05.10.2014

Gülnarə Rəfiq - Overton pəncərəsi

Yaxud, sükut spiralı inildəyərkən

Bəlkə siz də həyatımızın müəyyən ssenari üzrə axdığını hiss edirsiz. Sanki rollar bölüşdürülüb, hansı kadrdan sonra nə gələcəyi müəyyənləşdirilib və sonluq bir qrup adama, yəni filmin müəlliflərinə artıq məlumdur. Bu filmdə hamıya rol var, hamı iştirakçıdır. Filmin kulminasiya anına yaxınlaşdığını ehtimal edə bilrik, çünki artıq hamı narahatdı. İndi isə ssenari müəllifi ilə tanış olaq.
Hər şeyi leqallaşdırmaq olar. Ola bilər siz «Overton pəncərəsi» terminini artıq eşitmisiz. Sadə dillə desək «nəyi istəsən leqallaşdırma texnologiyası» müasir zamanın ən böyük bəlalarından biridir. Bu texnologiya ilə tanış olanlar həmin dəqiqə homoseksualizm, bircinsli nikahların, insest, pedofiliyanın leqallaşma üsulunu anlayacaq. Biləsiz, uşaq evtanaziyası, yəni uşağın özünü öldürmək üçün başqasının köməyindən istifadə etmək hüqüqünü tanıma Avropa üçün növbəti addımdır. Nəzəriyyə, müəllifi Cozef Overtonun şərəfinə adlanıb. Cozef Overton (1960 - 2003) amerikalı elektron mühəndisi və hüquqşünasdır. Maki ictimai siyasət mərkəzinin (Mackinac Center for Public Policy) keçmiş vitse prezidentidir. Dünya onu «Overton pəncərəsi» nəzəriyyəsinin müəllifi kimi tanıyır. Təyyarə qəzasında vəfat edib.

Bənzər ideyalar 1869-cu ildə Entoni Trollopanın «Fineas Finn» romanında artıq səslənib. Kristofer Baklinin 2007-ci ildə çıxmış «Bumeranq günü» romanında Overton pəncərəsi ABŞ-ın sosial müdafiə sistemi kimi tətbiq edilir. 2010-cu ildə isə Qlenn Bek «Overton pəncərəsi» adlı siyasi trillerini nəşr etdirib. Cozef Overton hər hansı bir mədəni quruluşu məhv etməyə qadir olan bir model təklif edir. Model 1990-cı ildə ortaya atılıb. Burada cəmiyyətin əxlaqsız saydığı hər hansı bir hadisənin cəmiyyətə yeridilməsi modelinin pilləvari təsnifatı verilib.
«Overton pəncərəsi» siyasi nəzəriyyədir və cəmiyyət onu üzünə açılmış bir pəncərə kimi qəbul edə bilər. Nəzəriyyəyə görə hər hansı ideyanın yaşama ehtimalı ictimai fikrin məqbul sayacağı bir pəncərəyə daxil olub-olmamasından asılıdır. Yəni fikir səsləndirərkən siyasətçi radikallıqda, ekstremizmdə suçlanacağını dəqiq bilməlidi. Bu pəncərənin genişlənməsi siyasətçilərin səsləndirdikləri ideyalardan deyil, həmin siyasətçilərə səs vermiş cəmiyyətin içində dəyişiklik olanda baş verir. Alman politoloqu Elizabet Noel - Noymanın «sükut spiralı» adlı nəzəriyyəsi də bənzər pozisiyadadır. O deyir ki, insan azlıqda olduğunu bildikdə cəmiyyətin intiqamı, ya da izolyasiyasını gözünün qabağına gətirib öz fikrini deməkdən çəkinir. Bu qorxu spiral üzrə böyüyür və ictimai fikir adlı böyük bir yalan doğurur. Bu məsələdə KİV böyük rol oynayır. İnsanlar sosial dairədən qovulmaqdan qorxur, ətrafında özünə dəstək axtarır və cəmiyyətə arxalanmaq istəyir. Buna görə də özləri bilmədən fərqli düşüncələrə hədə siqnalları göndərir. Ona görə də əsil həqiqət çox vaxt azlıqda olur. Əgər hər hansı mövzu sükut spiralını işə salırsa deməli bu məsələ ictimai razılıq üçün böyük təhlükə yaradır. Sükut spiralı nəzəriyyəsinə görə həqiqəti ya imkanlı, yəni cəmiyyətin rəğbətini artıq qazanmış, ya da yüksək intellektli, yəni artıq cəmiyyətin fikrini özü üçün əsas saymayan adamlar, bir sözlə təcrid olunmaqdan qorxmayanlar deyə bilər.
