Aran və Azərbaycan adları tarixinə bir baxış
Arazın şimalında şiələr yaşayan torpaq Rusiya-İran arasında uzun müharibələr və Qacarlar dövlətinə zorla qəbul etdirilmiş qara Gülüstan və Türkmənçay müqaviləsi nəticəsində İrandan ayrıldı. Hazırda “Azərbaycan Respublikası” adlanan bu torpağın həqiqi adı başqadır. Çox da qədim olmayan dövrə qədər əsil adı ilə tanınırdı. Bu torpaqlar qədim zamanlarda “Albaniya” adlanırdı. Qədim tarix və coğrafiya alimləri bu barədə çox şeylər yazmışlar və “Albaniya” torpaqlarını Azərbaycanın (Atropatenanın) bir hissəsi bilmişlər.
B.e.ə. 205-ci ildə yaşamış Pulibyus Qafqaz Albaniyası və ona qonşu ərazilər haqqında müəyyən məlumatlar vermişdir. O, Qafqazın şərqi haqqında belə yazıb: “Atropatena və Albaniya torpaqları arasında Kadosan və digər xalqlar məskunlaşmışlar”.
Pulibyusun yazılarından iki nəticə əldə etmək olar: 1. Albaniya torpağı Azərbayqanın bir hissəsi olmuşdur. 2. Albaniya bəzi hissələrdə Azərbaycana bitişik qonşu olmamış və bu iki torpaq arasında bəzi tayfalar məskunlaşmışlar. Maraqlı olan budur ki, Kadusan (talışlar) indi də Azərbaycan və özünü Azərbaycan Sovet Sosialist Respublikası adlandıran torpaqlar arasında məskunlaşmışlar.
Bunlar Gilan talışları və sovet ərazisində talışların məskunlaşdığı Astara və Lənkəranda yaşayan talışlardır. Onların dil və mədəniyyətləri ASSR-də yaşayan azərilərin dil və mədəniyyətlərindən fərqlidir.
B.e.ə. 1-ci yüzilliyin tarixçi və səyyahı Dev Dor Sisli Avropa və Asiyanın bir çox yerlərinə səyahətə çıxmış və qədim zamanlardan Sezar müharibələrinədək 40 bölmədən ibarət tarix yazmışdır. O topluda yalnız 1-5-ci və 11-12-ci bölmələr dövrümüzə çatmışdır. Dev Dor Ketzyas yazılarına istinadən Albaniya əyalətlərinin adlarını saymış və Xəzər (Kaspian) əyalətini və Xəzər darvazasını (Qafqazın Dərbəndi) Albaniya əyalətlərindən hesab etmişdir.
Miladdan öncəki tarixçi və coğrafiyaçıların əsərləri arasında Strabonun Qafqaz və onun xalqları haqqında yazdıqları digər yazılardan daha ətraflıdır. Strabon b.e.ə. 63-cü ildə Kiçik Asiyada dünyaya gəlib. Onun 17 bölmədən ibarət “Coğrafiya” kitabı təxminən tam formada günümüzə gəlib çatmışdır. Strabon Teofans Miltinin əsərlərindən istifadə edərək Qafqaz Albaniyası haqqında dəyərli məlumatlar yazmışdır. Onun yazılarında belə deyilir:
“Albaniya torpaqları Qafqaz dağlarının cənubundan Kür çayına qədər və Xəzər dənizindən Alazan çayına qədər uzanır. Cənubdan Atropatena, Midiya torpaqları ilə həmsərhəddir.”
Buradan nəticə alınır ki, Qafqaz Albaniyası “Atropatena” yaxud “Azərbayqan” adlanmayıb və eyni yer olmayıblar. Strabonun əsərində Albaniyanın adı və bu torpaqların sərhədləri də Midiya adlanır və Azərbayqan da “Midiya Atropatenası” adlandırılır. Daha əhəmiyyətlisi budur ki, o öz əsərində Azərbaycan xalqının iranlı və dillərinin fars dili olduğunu bildirmişdir. 2-ci əsrin coğrafiyaçısı Dinus Xəzər dənizi haqqında yazarkən sekka, hun, xəzər, alban və digər xalqların orada yaşadığını yazmışdır. Aryan makedoniyalı İskəndərin hücumları barədə yazarkən Albaniya və Azərbayqanın adını ayırmış və Azərbayqanı “Midiya Atropatena”sı adlandırmışdır.
