Artıq 10 ildən çoxdur ki, Bakının bir çox mərkəzi bazarlarında, şəhər mərkəzində yerləşən iri supermarketlərdə dana əti adı altında çox vaxt camış əti satılır. Bunu başa düşmək üçün ətdən başı çıxan adamın sadəcə baxması da kifayətdir- camış əti dana əti ilə müqayisədə nisbətən ağ olur. Alıcılar əslində camış əti yediklərini bilməsələr də, aldıqları maldan çox razı qalırlar, dadına alışdıqları ət həmişə təzə olur. Satıcılar isə ətin halal və təhlükəsiz olmasına ürəkdən and içirlər. Çünki ət aldıqları ünvanı dəqiq tanıyrlar və orada malların halal kəsildiyinə, kəsimdən əvvəl və sonra baytar nəzarəti aparıldığına əmindirlər.
ANS Press-in araşdırması da təsdiqləyir ki, Bakı platosunun şimal-şərqində yerləşən həmin iri sallaqxanada kəsilən malların 70%-dən çoxu camış olur və peşə jarqonu ilə “Kürdəmir əti” kimi tanınan bu məhsul qəssablar arasında çox populyardır. Bəzi məhəllə qəssabları hətta özləri 80-100 kiloqramlıq bir dana kəsirlər və onun gözünə 40 kiloqram da “Kürdəmir əti” qatıb satırlar. Qazancları da az olmur - kiloqramını 5 manatdan götürdükləri əti 8 manatdan rahatlıqla reallaşdırırlar və bir neçə saatın içində 100-120 manat əlavə pul götürürlər.
Belə insafdan kənar üsulla qazanılan pulu, təbii ki, halal saymaq olmaz, çünki istehlakçının aldadılması yolu ilə əldə edilir. Amma bununla belə, son günlərdə yayılan xəbərlər göstərir ki, hazır ət satılan bir sıra bazarlarla və bəzi ət məhsulları istehal edən sexlərlə müqayisə etdikdə camış ətini dana əti adı altında satanları az qala günahsız mələk saymaq olar. Bu cür “qəssab”ların kolbasa-sosis sexlərinin satdığı əksər məhsul ya murdar ət, ya da at, eşşək və bəzən hətta it əti olur. Yanvarın ortalarında Xaçmaz rayonun Qımıl kəndi yaxınlığında meşədə tapılmış yüzlərlə at və eşşək sümüyü bunun bariz sübutudur.
Dövlət Baytarlıq Xidmətinin (DBX) mütəxəssislərinin fikrincə, həmin at və eşşəklərin əti, böyük ehtimalla, emal müəssisələrinə aparılıb. DBT-nin baş məsləhətçisi, aparıcı baytar həkim Fizuli Qurbanov bildirib ki, həmin atlar və eşşəklər kəsildiklən sonra ətlərinin tam çıxarıldığı aşkar edilib. “Bu, onu göstərir ki, ətlər bazara yox, emal müəssisələrinə aparılıb, yəni kolbasa, sosis və s. kimi ət məsullarının istehsalında işlədilib”,- deyə Fizuli Qurbanov vurğulayıb. Bölgədə rəsmi kolbasa sexləri ilə yanaşı qeyri-rəsmi kolbasa sexlərinin də yetərincə olması nəzərə alınarsa, DBX mütəxəssislərinin təxminlərinin düz olmasına inanmaq çətin deyil. Bu günlərdə Bakının Qaradağ rayonu ərazisinə tapılan at və eşşək sümükləri də göstərir ki, bu ətlərin və onlardan düzəldilən ət məhsullarının satış ünvanı Bakıdır. DBX təmsilçiləri Qaradağ rayonunda da ətin sümükdən peşəkarlar tərəfindən ayrıldığını bildirirlər. Yəni həmin ətin qida sektoruna yönəldildiyi açıqca görünür.
Araşdırmamıza görə, Xaçmazda aşkar edilən 104 baş və Qaradağ rayonu ərazisində tapılmış onlarla təkdırnaqlı Azərbaycanda kolbasa və sosiska istehsalına yönəldilən at və eşşəklərin kiçik bir hissəsidir: hər il minlərlə at və eşşək qeyri-rəsmi şəkildə kolbasa sexlərinə göndərilir. Bunu statistika ilə sübut etmək olar. Statistikaya görə, Azərbaycanda 76 min at və 44 min eşşək var. Adətən at və eşşəklər 15-20 il yaşayır. Amma Azərbaycan əhalisi atı və eşşəyi sırf təsərrüfatda işlətdiyi üçün yaşı 10 ili keçən kimi onunla vidalaşırlar, qoca eşşək və ya atın yediyi ot artıq xərc sayılır. Son illərdə Azərbaycanda heç kim hansısa atın və eşşəyin öldüyünü gözü ilə görməyib, təkdırnaqlılar bir az qocaldıqdan sonra harasa yox olurlar.
