Tarif Şurasının metro və marşrut avtobuslarında qiymətləri qaldırması artıq iki gündür ki, cəmiyyətdə şıdırğı müzkirələrə səbəb olub. Millət vəkilləri, ölkə ziyalıları və sadə vətəndaşlar qiymət artımını qınayıblar.
Məsələylə bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov da qiymət artımını sərt qınayıb: "İlin-günün bu vaxtında qiymət qaldırarlar?! Özlərinin "CİP"ləri var, biz isə avtobusdan, metrodan istifadə edən adamlarıq. Mənim heç velosipedim yoxdur. Bir-iki manat maaş verirlər, onu da nəqliyyata verib oruc tutarıq. Ayıbdır vallah. Özü də bu vəziyyətdə qiymət qaldırırlar? Tarif Şurasındakılar utanmırlar, neft çıxan ölkədə nəqliyyatda gediş haqqını artırırlar. Mənə elə gəlir ki, bunlar öz kəsirlərini bizim pulla doldurmaq istəyirlər. Ciblərindən versinlər də kəsirlərini doldurmaq üçün, milyonları var. Onlara demək lazımdır ki, o dünyaya heç nə aparmayacaqsınız, bu millət, dövlət yazıqdı. Dövlətçiliyimizi qoruyun, bu ölkəni dağıtmayın. Biabırçılıqdı. Belə həssas bir məqamda qiymətlərin qaldırılması yolverilməzdir. Tarif Şurasına kimi qoyublarsa, onlar bu millətin düşmənidir".

Комментариев нет:
Отправить комментарий