Eybəcərliklərə yaşıl işıq. Cozef Overton kitabında cəmiyyət aid olan ideyaların zibil yeşiyindən çıxarılıb, yuyulub sonra qanuni cəhətdən möhkəmlənməsi prosesini izləyir. Hər bir ideya üçün imkan pəncərəsi var. Bu pəncərədən kənarda o, müzakirə edilib səsləndirilə bilməz. Amma bu pəncərə də yerində durmur, «ağlasığmaz» mərhələsindən «aktual siyasət» dərəcəsinə qədər böyüyə bilir. Bu, beyinlərin yuyulması texnologiasından daha nəfis nəzəriyyədir. Onun pilləvari sistemli tətbiqi qurban rolunu oynadığını bilməyən cəmiyyət üçün çox rahat keçir. Amma cəmiyyətə qarşı tətbiq ediləsi olsa bu model atom partlayışından da böyük dağıdıcı effekt yaradır. Hər hansı bir ağlasığmaz mövzunu, məsələn adamyeyənlik məsələsini nümunə üçün götürək. Məqsədimiz vətəndaşların bir-birini yemək hüququnu, hanniballığı leqallaşdırmaq olsun. Ola bilər bu gün məsələni ortaya atsaq cəmiyyət etiraz edəcək, çünki hanniballığın leqallaşması imkan pəncərəsinin sıfır həddindədir. Bu pillənin adını «ağlasığmaz» qoyaq. Adam əti yemək cəmiyyət üçün hələ ki, iyrəncdir və məsələ mətbuatda, xüsusilə də intellektual bir məclisdə müzakirə edilməz. Deməli Overton pəncərəsinin ilk tərpənişi onu ağlasığmaz pilləsindən radikal pilləsinə gətirməkdi. Axı bizim söz azadlığımız var.
Adamyeyənlikdən niyə danışa bilməyək? Alimlərə hər hansı mövzuda fikir yürütmək yasaq deyil. Ona görə də ilk əvvəl «Polineziya qəbilələrinin ekzotik mərasimləri» adı altında etnoloji simpozium keçirək. Müzakirə obyektinin tarixini araşdıraq, elmi ifadələr seçib nüfuzlu fikir yürüdək. Görürsüz, elmi nüfuzu pozmadan hanniballıq barədə danışmaq mümkündü. Overton pəncərəsi hərəkətə gəldi. Məqsəd cəmiyyətin radikallağını müsbət tərəfə çevirməkdi. Elmi müzakirələrlə paralel olaraq nəsə, məsələn «Radikal hanniballar cəmiyyəti» yaranmalıdı. Ola bilər ki, onlar yalnız sosial şəbəkədə ortaya çıxmağa ürək edər. Amma onları mütləq görəcəklər və məlumat hər yerə burnunu soxan mətbuata çatdırılacaq. Bir də ki, cəmiyyət o qədər rəngarəngdi ki, ideya ortaya çıxan kimi diqqəti özünə çəkmək istəyən ağıldankəmlər avtomatik yaranır. Onlar hələ ki, camaatda ikrah yaratmalıdı və «pis hanniballar» adlandırılmalıdı. Hələlik bu mərhələdə Britaniya alimlərinin fikirlərini yerləşdirmək olar. Qoy camaat adam yeyərkən bu yarımadamların nələr hiss etdiyini araşdırıb nəticələri dərhal ictimailəşdirsin. Nə qədər iyrənc olsa da hər kəs adam əti yeyənlərin nə hiss etdiyini bilmək istəyir. Artıq mövzu gündəmdə sayıla bilər.