Yəni, hər il orta hesabla 7 min at və 4 min eşşək bu cür yox edilir. Kənd yerlərində yaşayanlar bilir ki, bir neçə il qabağa qədər Azərbaycanın mal bazarlarına Qazaxıstandan xüsusi işbazlar gəlirdi və qoca arıq atların birini 50-70 manata alaraq diri şəkildə ölkələrinə aparırdılar. Sonradan Astana xaricdən at və at əti idxalına qadağan qoydu və bu biznes də dayandı. İndi isə böyük ehtimalla həmin atlar daha ucuz qiymətə eşşəklərlə birlikdə ət emalı sexlərinə yönəldilir.
Yəni, bir atın orta hesabla 200 kiloqrama qədər ət verdiyi nəzərə alınarsa, bu üsulla il ərzində 1500 tona yaxın at və eşşək ətinin kolbasa sexlərinə verildiyini güman etmək olar. Bu, 2012-ci ildə Azərbaycanda toplam istehsal edilmiş kolbasa məmulatlarına təxminən bərabərdir. Statistikaya görə, inişil ölkədə 1543,8 min ton kolbasa istehsal edilib ki, bunun 844,8 tonu Bakının, 600 tonu Abşeron iqtisadi rayonunun, 61,5 tonu Gəncənin, 11,1 tonu Göygöl rayonunun payına düşüb.
Şirkətlər kolbasa məmulatlarının ətdən ucuzluğunu Hindistandan gətirilən ucuz sümüksüz ətlə izah edirlər. Düzdür, 2012-ci ildə Hindistandan 3,5 min ton sümüksüz camış əti gətirilib. Amma onun kiloqramını Hindistanda təxminən 2 dollara verirlər. Digər xərclər nəzərə alındıqda həmin ətin kiloqramı 3 manata düşür. Yerlərdən alınmış at ətinin kiloqramı isə 15-20 qəpikdən baha olmur, məsələn 200 kiloqram ət verən ata kolbasa sexləri indi 30 manat ödəyirlər.
Özü də Hindistan ətinin əsasən restoranlara və şadlıq evlərinə verildiyi kimsədən gizli deyil. Bəzi şadlıq evlərində hətta Hindistan ətindən bozartma da bişirirlər ki, bunu dadından dərhal hiss etmək olur. Həm də araşdırmamıza görə, at və eşşək ətinin bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərən kolbasa sexlərinə verilir. Rəqəmlər bu durumda ölkədə istehsal edilən kolbasa məmulatlarının təxminən yarısının at və eşşək ətindən istehsal edildiyini güman etməyə imkan verir.
Əslində at ətinin qidada istifadə edilməsində böyük qəbahət yoxdur, Orta Asiyanın əksər türk respublikalarında at əti yeyilir. Həm də 1-2 illik cavan atların əti dietik sayılır və qara ciyər xəstəliklərinin dərmanıdır. Lakin Azərbaycanda kəsilən atların yaşı 10-15-i keçdiyinə görə onların əti bu özəlliklərə malik deyil. Həm də digər türk xalqlarından fərqli olaraq oğuz türkləri, yəni türkiyəlilər, türkmənlər və azərbaycanlılar tarixən at əti yeməyiblər. Türkmənistanda hətta, atı qida məqsədi ilə kəsmək cinayət sayılır. Eşşək əti yemək isə şəriət qaydalarına görə doğru sayılmır. Burada ən təhlükəli məqam isə həmin ətlərin normal sanitariya şəraitindən uzaq, heç bir baytar nəzarəti olmadan kəsilməsindədir. Yəni haramlığı bir yana, bu cür gizli kəsilən ətlər istehlak bazarına çox dəhşətli xəstəliklər bəxş edə bilər.
Elə bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da, qanunvericiliyə görə, heyvan kəsimə getməzdən qabaq mütləq həkim nəzarətindən keçməlidir. DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, əgər heyvan kəsimə göndərilirsə ilk növbədə bəsləndiyi məntəqədə baytar nəzarətindən keçməlidir: “Yəni yerli baytar həmin heyvanın kəsilməsinə icazə verməlidir. Çünki sahə baytarı bilir ki, həmin heyvana qarşı hansı tədbirlər aparılıb, hansı vaksinalar və dərmanlar vurulub. Əgər heyvana vaksina vurulubsa, onu kəsmək olmaz, müəyyən müddət keçməlidir. Çünki vaksina əslində müəyyən xəstəliklərin virusudur. Məsələn, heyvana qara yara peyvəndi edilibsə, 10 gün kəsmək olmaz; zərdabı vurulubsa, müddət 14 günə qalxır. Dabaq vaksini vurulubsa, heyvanı 21 gün kəsmək olmaz. Həmin müddət ərzində heyvanda xəstəliyə qarşı immunitet yaranır və həmin virusları yox edir”,- deyə DBX təmsilçisi vurğulayır.
