22.01.2014

Vəhhabilər hansı əsasla Suriyada döyüşürlər

<b>Vəhhabilər hansı əsasla Suriyada döyüşürlər</b>Anar Xəyali

Son günlər Suriyada baş verənlər, daha doğrusu orda öldürülən azərbaycan vətəndaşlarının cəsədlərinin vətənə dönüş xəbərləri demək olar ki, gündəmdən düşmür

Nədir onların bu ölkəyə getməsinə və orda cihad adı altında maskalanaraq vətəndaş müharibəsində iştirak etmələrini doğuran səbəblər? Səbəbləri sırayla sadalamağa keçməmişdən öncə, gəlin özlərini Suriyaya “cihada” getmiş hesab edən vətəndaşlarımızın dini təmayülü haqqında bir neçə söz deyək:
Hamımıza aydındır ki, cihad bəhanəsi adı altında Suriyaya yola düşən həmyerlilərimizin hamısı birmənalı şəkildə özünu Sələfi adlandıran el dili ilə desək, Vəhhabi dini cərəyanının bu və başqa qollarına mənsub şəxslərdir.
Onlar bu gün Suriyada vətəndaş müharibəsinə qoşularaq əsasən Səudiyyə Ərəbistanında yaşayan Vəhhabi ərəb şeyxlərinin, başqa sözlə mənsub olduqları dini cərəyanın alimləri tərəfindən verilən fətvalar əsasında döyüşür. Özlərini mənsub olduqları əqidənin qaydalarına görə mücahid adlandıran bu, sələfi gəncləri daşıdıqları əqidənin üsulunca daha heç nə haqqında düşünmürlər. Çünki “Sələfi” başqa adıyla Vəhhabi cərəyanı akaid əqidəsi dində düşünmə yəni hadisələri ağılla götür-qoy etmə prinsipini başqa məhzəblərdən fərqli olaraq qətiyyətlə rədd edirlər. Çoxları fərqinə varmasa da, Vəhhabizm dini cərəryanını islamın digər məhzəblərindən və əqidə və hüquq məktəblərindən fərqləndirən ən başlıca faktor məhz budur.
Sələfi əqidəsi ağılla düşünub qərar verməyi bidət adlandırır və bunu edənləri kafir hesab edir. Onun üçün də sələfi əqidəsinin ardıcıllarına islam aləmi içində təkfirçi yəni, özlərindən başqa hamını kafir hesab edilənlər də deyilir. Onun ücün bu gün Suriyada özlərini mücahid hesab edərək vətəndaş müharibəsinə qatılan vahhabi gəncləri niyə və nə uğruna döyüşdüklərini əsla düşünmürlər, onlara görə Suriyada bir kafir var,-yəni Bəşər Əsəd və o, kafirin orda tərəfdarları var. Əgər, Səudiyyə Ərəbistanının sələfi əqidəli müftiləri onlar ücün Quran və sünnə əsasında fəva çıxarıbsa, kafir hesab etdikləri və tərəfdarlarına qarşı cihad fərzdir.
İndi isə səbəbləri araşdıraq: 70 il kommunist rejmi altında inləyən vətənimiz milli dəyərlərinin coxunda ağır aşınmaya məruz qaldığı kimi, din və mənəviyyat sahəsində də ağır itkilər verdi. Söz yox ki, millətimiz ağır repressiya və ateist təbliğatına nəticəsində təslim olub, total şəkildə ateist edilə bilməsə də, etiqad və dini ehkam və dəyərlərindən uzaq düşərək sanki ateizm ilə möfhumat arasında çabalayan bir etiqad sisteminə yiyələndi. Bu işdə heç şübhəsiz xüsusi xidmət orqanlarının yetişdirdiyi və insanlara ancaq mövhumat aşlayan mollaların “xidməti” və repressiya illərində əhalidən kütləvi şəkildə yığılan Quran