1-ci əsrin dahi tarixçi və coğrafiyaçısı olan Pilinus özünün 37 bölmədən ibarət “Təbiət tarixi” kitabında Qafqaz Albaniyası haqqında belə yazır:
“Albanlar Kür çayı ətrafındakı düzənlikdə məskunlaşmışlar. Alazan çayı onları ibrilərdən (gürcülərdən) ayırır”.
Bu yazı Strabonun yazısı ilə çox uyğun gəlir. Göstərilən yazılardan belə bir nəticə əldə etmək olar ki, Qafqaz Albaniyası Azərbayqandan fərqli bir yerdir.
Arana qondarma Azərbaycan adı necə verildi?
Fəthəlişah Qacarın dövründə İran və Rusiya arasındakı müharibə və məşhur Türkmənçay müqaviləsindən sonra Araz çayı İran və Rusiyanın sərhədi kimi tanındı və bütün Qafqaz Rusiya imperiyasının müstəmləkəsinə çevrildi.
İranın məğlubiyyətindən və bütün Qafqazın Rusiya imperiyasına birləşdirliməsindən sonra, Dağıstan əhalisi Qafqazın şimal-şərqində, Şeyx Şamilin rəhbərliyilə üsyan bayrağı qaldırdılar. Dağıstan müsəlmanlarının Rusiya ordusu ilə müharibəsi on illərlə uzandı. Bu müharibə qəhrəmanlıqlarla dolu idi. Belə ki, böyük rus yazıçısı Lev Tolstoy bu qəhrəmanlıq və igidliyin bir hissəsini öz “Hacı Murad” əsərində qələmə almışdır. Sonda Şeyx Şamil əlacsız qalaraq vətənindən uzaqlaşdı və Ərəbistana hicrət edərək Məkkədə etikafla məşğul oldu. O, 1871-ci ildə Mədinə şəhərində vəfat etdi.
Şeyx Şamilin Rusiya imperiyası tərəfindən məğlub edilmiş qiyamı daha çox dini mahiyyət daşıyırdı. Lakin Qafqazda ondan sonra baş vermiş qiyamlar dini-siyasi rəng aldılar. Bu qiyamlar “pantürkizm”in banisi olan Osmanlı dövləti və “Cavan türklər” dəstəsi tərəfindən himayə olundular. Himayənin səbəbi isə Rusiya ilə üzləşmək idi. Ruslar Osmanlı torpaqlarında məskunlaşmış ermənilərdən, türklər də Rusiya torpaqlarındakı sünni müsəlmanlardan öz hədəflərinə çatmaq üçün istifadə edirdilər.
1911-ci il Bakıda “İslami və Demokratik Müsavat Partiyası” yaradıldı. Bu partiyanın yaradıcıları Rəsulzadə, Şərifzadə, Kazımzadə və başqaları idilər. Onlar Osmanlı türkləri tərəfindən himayə olunurdular. Böyük Sovet Ensiklopediyasının yazdığına görə, “bu partiyanın proqramı İslam Ölkələrini Türkiyənin rəhbərliyi altında toplamaq idi”.
1917-ci ilin fevralında birinci Rusiya İnqilabının qələbəsindən və tezarların məğlubiyyətindən sonra Müsavat başçıları “Rusiya (Azərbaycan) Demokratik Respublikasını elan etmək barədə razılığa gəldilər. Bu respublika Rusiya imperatoru 2-ci Nikolay Tezarın süqutundan sonra yaradılmışdı.
1917-ci ildə “İslami və Demokratik Müsavat Partiyası” ilə “Federalist Türklər Partiyası” arasında qarşılıqlı konfrans keçirildi. Bu konfransda sözügedən iki partiya birləşdilər və yeni ad seçərək özlərini “Demokratik Federal Müsavat Türk Partiyası” adlandırdılar.
Sözügedən partiya bundan sonra muxtariyyət və istiqlal iddiası etdi. Partiyanın qurultayında Rəsulzadə, Qocinski, Osobekov, Ağayev və bir neçə başqa şəxs Mərkəzi Komitənin üzvü seçildilər. Partiyanın mətbuat orqanı “İstiqlal” qəzeti idi.
