07.06.2018

7 iyun 1942-ci ildə anadan olan Qəzzafinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi. İşsizlik müavinət ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi.

Qəzzafi BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdir: "Somali piratları pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarla görüşmüşəm və söhbət eləmişəm". Qəzzafini öldürdükdən və Liviyanı viran qoyduqdan sonra Qərb etiraf edib ki, Qəzzafi hərbi cinayətlər törətməyib. İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan Amnesty International bildirib ki, Müəmmər Qəzzafinin əsgərləri dinc insanlara qarşı isgəncə və zorlamalarda iştirak etməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera deyib: "Biz Qəzzafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadık". Xanım Rovera sonra belə əlavə edib: "Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu "qurbanları" görmüş insanlara belə rastlaşmadıq".

Комментариев нет:

Отправить комментарий