Yəni baytar heyvanın kəsimə yararlı olması barədə diri halda baytarlıq şəhadətnaməsi verməlidir. Daha sonra heyvanı kəsim məntəqəsinin baytarı diri halda müayinə etməlidir, şübhəli məqam akarlasa, kəsimi dayandırmalıdır. Məntəqənin baytarı kəsimdən sonra isə ətin müayinəsini aparmalıdır. Bu zaman qan, dərialtı toxumalar, içalat və s. müayinə edilməlidir. Bu, vərəm kimi parazitar xəstəliklərin müəyyən edilməsi üçün aparılır. Amma reallıq göstərir ki, Azərbaycanda bu normalara əməl edilmir. Yalnız Bakı və Gəncə kimi iri şəhərlərin bazarlarında, iri qəssabxanalarda baytarlıq ekspertiza laboratoriyaları var. Yəni bu məntəqələrdə kəsilən ətlərin vəziyyətinə az-çox nəzarət etmək olur. Amma ən qarışıq vəziyyət regionlardadır.
Son 20 ildə bu sahədə vəziyyət xeyli çətinləşib- heyvan sayı artıb, baytar həkimlərin sayı isə dəfələrlə azalıb. Məsələn, ölkə üzrə 1,8 milyon iri buynuzlu və 5,3 milyon xırda buynuzlu mal-qaranın olduğu 1983-cü ildə Azərbaycanda 3 mindən çox baytar həkim olub. Onların təxminən 1000-i zonalar üzrə, 2000-dən çoxu isə kolxoz və sovxozlarda fəaliyyət göstərib. 2013-cü ildə ölkədə 2,7 milyon iri buynuzlu və 8,7 milyon xırda buynuzlu mal-qara qeyddiyyatdadır. Yəni statistikaya görə 50 faiz artım olub, real artım isə daha yüksəkdir. Baytar sayı isə üç dəfə azalıb. İndi Azərbaycanın regionlarında fəaliyyət göstərən həkim sayı isə 1000-dən çox deyil. Adətən 5-6 kəndə bir baytar həkim nəzarət edir ki, onun da praktiki olaraq bütün heyvanlara nəzarət etməsi mümkün deyil.
Yəni, normal baytar nəzarəti göstərilməsi üçün kiçik və orta kəndlərin hər birində bir baytar həkim, böyük kəndlərdə isə 2 və ya 3 baytar həkim ştatı açılmalıdır. Azərbaycanda 4500-ə yaxın kənd və kəndlərdən elə də fərqləməyən qəsəbə var ki, bu hesabla ölkə üzrə dövlət ştatında olan baytar sayı 5 mini keçməlidir. Yəni indi Şəmkir kimi iri bir rayonda cəmi 20 baytar həkim var ki, onların kəsilən bütün ətlərə, kəsimə gedən bütün heyvanlara nəzarət etməsi fiziki cəhətdən mümkün deyil.
DBX təmsilçisi Fizuli Qurbanovun sözlərinə görə, Azərbaycanda bu sayda baytar həkim var, yəni ştatlar açılarsa, onları kadrla təmin etmək çətin olmaz. “Beynəlxalq Epizodik Büronun xüsusi qrupu araşdırmışdı və ortaya çıxarımışdı ki, Bakı və rayonlarda toplam 5 minə yaxın baytar var. Əgər dövlət bu sayda baytar ştatı açarsa, təbii ki, istənilən səviyyədə nəzarəti həyata keçirmək olar”,- deyə təcrübəli baytar vurğulayır.
Lakin burada vacib olan başqa bir məqam heyvanların birkalaşdırılmasıdır. Əgər bütün heyvanlara doğulan andan birka vurularsa murdar ətlərin, at və eşşək ətinin sexlərə gedib çıxması mümkün olmaz. Ən azından ətin qaiməsində kəsilən heyvanın birka nömrəsi yazılar ki, çağdaş texnologiya ilə ilkin heyvanın nə olduğunu ortaya çıxarmaq çox asan olar. Xarici ölkələrdə istənilən qaramal üçün pasportlaşma aparılır, doğumdan tutmuş kəsimə qədər heyvanlar barədə bütün məlumatlar mərkəzləşmiş bazada topdanır. Bstənilən baytar birka nömrəsi ilə ölkənin istnilən yerindən internetə girərək heyvan barədə məlumat ala bilir.
Yəni belə olan halda xəstə və vaksinləşdirilmiş heyvanın kəsimə verilməsi də qeyri-mümkün olur. “Bu sahədə bizdə də beynəlxalq təşkilatlarla layihələr aparılır. Artıq bütün cins atların nömrəsi var, xaricdən gətirilmiş mallara da nömrə vurulur. İndi bütün heyvanların birkalaşdırıması üzrə layihə var. İlkin mərhələdə bunu dövlət vəsaiti hesabına həyata keçirmək nəzərdə tutulur, sonra isə sahibkarların hesabına gerçəkləşdiriləcək. Zənnimcə, bu gerçəkləşdirildikdən sonra ölkədə baytar nəzarəti daha da güclənəcək, at və eşşəklərin, murdar və xəstə ətlərin istehlak bazarına girməsinin qarşısı alınacaq”, - deyə Fizuli Qurbanov bildirir.
bugun.az

Комментариев нет:
Отправить комментарий