1917-ci il Oktyabr İnqilabından və Rusiyanın 1-ci Dünya Müharibəsində neytral qalmasından sonra Osmanlı türkləri Qafqazdakı nüfuzlarını artırdılar. Müsavat Partiyasının başçıları əvvəlcə Qafqaz bolşeviklərilə yaxın münasibətdə oldular. Amma sonra onların arasında ixtilaf düşdü və müsavatçılar 1918-ci il may ayının 28-də Tiflis şəhərində öz hökumətlərini qurdular və “Azərbaycan Respublikası” adı ilə müstəqilliklərini elan etdilər. Tarix boyu Albaniya, Aran və Şirvan adlanmış məntəqə ilk dəfə “Azərbaycan Respublikası” adlandırıldı. Bu addım İranın o dövürkü yazıçıları və mətbuatı tərəfindən, o cümlədən dahi İran şairi Məliküş-şüəra Bahar tərəfindən şiddətli tənqid atəşinə tutuldu. İranlı yazıçılar və İran mətbuatı tarixə istinadən elmi məqalələr yazaraq bildirdilər ki, Azərbaycan adı tarix boyu İranda olan həqiqi Azərbaycana deyilmişdir. Aran və Şirvan torpaqlarının Azərbaycan adlandırlıması yalnız siyasi və pantürkist məqsəd güdür.
1918-ci ilin sentyabrında Türkiyə qoşunları Nuru Paşanın rəhbərliyilə Bakını işğal etdilər. Bundan sonra mərkəzi Gəncədə olan müsavatçılar dövləti türklərin himayəsilə Bakıya köçdü.
Müsavatçıların mütəşəkkil və həmrəy olmalarına baxmayaraq türklərin onlar üzərindəki nüfuzu çox idi. 1945-ci ildə Moskvada çap edilmiş Kiçik Sovet Ensiklopediyasında belə yazılıb:
“Müsavatçılar türklərin ardınca gedirdilər və pantürkist bir dövlət idilər”.
Qafqazdakı Aran və Şirvanı Azərbaycan adlandırmağın türklərin istək və siyasəti olduğunu güman etmək olar. Çünki türklər dəfələrlə İran Azərbaycanına hücum etmiş və əhalinin çoxunu qətlə yetirmək, şiə ziyarətgahlarını və məscidlərini, ev və bazarları viran etməklə yanaşı, həmişə Azərbaycan xalqının güclü müqavimətilə üzləşmişdilər. Onlar Azərbaycan xalqını bu yolla özlərinə tərəf çevirməyə qadir deyildilər. Ona görə başqa yola əl atdılar. Onlar belə bir fikrə düşdülər ki, əvvəlcə Qafqaz və Azərbaycanı vahid Azərbaycan adı altında birləşdirsinlər, sonra isə sözügedən iki torpağı özlərinə birləşdirsinlər. Osmanlı imperiyası Avropada olan öz ərazilərini itirmişdi. Buna görə də Cənubi Qafqazın bir hissəsini itirdiyi torpaqların əvəzinə işğal etməyə çalışırdı. Bu torpaqlar həqiqətdə İran torpaqları idilər və qara Türkmənçay və Gülüstan müqavilələrinin İrana zorla qəbul etdirilməsi nəticəsində Rusiyanın müstəmləkəsinə çevrilmişdi.
1918-ci ilin oktyabrında İngiltərə ordusu general Tomsonun başçılığı ilə Bakını işğal etdi və Birinci Dünya Müharibəsində iştirak etmiş türk ordusunu buradan çıxardı. Amma müsavatçılar tərəfindən yaradılmış “Azərbaycan Respublikasını” rəsmən tanıdı.
Müsavat dövləti iki ilə yaxın Aran və Şirvana “Azərbaycan Respublikası Dövləti” adı altında hökumət etdi. Bu vəziyyət 1920-ci ilin aprel ayının 28-nə qədər davam etdi. Bu tarixdə Rusiyanın Qızıl Ordusu Bakını işğal etdi. Onlar müsavatçıların dövlətini süquta uğratdılar və sözügedən partiya və dövlətin başçılarının bir çoxunu həbs və edam etdilər.
