28.10.2014

Saməddin Sami - Ata qəzəli

Nəyə lazımdı ki övladsız imarət ataya,
Yalnız övlad sayılır dəhridə sərvət ataya.

Ogul osun, ya da qız övlad ucaltsın başını,
Çalışıb verməsin aləmdə xəcalət ataya.

Belə bir dərd atanın qəlb evində dağə dönər,
Övladın olmasa qəlbində məhəbbət ataya.

Var oğul həyatda alçaldır atanın adını,
Oğulda var özüdür şanilə-şöhrət ataya.

Yerdə Allah atadır, hər bir olan övlad əyər
Allahə etmiş olar etsə ibadət ataya.

Nə bu dünyadə, nə üqbadə nicat tapmaz o kəs,
Kim əyər etməsə aləmdə itaət ataya.

Ataya arxa, dayaq, dostlar, əsl övlad odur,
Bilə sağlığında qədrin, verə qiymət ataya.

Həyatda görmədik ata nəvazişin, Sami!
Bizi az yaşında qoymuş fələk həsrət ataya.

Комментариев нет:

Отправить комментарий