Tanınmış Rusiya siyasətçisi, filosof, sosioloq, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin İranın eks-prezidenti Mahmud Əhmədinejadla görüşü barədə təəssüratı cəmiyyətdə böyük maraq doğurmuşdur. Avrasiya Hərəkatının saytı evrazia.org-dan götürülmüş Duqinin bu yazısını, xeberlent.az informasiya agentliyi olaraq siz əziz oxuculara təqdim edirik.
2013-cü il iyun ayının 2-də Moskvanın "Prezident Otelin"də rusiyalı siyasətçilər, ictimai xadimlər və ekspertlərlə İranın prezidenti Mahmud Əhmədinejad arasında diskret görüş keçirilmişdir. Onun prezident vəzifələrinin bitməsinə cəmi bir ay qalmışdı.
Ona baxanda buna inanmaq çətin idi. Bizim qarşımızda özünə, öz ölkəsinə, apardığı işin haqq olmasına tam əmin olan siyasi və mənəvi lider dururdu.
İzborsk Klubunun prezidenti Aleksandr Proxanovun İranın Avrasiyaya birləşməsi haqqında ruhlandırıcı çıxışından sonra mən Rusiya-İran əməkdaşlığına dair bir sıra məsələlərə toxundum.
Demək olar ki, mənim sözbəsöz olan çıxışım.
İranla Rusiya arasındakı strateji tərəfdaşlıq genişlənir və gələcəkdə də bu beş istiqamətlər üzrə genişlənməlidir.
1. Geosiyasi istiqamət. Əgər biz Rusiya və İranın bizim ümumi sərhədlərimizin preferiyasında olan strateji maraqlarına diqqət etsək, Rusiya-İran maraqlarının praktiki olaraq, hər yerdə üst-üstə düşməsini görəcəyik. Əfqanıstanda, Mərkəzi Asiyada, Xəzər regionunda, Şimali Qafqazdakı prioritetlərimizdə Nato ölkələrinin təsir dairəsinin artmasına imkan verməmək, qüdrətli Çinə asimmetrik olaraq mümkün ekspansiyanın (genişlənmənin) qarşısını almaq, Səudiyyə Ərəbistanı, Qətər və Pakistanın müəyyən dairələrinə yönümlü olan sünniliyin radikal formalarından olan sələfiliyə, vəhhabiliyə qarşı olmağımızdır. Rusiya və İran Ermənistanı dəstəkləyir, amma Rusiya və İran Azərbaycanla münasibətlərin yaxınlaşmasında maraqlıdır. Rusiya və İran Gürcüstanda olan Amerika marionetkası Saakaşvilinin zəifləməsində, daha rasional və güclü siyasətçinin gəlməsində maraqlıdır. Rusiya və İran üçün Türkiyə orientasiyasının Avrasiya geosiyasi açarında dəyişməsi əlverişlidir. Əgər Yaxın Şərqdə Rusiya dolayı yolla çıxış edirsə, İranın bu məsələdə birbaşa həyati maraqları var. Bu gün bizim Suriya məsələsində həmrəyik, Türkiyəyə, Səudiyyə Ərəbistana, Qətərə və İsrailə qarşı ortaq tənqidi münasibətlərimiz vardır. İranla tərəfdaş olaraq, Rusiya özünün çoxdankı arzusunu- ilıq dənizlərə çıxmaq geosiyasi arzusunu həyata keçirə bilər. Hadisələrin indiki axarı məhz bu durumdadır.
2. Beynəlxalq münasibətlər sahəsində. Rusiya və İran təkqütblü yox, çoxqütblü dünyanın tərəfdarıdır. Putin və Əhmədnejad təkqütblülüyü tənqid edərək, Qərbin bütün insanlığın yerinə qərar vermək hüququn inkar edirlər. Hər iki ölkə gələcəyi coxqütblü dünya çərçivəsində görürlər. Deməli, hər iki ölkə Amerika hegemonluğuna qarşı olaraq çoxqütblü dünyanın yaranmasında maraqlıdırlar. Bizim hazırladığımız "Çoxqütblü dünya nəzəriyyəsi" Rusiya və İran üçün bərabər şəkildə vacibdir.
3. İdeoloji istiqamət. İranın siyasi quruluşu Qərb üçün klassik olan heç bir ideologiyaya uyğun gəlmir. Bu nə millətçilik, nə liberalizm, nə də ki kommunizmdir. Buna görə də, müasir İranın siyasi fəlsəfəsi bu üç ideologiyadan kənarda olaraq, dördüncü ideologiya sərhədlərindədir. Bu baxımdan təzəlikcə mənim "Dördüncü siyasi nəzəriyyə" adlı kitabım fars dilinə tərcümə edilərək, Tehranda çap edilib. Müasir Rusiya da elə həmin oxşar vəziyyətdədir. Belə ki, kommunizm etibarsız sayılıb, liberializmin rədd edilib, miliyyətçiliyin isə Rusiyada etnik cəmiyyətin dağılmasına gətirib çıxaracağı bəllidir. Rusiyanın siyasi gələcəyi "Dördüncü siyasi nəzəriyyə"dədir. Bu bizi yaxınlaşdırır və sıx qarşılıqlı fəaliyyətə sövq edir.
4. İqtisadi sahədə. İran və Rusiya Amerikanın iqtisadi hegemonluğunun, dollar imperializminin və dünya maliyyə diktatorluğunun sarsılmasında maraqlıdır. Enerji sahəsində müştərək səylərimiz bizim ölkələri qlobal ehemiyyətli enerji holdinqinə çevirəcək. Bundan əlavə, İran və Rusiya dolların təsir zonasından çıxmaqda və Avrasiya valyutasının yaranmasında maraqlıdır. Rusiya İrana boğucu iqtisadi blokadanı qırmaqda kömək etməlidir. İqtisadi məsələlərdə də bizim maraqlarımız yüz faiz üst-üstə düşür.