O tarixdən etibarən Bakı və ona aid yerlərdə sovet hakimiyyəti elan edildi. Lakin yeni dövlətin də adı Aran və Şirvana pantürkistlərin qoyduğu “Azərbaycan” saxlanıldı. Bu məntəqə Azərbaycan Sovet Sosialist Respublikası adlandırıldı. Çünki Osmanlıların Aran və Şirvanı Azərbaycan adlandırmaqda məqsədi eynən rusların güddüyü məqsəd idi. Rusiyanın sonrakı addımları da bunu göstərdi ki, onlar da Osmanlı türklərinin İran Azərbaycanını işğal etməkdə olan genişlənmək (ekspansiya) məqsədini güdürlər. Buna misal olaraq İranın şimalını və Azərbaycanın işğalını, Stalinin göstərişilə İran Azərbaycanında demokrat dəstələrinin təşkili, Azərbaycanı İrandan ayırmağa cəhd və “Şimali və Cənubi Azərbaycan” kimi qondarma adları göstərmək olar. (Əgər Aran və Şirvanın tarixi adının yerinə münasib bir ad qoymalı olsaq, bu “Şimali İran” adından başqa bir şey olmayacaq. Çünki Aran və Şirvan İran yaylasının bir hissəsi və bu yaylanın şimalıdır. Bu ad məntəqənin tarix, mədəniyyət və coğrafiyası ilə də uyğundur.)
Beləcə “Azərbaycan” adı əvvəlcə müsavatçılar tərəfindən Qafqazın bir hissəsinə deyildi, sonra isə Sovet İttifaqı tərəfindən də təsdiqləndi.
Azəri dilində danışanların Qafqazda yaşadıqları yerin heç vaxt Azərbaycan adlandırılmaması məsələsində zərrə qədər şübhə və tərəddüd yeri yoxdur. Qədim müəlliflər və tarixçilər bu həqiqəti aşkar deməkdən çəkinmirdilər. Amma sonradan bu məsələ siyasi səbəblərlə dünya əhlinə gizli qaldı. Belə ki, cavan nəsildən, hətta ötən nəsildən də az adam bu məsələdən xəbərdardır. Sovet dönəmində xarici siyasət barədə hegemon ölkələrin siyasətini izləyən mətbuat öz pik nöqtəsinə çatarkən bu həqiqət barədə fikir bildirmiş və ona etiraf etmişdir. Məşhur rus alimi Bartold bu məsələni açıq-aşkar elan edərək demişdi: “Qafqaz Azərbaycanı” adı yalnız inqilabdan (1917-ci il Rusiya inqilabı) sonra işlənmişdir”
Professor Bartold ömrünün sonlarında siyasətə baş qoşmaqdan son dərəcə çəkindi. Rusların Qafqaza hakim olması haqda yazmadı. Çünki həqiqətləri çatdırmaq siyasətçilərin istək və məqsədlərilə ixtilaflı və ziddiyyətli ola bilərdi. Buna görə də, o, öz əsərlərində deyir:
“Çünki siyasətə baş qoşmaqdan çəkinirəm. Buna görə də, rusların Qafqaza yiyələnmək məsələsi haqqında heç bir şey yazmıram”.
Halbuki, professor Bartold siyasətçi idi və ömrünün bir hissəsini Rusiyanın xarici işlər nazirliyində və siyasi məsələlər barədə xidmətdə keçirmişdi. Bütün bunlara baxmayaraq, o başqa bir yerdə sirlərin üzərindən pərdəni götürdü və ustadcasına işarə edərək həqiqətləri açdı. Qafqazın Azərbaycan adlandırılması haqqında belə dedi: “Azərbaycan adı Azərbaycan Respublikası üçün ona görə seçildi ki, Azərbaycan Respublikası yaradıldıqdan sonra, İran Azərbaycanının da Azərbaycan Respublikasına birləşməsi düşünülürdü... Azərbaycan adı bu niyyətlə seçildi”. (Əlbəttə, bu birləşmə İran Azərbaycanının İranla birləşməsi mənasını daşıyırdı).
Bir alim öz ölkəsinə hakim olan şərait və vəziyyətdə bundan daha aşkar danışa və sirləri açıqlaya bilərmi? Öz ölkəsinin siyasətçilərinin Aran və Şirvana “Azərbaycan” adı verməsini və ya o adı saxlamasını belə bəyan edə bilərmi?