Niyə də olmasın? Növbəti mərhələdə pəncərə hanniballığı radiakallıqdan mümkünlük pilləsinə gətirməlidi. Bu mərhələdə də «alimlərin» fikirləri səslənməkdədi. Axı bilikdən necə üz döndərmək olar? Bu məsələni müzakirə etmək istəməyənləri riyakarlıq və ikiüzlülük damğasıyla hədələyəcəyik. Hanniballığa bir qədər eleqant ad fikirləşmək lazımdı. Yoxsa cəmiyyət faşistlər yəhudilərlə elədiyi kimi adamyeyənlərin boynuna xüsusi lövhəciklər asmağı tələb edə bilər. Evfemizm, yəni həqiqəti üstüörtülü adla əvəz etmək çox vacib məqamdı. Onun əsil adını dəyişmək lazımdı. Hanniballıq artıq yoxdur, əvəzinə antropofagiya var. Bu termini də tezliklə təhqiredici elan edib əvəz edəcəklər. Adların əvəz edilməsi məsələnin əsas mahiyyətindən yayındırmaqdı. Hanniballıq əvvəl antropofigiya, daha sonra isə antropofiliyaya sevrilir, elə bil ki, cinayətkar pasportunu dəyişməklə iz itirir.
Ad dəyişməklə paralel olaraq məsələnin tarixi, mifoloji, aktual, ya da sadəcə uydurulmuş amma mütləq legitim dayaq nöqtələri yaradılır. Bu mərhələnin məqsədi antropofiliyanın mümkünlüyünü göstərən «sübut»lar gətirməkdi. «Susuzluqdan ölən uşaqlarını öz qanı ilə içizdirən qəhrəman ana haqqında əfsanəni xatırlayırsızmı?». «Bəs antik ilahları necə, onlar hər şeyi yeyirdi. Romalılar üçün bu adi məsələdi, axı…». «Hər mərasimdə İisusun qanını içib ətini yediyini düşünən xristianları unutmayaq. Siz kilsəni də ittiham etmək fikrindəsiz? Siz kimsiz axı!»
Bu mərhələnin məqsədi paralel olaraq adamyeyənliyi cinayət təqibindən çıxarmaq cəhdləri etməkdi. Heç olmasa bir dəfə olsa böyük qələbədir. 
Belə də olmalıdı! Qanuni presedent, yəni artıq baş vermiş bir hadisənin təqdimatından sonra Overton pəncərəsi mümkündür mərhələsindən rasional pilləyə keçməlidi. Bu artıq 3-cü mərhələdi. Vahid problemin bölünməsi mərhələsi bununla bitir. 
«Adamları yemək istəyi insanın təbiətindədir və genetik kodunda yazılıb»
«Bəzən insan yemək vacib olur, çünki qarşısı alınmaz səbəblər var».
«Elə adamlar var ki, yeyilmək istəyir».
«Antropofilləri yoldan çıxarıblar».
«Qadağa olunmuş hər şey şirin gəlir».
«Azad insan nə yeyəcəyini həll etmək hüququna malikdir».
«İnformasiyanı gizləməyin, qoy hər kəs kimliyini, yəni antrofil, yoxsa antrofob olduğunu dəqiqləşdirsin». 
«Antropofiliyanın ziyanı varmı? Qaçılmazlıq hələ sübut edilməyib».
Artıq insan şüurunda problem uğrunda gedəcək döyüşlər üçün meydança açılıb. Kənar flanqlarda adamyeyənliyin radikal tərəfdaşları, üzbəüzdə isə radikar əleyhdarları yerləşdirilib. Radikal əleyhdarlar, yəni normal adamlar adamyeyənliyə reaksiya verməyə bilmədiklərinə görə bir o qədər hay-küylü hanniballıq tərəfdarları ilə bir səviyyəyə qoyulur. Onlar havalanmış psixopadlar, aqressiv, faşistlər kimi antropofiliyanı təqib edənlər, alamyeyənləri diri-diri yandırmağı təklif edənlər, cuhudlar, kommunstlər və s. ikrah doğuran obraz yaratmalıdırlar. Mətbuat isə hamının fikrini paylaşır, bircə leqallaşmanın əsil, real əleyhdarlarından başqa. Antrofillər isə iki cəbhə arasında qalaraq dünyanın bütün faşistlərini lənətləyir. «Alimlər» durmadan bəşəriyyət boyu bir-birinin ətini didən insanların normal olmasını sübut edir. İndi antropofiliya rasional pillədən popular mərhələyə keçə bilər.