5. Mənəvi cəhətdən. Mənim şiələrin müqəddəs şəhəri Qumda Ayətullah Həmadani ilə görüşüm zamanı onun istifadə etdiyi "farhangi intizor", yəni "intizar mədəniyyəti" termini diqqətimi cəlb etdi. Dindar İranın ruhani mənası zülmə, kapitalizmə, dünyada olan ədalətsizliyə son qoyacaq dünya xilaskarı Mehdinin zühurunu gözləməkdən ibarətdir. Ayətullah Həmədani bildirirdi ki, şiələri və pravoslavları məhz bu birləşdirir. Pravoslavlar da İkinci Gəlişi gözləyirlər. Peyğəmbərin hədislərinə əsasən Dəccala- antixrista (atlantizm, ABŞ, qloballaşdırma) qarşı sonuncu döyüşdə şiələr və pravoslavlar eyni cəbhədə olacaqlar. Bütün bunlar Dəməşqdə yerləşən Əməvilərin məscidində yekunlaşacaq, Esxatoloji (sonucu) ayin orda yerinə yetiriləcək. Bizim xalqların və cəmiyyətlərin "İntizar mədəniyyəti"ni maddi rahatçılıqda deyil, məhz mehribançılığın və ədalətin qələbəsini özündə cəmləyən böyük məqsədin reallaşdırılmasında görməsi bizləri biləşdirir. Bugünkü pisliklərlə mübarizə aparırıq ki, gələcəyi daha yaxşı quraq.
Prezident Əhməidnejadın bütün danışılanlara diqqətlə qulaq asması və müsbət qarşılaması hiss olunurdu. Lakin o, öz çıxışında bunları vurğuladı. Çıxışın özünü yox, mənasını sizə təqdim edirəm.
1. İlk dörd mərhələ praktikadır və bütün proseslər tamlıqla lazım olan şəkildə inkişaf edir. Hamısı doğrudur, bu şəkildə də irəliləyəcək. Biz buna tarix və coğrafiya ilə məhkum edilmişik. Maraqlarımızın üst-üstə düşməsi obyektivdir.
2. Bəli, ən vacibi "İntizar mədəniyyəti"dir. Bu istiqmətdə işləmək lazımdır, çünki kifayət qədər iş görülməyib. Bu gün Rusiya ilə İran arasında məhz mənəvi yaxınlaşma mühüm əhəmiyyət kəsb edir. "İntizar mədəniyyəti" bütün həqiqət tərəfdarlarını amerika-sionist pisliyinə, liberal-kapitalizmin bəlasına qarşı planetar cəbhədə birləşdirən bir formul (düstur) olmalıdır.
3. Sonra gözlənilməyən hal. Əhmədnejad danışdı ki, BMT-dəki "İntizar gözləntisi" haqda olan çıxışından sonra Latın Amerikası ölkələrindən birinin prezidenti ona yaxınlaşaraq bunları deyib: "Bu mədəniyyət təkcə sizin monoteist dinlərə məxsus deyil. Biz inklər də onu gözləyirik və inanırıq ki qayıdacaq". Hətta Əhmədnejadın görüşdüyü buddist liderləri də bildiriblər ki, buddist dünyasında da "intizar mədəniyyəti" mühüm rol oynayır. Xilaskarı hamı gözləyir.
4. Beləliklə, gələcəkdə dünyanı nizama salmaq üçün "İntizar mədəniyyəti" adlı universal model var. Pislik dünyasının, imprealizmin, Amerika hegemonluğunun və dünya maliyyə oliqarxlığının qurduğu dünyanın yerində daha gözəl bir dünya qurmaq olacaqdır.
5. Tapşırıq: "İntizar mədəniyyəti" əsasında alternativ "dünya hakimiyyəti" yaradaraq, Amerika hegemonluğunun və dünya maliyyəsinin əlində olan hakimiyyəti almaq lazımdır.
6. Digər çıxış edənin şərhlərinə cavab verən Əhmədinejad "Həqiqi İnsan" dedikdə, nə başa düşülməli olduğunu izah etdi. O, "Həqiqi İnsan" dedikdə, "Qeybdə olan İmam"ı nəzərdə tuturdu. "İntizar mədəniyyəti"nin mərkəzində məhz o dayanmışdır. İnsanların öz şəxsi fikirlərinə əsaslanmaları xaos və qarışıqlığa səbəb olur. Biz gəlişini gözlədiyimizin iradəsinə tabe olmalıyıq. Hakimiyyət Ona və yalnız Ona məxsus olacaq.
Böyük ölkənin prezidentinin, möhtəşəm və qədim bir mədəniyyətin nümayəndəsinin başgicəlləndirici səmimiyyətindən sonra aydın oldu ki, prezident vəzifəsindən gedərək, bu insan nə siyasətdən, nə də ki tarixdən getmir. İranda təkcə vəzifə insanı vacib etmir, insan özü vacibdir. Əgər insan "Həqiqi İnsan"la bir dalğaya köklənibsə, onda Onun razılığı ilə yaşayır və Onun daxili sanksiyaları ilə hərəkət edir.
Əhmədinejad öz iradəsi və qələbə əzmi ilə şəfəq saçırdı. Tamamilə aydın idi ki, onun məqsədi nə hakimiyyət, nə də ki öz rahatlığıdır. Əhmədinejadın məqsədi Həqiqətin Əzablı Qələbəsidir.
Doğrudan da, ən əsas olan - budur!
Hazırladı: Bəhruz Salmanov xeberlent.az

Комментариев нет:
Отправить комментарий