Elm və maarif dünyasının bütün alicənabları kimi, bu dəyərli alim də haqq və həqiqət tərəfdarı idi. Onun etiqadına görə, Aran torpaqlarına Azərbaycan Respublikası adı vermək yanlışdır. Professor Bartold alimlərə layiq ustadlıq və məharətlə bu barədə fikrini belə açıqladı və belə tövsiyə verdi: “Əgər bir zaman Azərbaycan Respublikası ərazilərini əhatə edəcək bir ad seçmək lazım olsa, Aran adını seçmək mümkündür”.
Azərbaycan xalqı qədimdə öz ölkə və sərhədlərini Osmanlı dövlətinin ordusundan qorumaq üçün döyüşlərə atıldı və Təbrizdən və ona uzaq kəndlərdən belə qadın, kişi və uşaqlarla birgə işğalçılarla mübarizəyə qalxdı. Öz sərhədlərindən və torpaqlarından başqa bir torpağa Azərbaycan adı verilməsinə razı olmadılar.
“Şəhriyarane-qomnam” kitabında bu barədə oxuyuruq:
“Aranın Azərbaycan adlandırılması təəccüblüdür. Halbuki, Azərbaycan yaxud Azərbayqan başqa bir torpağın adıdır. Bu Aranın yanında yerləşən və ondan daha böyük və daha məşhur bir məntəqədir. Onlar bir-birindən ayrılmışlar. Heç vaxt Arana Azərbayqan deyilməmişdir. İndiyədək bilmədik ki, nə üçün bizim aranlı qardaşlarımız öz torpaqlarında azad dövlət quraraq ona ad seçmək həvəsinə düşüblər və özlərinin tarixi və qədim adlarının əvəzinə Azərbayqan adını qarət etmişlər? Özlərinin bu əməllərində hansı məqsəd güdmüşlər? Bu xırdalıq nə ona görədir ki, biz azərbayqanlıyıq, öz torpaqlarımızın və vətənimizin təəssübünü çəkirik, nə də bu işdən bizə bir zərər toxunacağına görədir. Əksinə, buna görədir ki, bizim aranlı qardaşlarımız özlərinin milli və azad həyatlarının başlanğıcında öz torpaqlarının tarixinə və keçmişinə arxa çevirdilər. Bunun özü böyük bir ziyandır və tarixdə belə təəccüblü iş baş verməyib”. (“Şəhriyarane-qomnam”, s-265)
Oxuculara məlum olduğu kimi, h.ş. təqvimilə 1324-cü ilin şəhrivər ayının 12-də Sovet İttifaqına bağlı “Azərbaycan Demokratik Partiyası”yaradıldı. Partiya başçıları əvvəlcə konstitusiyanın icrasını, “Əyalət və Vilayət Cəmiyyətləri”-nin yaradılmasını tələb etdilər. Paritya səlahiyyətliləri əvvəlcə İranın müstəqilliyi və ərazi bütövlüyü haqqında danışırdılar. Onları parçalanma tərəfdarı olmaqda ittiham edənləri düşmən və inadkar adlandırırdılar.
H.ş. təqvimilə 1324-cü ilin azər ayının 21-də ADP-nin başçıları ASSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mircəfər Bağırova teleqram vuraraq bir məlumat verdilər. Teleqramın mətni ADP-nin mətbuat orqanı olan Azərbaycan qəzetində çap edildi. Sözügedən teleqramda deyilirdi:
“Əziz və mehriban ata, Mircəfər Bağırov!
Cənubi Azərbaycan xalqı Şimali Azərbaycanın ayrılmaz hissəsidir. Onlar bütün dünya xalqları kimi, ümid nəzərlərini böyük sovet xalqına və sovet dövlətinə dikmişlər”. (“Azərbaycan” qəzeti, ADP mətbu orqanı, 213-cü say)
Teleqramda dərc olunanlardan bu adın sirrini və bu adı qoyanların, onların əlaltılarının Azərbaycanının İrandan ayrılıb SSRİ-yə birləşdirilməsi məqsədini asanlıqla başa düşmək olur.