Eat me, baby… Hanniballığın məşhurlaşması üçün onu pop-kontent, mifoloji qəhrəmanlar və müasir media şəxsiyyətləriylə dəstəkləmək lazımdı. Adamyeyənlik artıq tok-şouların mövzusu olur, iri ekranlarda adamları yeyirlər, mahnı mətnləri və videokliplər yalnız bu barədə danışır. Məşhurlaşmağın ən yayılmış yolu «Bir ətrafına bax!» üsuludur. «Bilmirdin ki, filan bəstəkar antropofildi?». «Məşhur Polşa rejisyorunun antropofil olduğu ortaya çıxıb, sən demə ömrü boyu onu təqib edirlərmiş…». «Nə qədəri dəilixanalarda heç oldu… Neçə milyonu sürgün elədilər, vətəndaşlıqdan məhrum oldular… Yeri gəlmiş Ledi Qaqanın «Eat me, baby» (Məni ye, cocuğum) mahnısı necədir?»
Mövzu artıq top onluğun ən yuxarı sətirlərindədi. Artıq onu irəli aparmaq lazım deyil, o özü irəliləyir. Mətbuatda mövzunun müzakirəsi çox vaxt mütəxəssis iştirakı olmadan aparılır. Sanki bir neçə nəfər tinbaşı, ya da pilləkənbaşı söhbət eləyir, amma bunu minlərlə adam efirdən eşidir. Məsələ çeynənmiş və bezdirici olan anda ortaya bir mütəxəssis çıxıb elan edir: «Əslində hər şey siz deyən kimi deyil, məsələ bunda, ya da bundadır…». O, «belə eləmək lazımdı» adlı təyinatlarını verir. Leqallaşma tərəfdaşlarını təmizə çıxarmaq üçün cinayətkarların obrazı mümkün qədər insaniləşdirilir: «Axı bunlar yaradıcı insanlardı, nə olsun arvadını yedi?», «Onlar öz qurbanlarını həqiqətən sevir. Yeyirsə, demək sevir», «Antropofillərin yüksək İQ göstəricisi var, onlar əxlaqın başqa tərəfini əsas tutur», «Antropofillər özü qurbanlardır, həyat məcbur edib»…
Tok-şoular səngimək bilmir: «Biz sizə gözəl bir sevgi əhvalatı danışacağıq. O sevgilisini yemək istəyirdi. Sevgili də yalnız yeyilmək istəyirdi. Biz kimik axı, onları qınayaq? Bəlkə bu da sevgidi? Sevginin qarşısını kəsməyə qüdrətiniz çatarmı?». 
Biz hakimiyyətdəyik! Hanniballıq aktual siyasət pilləsinə çatanda artıq qanunverici bazada hazırlıqlar başlayır.  Lobbist qruplar kölgədən çıxır. Sosioloji sorğular aparılır və cəmiyyətdə hanniballığın yüksək dərəcəsi təyin edilir. Artıq «adamların adam yeməsini qadağan etmək» özü qadağandır. Məsələ aktual siyasət səviyyəsindədirsə cəmiyyət artıq sındırılmış sayıla bilər. Ola bilər onun etiraz edən hissəsi hələ də qalmaqdadır. Amma cəmiyyət öz süqutu ilə artıq barışıb. İnsan davranışını dəyişdirən qanunlar qəbul edilib. Bir qədər əvvəl problem sayılan məsələ artıq məktəb və bağçalara qədər gedib çıxıb. Pederastiyanın  leqallaşması da bu model üzrə oldu. Onlar indi özünü gey adlandırmağı tələb edir. Növbədə insest və evtanaziya durur. Nümunə kimi göstərilmiş adamyeyənliyin mümkünsüzlüyünü də düşünməyin. Çünki Daniya zooparkında Marius adlı zürəfanən şou şəklində parçalanmasını uşaqlara göstərmək, uşaqlar üçün anotomik teatrın olması Overton pəncərəsinin artıq tərpəndiyini göstərir.
Tolerantlıq artıq ayıbdır. Bu üsul hər bir şəxsiyyətin içində gəzdirdiyi zəifliklərə əsaslanıb. Bu texnologianın qəribəliyi odur ki, onu anlayanda da o işləməyindən qalmır. Çünki şüuraltına təsir insanın ehtiyaclarından doğur.  Təzyiq vasitələri bunlardır: tolerantlıq, evfemizm, qəbilə düşüncə tərzi, avtoritet illüziyası, «qanundursa deməli düzdür» fikri. İnsan cəmiyyətdə heç vaxt özünü razı hiss etmir. Bu narazılıq hissiylə hər kəsi yerindən, kökündən qoparmaq olar. Tolerantlıq, dözümlülük ən murdar fikirləri məişətə salmağa imkan yaradır. Vikipediada tolerantlıq sözünün təsvirində dözümlülüklə yanaşı «özünü könüllü şəkildə iztirablara qurban vermək» təyinatı da var. Məhz bu məqam tolerant adamları tamam fərqli, yaramaz fikirlərə dözməyə vadar edir. Həmsöhbətin aqressiyası və narazılığını qazanmaqdan ehtiyatlanmaq öz fikirlərindən imtinaya gətirib çıxarır. Evfemiya, yəni məqbul olmayan bir işə nisbətən abırlı ifadələrlə don geyindirmək də cəmiyyətin ziyanına işləyir. Bir qədər əvvəl pederastiya (latıncadan pede – oğlan, rastiya – sevən, yəni uşaqbaz) adlanan davranış nistəbən netral – gey sözü ilə əvəz edilib. «Mənim tanışım gey» və «mənim pederast tanışım» tamam fərqli səslənir.
