fotolarda görünür ki, ABŞ hərbçiləri Suriyada Rusiya adına bombardman həyata keçirmək üçün “F-18” təyyarələrini rus qırıcıları rənginə boyamışlar. ABŞ-ın ifşa olunan bu oyunu bir daha onu sübut edib ki, bu ölkə Suriyaya terrorla mübarizə üçün yox, əslində terrorçuluğa dəstək vermək üçün gəlib. Bu da azmış kimi, terrorla həqiqi mübarizə aparan ölkələri saxta və yalan üsullarla sıradan çıxarmaq və qaralamaq istəyir.

İran sizə görə Ermənistandan küsməliydi ki?

İran embarqoda olduğu zaman Azərbaycana təklif etdi ki, gəl mənim mallarıma öz Azərbaycan etketini vurub dünya bazarına çıxar, faiz nisbəti ilə gəliri bölüşdürərik. Yəni durduğun yerdə, əlin cibində sənə xeyir verirəm, heç bir kapital qoymadan. Azərbaycan buna razılıq vermədi... Amma ermənilər buna canla-başla hazır olduqlarını dedilər...
Əhmədinejat o vaxt Ermənistana səfər etdiyi zaman bugün həbsdə olan Abgül Süleymanov Qumda oxuyan azərbaycanlı tələbələrlə buna etiraz etdilər və Əhmədinejada məktub yazdılar. Əhmədinejat Quma ziyarətə gələrkən azərbaycanlı Qum tələbələrinə görüş keçirmək üçün müraciət etdi və bir klubda onlarla görüşdü. İran prezidenti azərbaycanlı tələbələrə dedi ki, biz sizin hökumətə müraciət etdik bizə imkan yaratsınlar, sanksiyaların təsirini azaltmaq üçün Azərbaycan ərazisindən istifadə edək, Rusiyadan bizə lazım olan malları sizin ərazinizlə keçirək. Lakin sizin prezident mənə sözün əsl mənasında dirsəyini göstərdi. Biz Ermənistana müraciət etdik və ermənilər bizə bu məsələdə hər cür yardım edəcəklərini dedilər... Əziz tələbələr, baxın İranda 70 milyon adam yaşayır və bu ölkənin ehtiyacları var və bu ehtiyacları ödəmək üçün bizim xariclə əlaqəmiz lazım idi ki, onu da sizin hökumətiniz bizə çox gördü. Biz nə etməli idik? Ermənistanla da sizə görə küsüb əlaqələri kəsməli və öz dövlətimizi çətin vəziyyətlərə salmalı idik?..

Şeyx Əli Kəyvəh: Vahhabilik nəcasət üzərində qurulmuşdur

Əl-Əzhər Universiteti Şeyxlərindən, eyni zamanda əl-Zeytuna Universiteti Siyasi Elmlər Fakultəsi müəllimi, Tunis əslli Şeyx Muhəmməd Əli Kəyvəh Sələfiliyin mənşəyi və islamla uyğunsuzluğu ilə bağlı çox ciddi açıqlamalar verib. Şeyx deyib:

“Mən vicdanım qarşısında bunu söyləyirəm və axirətdə Rəbbimin hüzurunda da belə cavab verəcəyəm: İslam İŞİD-dən uzaqdır. Bu kəslərin dini yoxdur. Bunlar müsəlman deyildirlər. Çünki müsəlman- xalqa dili və etdikləriylə zərər verməyən adamdır. Ancaq bu kəslər xalqa hücum etməkdə, baş kəsməkdə və xalqın namusunu halal görməkdədir. Bunların sahib olduğu nə növ bir İslamdır? Bəli, həqiqət budur ki onlar heç bir zaman bizim peyğəmbərimiz Hz. Məhəmmədə iman etmədilər. Hətta Məhəmməd bin Abdulvahhab Hz.Məhəmmədi təhqir edərək demişdir: “Bir taxta çubuq belə Məhəmməd bin Abdullahdan daha yaxşıdır. Çünki mən bu çəliyi itləri uzaqlaşdırmaq və dəstək almaq məqsədiylə istifadə edirəm. Ancaq Məhəmməd heç bir fayda təmin etməməkdədir”. Məhəmməd bin Abdulvahhab Hz.Məhəmmədə salavat göndərilməsinə qarşı çıxmış və Allahın son elçisinə salavat göndərənlərə təhqir etmişdi. Bununla birlikdə bu günki İŞİD və onlardan əvvəlkilər Abdulvahhabın təqibçiləridirlər. Allah yerinə ona itaət edirlər. Peyğəmbəri Əkrəmə xəyanət etməkdədirlər. İslamın yox olması üçün Abdulvahhabın üsullarını tətbiq edirlər. Ona görə də bilmək lazımdır ki, vahhabilik nəcasət üzərində qurulmuşdur. Nəticə olaraq bunu söyləməliyəm: İslam vahhabilik fikirindən bezmiş və usanmışdır”.