ADP fəallarının partiyanın yaranmasının beş illiyi münasibətilə təşkil edilmiş ümumi iclasında qətnamə qəbul edildi. Qətnamədə deyilirdi:
“Partiyanın mərkəzi komitəsindən tələb edirik ki, bizim qan qardaşlarımızın diqqət və yardımları üçün, xüsusilə öz vətəni Şimali Azərbaycana qayıtdıqdan sonra bizə göstərdiyi qayğıya görə Azərbaycan Kommunist Partiyasının rəhbəri yoldaş Mircəfər Bağırova təşəkkür etsinlər”. (“Azərbaycan” qəzeti, 184-cü say)
Qətnamədən göründüyü kimi, Qafqazın Aran və Şirvan bölgələri “Şimali Azərbaycan” adlandırılmış, İran azərbaycanlılarının “vətəninə” çevrilmiş və orada yaşayanlar Azərbaycan xalqı ilə “qan qardaşı” olmuşlar.
Məchul Azərbaycanı məluma çevirmək üçün bundan aydın sübut tapmaq olarmı? Bu sənədin özü gizli sirlərin pərdəsini açmırmı?
ADP Mərkəzi Komitəsi tərəfindən ASSR Kommunist Partiyasının baş katibi Mircəfər Bağırova ünvanlanmış başqa bir teleqramda deyilir:
“Əziz rəhbər və mehriban ata, yoldaş Mircəfər Bağırov!
Azərbaycan Demokratik Partiyasının yaradılmasından, partiyanın Azərbaycan xalqının milli azadlıq yolunda və fars şovinistlərinin qara pəncələri altında illərlə çabalayan, bizim əziz və doğma vətənimizin cənub hissəsini azad etməkdə müqəddəs mübarizəsinə rəhbərlikdən tam üç il keçir... Bu mübariz partiyanın yaradılmasının üç illiyini bütün Azərbaycan xalqına və siz əziz rəhbər və mehriban ataya təbrik deyirik. Partiya, milli hökumət və fədailər təşkilatının ... bir qrup üzvü öz vətənlərinin şimal və azad hissəsinə köçmüşlər”. (“Azərbaycan” qəzeti, 81-ci say)
Bu məktubda Azərbaycan “əziz və doğma vətənin cənub hissəsi” adlandırılır. Guya uzun illərdir ki, oranın xalqı “fars şovinistlərinin qara pəncələri altında çabalayırlar”. Guya partiyanın başçıları “vətənlərinin şimal və azad hissəsinə köçmüşlər”.
Qeyd etmək lazımdır ki, Mircəfər Bağırov Stalinin qanlı-qadalı siyasətlərinin təcrübəli icraçılarından olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının baş katibi idi və Stalinin yaxınlarından hesab olunurdu. O, özünün rəhbərliyi dövründə Qafqaz şiələrinə qarşı geniş cinayətkar planlar icra etdi və Rusiya dövlətinə müxalif minlərlə şəxsi, o cümlədən şairləri, yazıçıları, xüsusilə də din alimlərini edam etdirdi. Minlərlə şəxsi vahiməli Sibir düşərgələrinə sürgün etdirdi. O, Stalinin fərmanı ilə Azərbaycanı İrandan qoparıb SSRİ-yə birləşdirmək üçün ciddi cəhd göstərdi və ADP-nin əsas aparıcılarından idi. Bu partiyanın İran Azərbaycanında yaradılması və fəaliyyəti, Azərbaycan xalqından yüzlərlə şəxsin, habelə alim, tacir, sənayeçi və görkəmli adamlarının Azərbaycandan qaçmasına səbəb oldu. Stalinin ölümündən sonra Mircəfər Bağırov həbs edildi və minlərlə şəxsi öldürdüyü və digər cinayətlər və xətalarına görə edam edildi. Sovetlər Birliyi dağıldıqdan sonra yayımlanmış sənədlərə əsasən, Pişəvərinin də qətlində onun əli olmuşdur. Beləcə tarixə nəzər saldıqda məlum olur ki, Aran və Şirvana (Şimali İrana) qondarma ad qoyan və İran Azərbaycanını (əsil və tarixi Azərbaycanı) parçalamaq istəyən dövlət və şəxslərin hamısı sonda fəlakət və zillətlə gora gömüldülər və öz xam xəyallarını da gora apardılar.
Mahmud Tahirzadə, Təbriz arannews.ir/az/

Комментариев нет:
Отправить комментарий