Qəbiləyə mənsub olmaqda özünü təhlükəsiz duymaq sevgi, hörmət qazanmaq istəyi kimi hər kəsin mahiyyətindədir. Böyük auditoriya qarşısında çıxış etmiş hər kəs hamının gözünü sənə dikdiyi vaxt pauzanı gözləməyin nə qədər çətin olduğunu bilir. İndi təsəvvür edin, siz dolu bir zala öz narazılığınızı bildirməlisiz. Axına qarşı üzmək düşündüyünüz qədər asan deyil. Xüsusilə də yaxınlıqda nüfuzlu bir insan fərqli fikir deyirsə bu minqat çətinləşir. Avtoritetlərin nüfuzundan qurtulmaq üçün bir anlıq onun şəxsiyyətinə, kimliyinə diqqət yetirmək kifayət edir. Ətrafınızda fanatik adamlar varsa deməli məyus və sarsılmış insanlarla ünsiyyətdəsiz. Məşhur psixoloq Yunq deyirdi ki, fanatizm şübhələrini boğan kəslərdə baş qaldırır. Çünki haqlı olduğunu bilən adamlar bu barədə sakit danışır, heç kimi üstələməyə, əzməyə çalışmır.
Komfort və təhlükəsizlik xoşbəxt eləmir. Overton pəncərəsi texnologiyasının dəhşəti ondadaır ki, insan harmoniyanı itirir və daimi daxili tərəddüd və mübahisələrdən yorulur. İnsan kökləri, kimliyi ilə əlaqəsini itirir və çox tənha olur. Ölkələrdə artan intihar dalğaları bunun nəticəsidi. Komfort və təhlükəsizlik xoşbəxt eləmir. Texnologiyadan qurtulmaq üçün hər yerdə «normal» olmaqdan imtina etmək vacibdir. Fərdilik normallıqla əvəz olunan kimi texnologiya üstələyir. Mənsub olduğun xalqın mədəniyyəti, əxlaqı, adətləri müasir zamanın məzvedici texnologiyalarından xilas edə bilir. Müasir təsirlərdən birdəfəlik qurtulmaq olmayacaq. Amma «Bizim cəmiyyət eynicinsli nikahları qəbul edəcək qədər demokratik deyil» demək əvəzinə «Demokratiya xalqın iradəsini əks etdirməlidirsə deməli eynicinsli nikahlar bizim mədəniyyətin bir parçası olmaq üçün bizə yaramır» desəz bu, daha müasir və salamatı olar. Texnologiya idealları olmayan, xeyir və şərin dəqiq yeyrini müəyyənləşdirməmiş cəmiyyətlərdə irəliləyir. 
Ola bilər siz ananızın fahişə olduğu barədə hamıya danışmaq istəyirsiz. Bəlkə bu barədə jurnalda məqalə çap edəsiz? Mahnı da oxuya bilərsiz. Fahişə olmaq normadır, ya da lazımdır?  Bax bu, təsvir etməyə çalışdığımız texnologiyanın qısa təsviridir. O, yol verilən bütün həddləri aşmağa arxalanır. Qadağalar olmasın, müqəddəs də heç nə olmasın.
***
Elə bilirsən təklikdə heç nə edə bilməzsən? Haqlısan, təklikdə heç nə edə bilməyəcəksən. Yazını Cozef Overtonun öz sözləriylə bitirmək yerinə düşər: «Şəxsən Sən insan kimi qalmağa borclusan! İnsan hər bir problemdən çıxış yolu tapa bilər. Birinin bacarmadığını hamı edə bilir».

bizimyol.info

Комментариев нет:

Отправить комментарий