və dini kitabların yandırılması əsas rol oynadı. Hətta evlərdən bir-bir Qurani-kərimlərin yığılması ailələrin nəsil ağazını da unutmasına gəirib çıxardı. Çünku sosialist inqilabina qədər Azərbaycanda hər ailə öz nəsil şəcərəsini sistematik şəkildə tutar və göz bəbəyi kimi saxlayardı. Göz bəbəyi kimi saxlanılası yer isə üçün isə müqəddəs Qurani-kərim səhifələri arasından başqa yer əlbəttəki düşünüləməzdi. Məhz bunun üçün represiya illərində ailələrdən Quran həm də səhifələri arasında şəcərə kağızı ilə birlikdə yığılırdı. Sovet İttifaqının bir sistem kimi süqutundan sonrakı müstəqillik illərində isə hər sahədə olduğu kimi idoloji sahədə olan tənəzzül ölkə əhalisinin böyük hissəsi ayaq aşmaqda olan xarici misyonerler üçün əsl xammal bazası idi. Arxasında bir neçə neft nəhəngi ərəb ölkəsinin maliyyə dəstəyi və beynəlxalq sionizmin lojistik köməyi olan vəhhabiləri də məhz həmin illərdə Şimali Qafqazdan ölkəmizə sızmağa başladılar. Hətta bu misyoner açılmlarını “töhvhidə dəvət” adı ilə adlandırmağa başlamışdılar. Bu prizmadan baxdıqda misyoner cəryanalr içində yalnız iki qrup: özlərini sələfilər adlandıran “Vahhabilər” və Türkiyədə “Nurçuluq” dini cərəryanının Fətullah Gülən qanadı gözlə görünən müvəffəqiyyətlər qazana bildi. Əqidələri və etiqat sistemləri bir-birindən tamami ilə fəqrqlənsə də, bu iki cərəyan özünü insanlara “əhli sünnə vəl cəmaat” qısaca sünnü kimi təqdim edirdi. Fəaliyyət sahələri fərqli idi. Nurcular adətən təhsil, mədəniyyət, mətbuat və s. ictimai setkorlardan təbliğatını qururaraq daha cox ziyalı insanları əldə etmək və yetişdirmək planıyla hərəkət etsə də, Vəhhabilər daha cox məcidlərə üz tutaraq radikallığa meyilli gənclərə tövhid adıyla təsir edərək sıralarına çəkməyə başladı. Hətta arxalandıqları maddi gücün sayəsində Bakıda Əbu-bəkr adlı məcid tikməyi belə bacardılar. Belə irəliləmələrinin səbəbi də heç şübhəsəiz ölkəmizdə əsrlərdir davam edən dini tolerantlıq və inacların qarşılıqlı bir-birinə hörmət etməsi ənənəsi idi, çünki ilk orataya çıxdıqlarında xalq kütlələri tamamiylə absurd fiziki görünüşlərindən dolayı (aşırı uzun və yöndəmsiz saqqal, topuqdan yuxarı şalvar balağı ) başqa ölkələrdən fərqli olaraq onları yadırğamamışdı. Mühitin əlverişliyindən illərlə faydalanıb sıralarını durmadan artıran vahhabilər əqidələri eyni olmsa da hədəflərinə çatamq üçün mənimsədiyi üsullar baxımdan bir necə qola bölündülər. Bir qurup özünü maskalayaraq hələlik qizli təkfirçiliyin tərəfdarı olsa da, digər qrup açıq təkfirçiliyə keçmək lazım olduğunu müdafiə edərərk onlardan ayrıldı. İkincilər adlarını artıq tez-tez teror aktları ilə gündəmə gətirməyə başladılar. Ən böyuk teror aktları da 6-il əvvəl birincı qurupun məskunlaşdığı Əbu-Bəkr məscidinə bombalı hücüm etmələri oldu.