01.01.2017

İsrail İŞİD-in oğurladığı nefti necə alırdı?

İŞİD-in oğurladığı neftin Qərb bazarına çıxarılması marşrutunu araşdırarkən ekspertlər maraqlı nüanslarla üzləşmişlər.
İŞİD Suriya və İraq neftini Türkiyə ərazisindən keçirirək İsrailə satırdı, İsrail isə “qara qızıl”ı Qərb bazarına çıxarırdı. İŞİD-in göndərdiyi neft nəzarətində olan Suriyanın Deyr-əz-Zor və İraqın Mosul məntəqələrindən çıxarılırdı. Rusiya aviasiyasının hücumlarından qorxduqları üçün neftçıxarma işləri gündüz yox, günbatandan sübhə kimi gecə aparılırdı. Ərazilərdə çəkiliş aparmağa heç kəsin ixtiyarı yox idi.
Daşınma işlərini kürd sürücülər həyata keçirirdi və bir dəfəyə 70-dən 100-ə kimi benzovoz ard-arda düzülərək yola düşürdü. Türkiyənin Şirnak şəhərindən keçməklə sutkada 30 min barrel xam neft daşınırdı.
Benzovozlar Türkiyənin Silopi şəhərində brokerə- “Hacı” ləqəbli İsrail kəşfiyyatının əməkdaşına çatdırılırdı. “Cip Çeroke” maşında gəzən bu adamı daim iki cangüdən müşayiət edirdi. Broker təhvil aldığı nefti Ceyhan, Mersin və Dörtel limanları vasitəsilə İsrailə yollayırdı. Ceyhan limanını ekspertlər Suriya, İraq, eləcə də Azərbaycandan oğurlanmış neftin “kontrabanda darvazası” da adlandırırlar. İsrail Ceyhan limanı vasitəsilə qəbul etdiyi nefti Aralıq dənizi ölkələrinə satır və külli miqdarda pullar qazanırdı.
Əlbəttə ki İsrailin əli olmasaydı, qanunsuz yolla daşınan neft Suriya, İraq və Türkiyədən kənara çıxa bilməzdı. Türkiyə İŞİD neftinin “eksport”unda oynadığı rolu inkar edir, ABŞ isə bu faktı görməməzliyə vururdu. Türkiyə ərazisindən keçərkən sənədlərdə İraq Kürdistanından eksport olanan leqal neft kimi göstərilir, bu yolla Türkiyənin oğurluq neft alveri, kontrabanda ilə məşğul olması ört-basdır edilirdi.
ABŞ maliyyə nazirliyinin hesablamarına görə, İŞİD hər gün neft satışından 1 milyon 500 min dollar gəlir əldə edirdi. Həmin pullar İŞİD-in ayaqda qalmasının və güclənməsinin əsas şərti idi. İsrail İŞİD-in göndərdiyi neftin pullarını müxtəlif yollarla çatdırırdı. Selapi şəhərindəki “Hacı” ləqəbli həmin broker Türkiyənin özəl banklarında İraqın anonim vətəndaşlarının adlarına hesablar açmışdı və pulları ora köçürürdü. Raqqa və Mosuldakı valyuta dəyişmə məntəqələrində həmin pulları İŞİD üzvləri götürə bilirdi. Bundan başqa, neftin ödənişlərinin əvəzinə avtomobillər də göndərilirdi ki, İŞİD həmin avtomobilləri Bağdad və nəzarətində olmayan digər ərazilərdə satmaqla pulu çıxarır, bu ticarətdən də xeyli gəlir əldə edirdi.
Rusiya aviasiyanın zərbələri nəticəsində İŞİD benzovozları sıradan çıxarıldı və qanunsuz neft “eksport”una son qoyuldu.