Artıq beyinlərinə təsir etdikləri gənclərə, onlar kimi olmayanları “rafizi” “bidətçi” “kafir” kimi tanımağı, qəbr və pirləri ziyarət edənləri mütləq “şirkçı” (Allah şərik qoşan) elan etməyin vacibliyini onalar qarşı cihad etməyin halal olmasını Səudiyyə Ərəbistanındakı şeyxlərinin fətvaları ilə sabit olduğunu isbatlamağa başladılar. Başqa maraqlı məqamlardan biri də radikal təkfirçi qrupun ardıcılları daha cox ölkədəki şimali qafqaz , rus və ya rusdilli ailələrin evladları idi. Bir sözlə illərdir kommunist rejimində yaşayıb bu xalqın rayon və kəndlərdə yaşayan əhalisinə “cuşka” adıyla yuxardan aşağı baxan,milli dəyərlərə nifrət edən təbəqənin evladları. Sanki onalar bir növ revaş götürdülər, sovet dövründə illərlə aşağıladıqları sadə xalqın milli-mənəvi dəyərlərini bu dəfə vahhabi əqidəsinə sarılaraq alçaltmağa, milli adət-ənənələr bitətçilik adıyla damğalanmağa başlandı. Xalqın dini biliklərdən yoxsul sadəcə mövhümata inanan təbəqəsi onlar üçün adətən istinad divarına çevrilmışdi. Sadə səmimi vətəndaşların bilincsizlik üzundən etdikləri bütün səmimi əməllər onlaın əlində kimisə bitətçi elan etmək üçün sanki bayrağa çevrilmışdi. Halbuki onlar bu əməlləriylə İslamda ən böyuk bidətin və pozğunçuluğun əsasını qoyduqlarının fərqində belə deyildirlər. Çünki savadlı və dini təhsil görmüş gənc dindarlarımız onların pozucu fəaliyyətini və təkfirçiliyini önlərinə atılan böyuk maneələri baxmayaraq da olsa ifşa edə bildilər.
Amma bunlara baxmayaraq təkfirçi qruplar boyunlarına yüklənən beynəlxalq misiya və güclü maliyyə dətəyi onları Suriyaya yönləndirdi. Beləliklə Əl-Qaidənin də ideologiyasını payalaşdığı sələfi ardıcılları 3-il əvvəl Suriyada demokratiya uğrunda başlanan xalq hərəkatını əsl məhzəblərarası qanlı vətəndaş müharibəsinə çevirdilər. 
Bu gün Suriyada baş verənlər ayrıca bir araşdırma mövzusudur. Nəticə isə bizim üçün bundan ibarət olmalıdır ki, bu gün sələfi əqidəsi ilə məqsədyönlü şəkildə zəhərlidilmiş, onlarla hətta isbatlanmamış mənbələrdən alınan xəbərlərə görə yüzlərcə gənclərimiz Suriyada məchul qan davasınının iştirakçılarına çevrilib. Niyə? Nə üçün? Kimin üçün? Bu sual düşünən və qərarvermə qabiliyyətinə sahib hər hansı savadlı insana məlum olduğu halda özləri üçün qaranlıqdır. 
Onlar orada cihad etdiklərini daha doğrusu Səudiyyədəki sələfi alimlərinin cihad hökmü əsasında islama xidmət etdiklərini iddia edirlər. Lakin özləri də qəbul edirlər ki, bunun əksini düşünmək onlar üçün haramdır. Maraqlıdır əgər əqidə böyükləri olan və beynəlxalq imperializmə xidmətlərini sübuta ehtiyacı olmayan əqidə böyüklər bir gün həmin hökmü mənsub olduqları ölkə üçün verərsə onda necə? Bir an hətta bir saniyə belə olsa əqidələrinin ziddinə gedib öz ağılları əsasında nisbət verməyi sınaqdan keçirəcəklərmi?

baymedia.az

Комментариев нет:

Отправить комментарий