"Türkiyə terrorizimin “Ana yolu”dur"

Rəsmi Vaşinqton Türkiyəni terrorizimin “Ana yolu” adlandırmışdır

ABŞ hökuməti “Ölkələrin terrorizm hesabatı”nı mətbuata açıqlayarkən məlum olmuşdur ki, İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulmuşdur. Hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu göstərilmişdir. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanmışdır.
Vaşinqtonun hazırladığı 388 səhifəlik bu hesabatda İŞİD-in fəaliyyəti məhz Türkiyəyə aid məsələ kimi göstərilmişdir. Hesabatda deyilir ki, 2014-cü ildə qlobal terrorizmin önəmli xətti olan İŞİD-in Suriya və İraqda analoqsuz tərzdə torpaq işğal etməsi gözlənilməz idi. İŞİD-ə qatılmaq üçün dünya müqyasında xariçi döyüşçü axını oldu: “Ölkələrarası əlaqələrdəki mərkəzi rolu və Suriya, İraqla olan uzun sərhəd səbəbiylə Türkiyə xarici savaşçılar üçün ana yol olaraq qaldı”.
Hesabatda Almaniya və Avstraliyadakı türk kökənli şəxslərin İŞİD bağlantıları, Cibulididə türklərin də öldüyü, Əl-Kaidə ilə bağlı hücumlarda türklərin iştirak etdiyinə dair məlumatlar yer alıb.
ABŞ hər zaman olduğu kimi bu hesabatla da xarici siyasətini maskalamağa çalışsa da, sənəddə Türkiyənin vaxtilə terrorizmə sərgilədiyi real münasibəti öz əksini tapıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama da Türkiyəni İŞİD-ə belə münasibətə görə qınamışdı: “Türkiyə rəsmiləri döyüşçü axınının qarşısını almaq üçün lazım olan peşakarlıq və cəhd götərmir”.

“İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə istirahət edirdi”

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün müşaviri işləmiş Yusuf Müftüoğlu “The Huffington Post”da dərc olunmuş məqaləsində maraqlı notlara toxunmuşdur. “İllər boyu Türkiyə sələfi fraksiyalarını dəstəkləyib, onların tərkibi, məqsədləriylə elə də maraqlanmayıb. Ona görə dəstəkləyib ki, onlar Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşublar. Onlar Türkiyənin gözündə yaxşı oğlanlar idilər. Onların müharibə taktikasının qəddarlığı uzun müddət gözardı edilib”- məqalədə deyilir. 
“Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə uzun müddət bu qrupların arxasında duran Türkiyədən dəstəyin böyük hissəsi açıq sərhəd siyasəti vasitəsilə göstərilib. Müharibə başlanandan sonra Türkiyə İŞİD qruplaşmasının, “Əl-Nusra” cəbhəsinin və sələfi fraksiyalarının arxa bazası rolunu oynayıb. Onlar günorta Suriyada döyüşüb, gecə istirahətə Türkiyəyə gəlirdilər”- müəllif yazır.
“Türkiyənin Suriyada sələfi fraksiyaları dəstəkləmək siyasəti, döyüşçüləri tərifləyən nəhəng ictimai münasibətlər mexanizmi sələfiliyi adi, dindar sünni türklərin gözündə normallaşdırıb. Suriya müxalifətinə Türkiyədən verilən dəstək islamçı gündəmə göstərilən dəstək idi… Türkiyənin bir sıra islamçı QHT-ləri, mediası bu prosesdə aparıcı rola yiyələndi. Onlar nəinki ifrat məzhəbçi ideologiya yayır, eyni zamanda İŞİD-lə bağlı xəbərdarlıq edən hər kəsi susdururdular”.
Müəllif yazır ki, məhz mülayim sələfiləşdirmə mühiti İŞİD-ə türklər arasında yayılmağa əsas verdi. Adıyaman və digər şəhərlər İŞİD-in şəbəkələrinə çevrildi. Hətta İstanbulda və Ankarada belə İŞİD-in üzvlər topladığı bölgələr yarandı.
Müftüoğlunun fikrincə, Türkiyədə indiyədək törədilən və gələcəkdə törədilə biləcək hücumlar Ankaranın Suriyadakı müharibəyə qoyduğu sərmayənin nəticəsidir.