14.12.2018

Başıboş liberalların söydüyü Rusiya millətlərin mədəni inkişafına səbəb olmuşdur

Rahib Hətəmov

Hər hansı bir müstəmləkəçi dövlət tutduğu dövlətdə heç vaxt mədəni intibaha razı olmur. Amma Sovet Rusiyası bütün millətlərin mədəni inkişafına səbəb oldu. Əbəs yerə deyil ki, köçəri yaylaq-qışlaq həyatı keçirən Azərbaycan türklərinə milli-mədəni inkişaf bəxş etdi. Sovet dönəmindən əvvəl 98 faiz savadsızlıqda olan məmləkətimizdə Sovet quruculuğunun ilk 10 ilində savadsızlıq minimuma endi. Ölkəmizdə milli dildə univetsitetlər, qəzetlər, jurnallar, televiziya və radio verilişləri fəaliyyətə başladı. Çoxlu sayda pedaqoqlar, alimlər, təbiblər, dilşunaslar yetişdi. Azərbaycanın milli elitası yarandı.
Buna qədər dövlət dili fars dili olan Azərbaycanda Azərbaycan türkcəsi işlək vəziyyətə gətirildi. Əgər liberal başıboşların söydüyü həmin o Sovet rejimi olmasaydı Azərbaycan dili itib batacaqdı. Fiyuzatçılar əsrin əvvəllərində Osmanlıcanı şeir-ədəbiyyat dili etmişdilər. Bütün mətbu orqanları bir-birlərini təqlid edərək Osmanlıca yazırdılar.
Lakin Sovet rejiminin üstünlüyü o idi ki, Azərbaycan dilini ön plana çıxardı. Həmin o Sovet rejimi Səməd Vurğun kimi Azərbaycan dilinin saflığını, mədəniyyətini qoruyan şəxsiyyətlərə dəstək verdi. Rusiyanın təhsil verib ərsəyə gətirdiyi ziyalılarımız Azərbaycan milli dil kimliyinin pasportunu yaratdı.
Rusiya prezidenti cənab Vladimir Putin demişdir: “Vaxtilə “Xalqlar həbsxanası” damğası vurmağa çalışdıqları Rusiyada əsrlər boyunca hətta ən xırda bircə etnos belə itmədi. Onlar hamısı nəinki daxili sərbəstliklərini və mədəni identikliklərini, həm də tarixi məkanlarını qoruyub saxladılar”. Müqayisə üçün deyək ki, almanların minillik boyunca həyata keçirdikləri Şərqə doğru genişlənmə (“Dranq nax Osten” - “Şərqə həmlə”) siyasəti nəticəsində, Polab slavyanları və Baltik dənizi sahillərində yaşayan prusslar identikliyini itirərək almanlaşdı və katolikləşdi. Onların milli dili və mədəniyyəti yerli dibli-məhv oldu, tam itdi. Bundan başqa, almanlar lujiçanları, çexləri, polyakları, estonları, latışları və digər xalqları da etnosidə məruz qoydular. İngilislər Britaniya adasının yerli əhalisi britləri Yer üzündən sildilər. Onlar əsrlər boyu vallisləri, şotlandları, irlandları və Dumanlı Albionun yerli sakinləri olan digər kelt xalqlarını etnosidə uğratdılar, demək olar ki dil və mədəniyyətlərini silməyə nail oldular. Amerikanlar qitənin yerli əhalisi olan hinduların büsbütün kökünü kəsdilər. “Odlu su”, yəni alkoqol, xüsusi rezervasiyalara qovma və birbaşa fiziki məhv yolu ilə onların axırına çıxdılar. Afrikadan Amerikaya qul kimi satılmaq üçün daşınan zəncilərin 100 milyona yaxını yolda öldü, gəmilərin anbarında can verdi. Ruslar isə ilhaq etdikləri yerlərdə yüzlərlə etnosun hərtərəfli rəngarəngliyini qoruyub saxladılar. Polşa, Finlandiya, Volqaboyu, Ural, Sibir, Uzaq Şərq, Alyaska, Orta Asiya, Qafqaz - Rus hakimliyinin bərqərar olduğu bütün yerlərdə xalqların dili, mədəniyyəti və dini daha da inkişaf etdi, əhali sayı nəinki azaldı, əksinə get-gedə daha yüksək templərlə artdı.
 İngilislər tutduqları ölkələrin sakinlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət toplayırdılar. Həmin sərvəti iri müəssisələr tikməyə sərf edirdilər. Lord Dalxauzi Hindistanın “mərkəzləşdirilməsi” adı altında “Vərəsəsizlik doktrinası” həyata keçirdi ki, həmin siyasətə əsasən hindlilərin torpaqları əllərindən alınır və indiki BP kompaniyasının sələfi olan Ost-Hind kompaniyasının mülkiyyətinə verilirdi. Nəticədə Mərkəzi, Qərbi və Şərqi Hindistan ərazilərindəki torpaqlar hindlilərin əlindən çıxaraq Ost-Hind şirkətinin ixtiyarına keçdi. 19-cu əsrin birinci rübündə İngiltərə hökumət orqanları işğal edilmiş ərazilərdə torpaq vergi sistemi tətbiq etdilər ki, həmin vergi əhalinin güzaranı acınacaqlı hala saldı. Min illər boyu Hindistanda əl ilə toxuma və boyama sənəti inkişaf etmiş və təkmilləşmişdi. Lakin ingilislər gələndən sonra konveyer üsulu ilə istehsalat tətbiq etdilər ki, bu da regionun istisadi cəhətdən çökməsinə gətirib çıxardı. Əhaliyə Ost-Hind kompaniyasının icazəsi olmadan alver etmək belə qadağan olundu. İngilislərə qarşı kütləvi etirazlar baş qaldırsa da, hamısı qanla yatırıldı. 20-ci əsrin ortalarında kolonizatorların işğalçı siyasəti daha da gücləndi. İngilislər qəsdən dözülməz siyasət həyata keçirdilər və regionun zəif xalqlarının kütləvi məhvinə səbəb oldular. 1943-cü ildə məhsulun olmadığı bir şəraitdə ingilislər Şimali Benqaliyadan 80 000 ton buğda apardılar. Bundan başqa, onlar balıqçılarda olan bütün qayıqları zorla müsadirə etdilər. Qayıq vasitəsilə əhali həm balıq tutub dolanır, həm də bazarlara ərzaq məhsullarının daşınmasını həyata keçirirdi. Nəticədə benqal xalqı səfil vəziyyətə düşdü və aclıqdan bir neçə milyon insan öldü. İngilislər hindlilərin dini işlərinə də burun soxdular: onlar bir sıra qədim rituallara, eləcə də yeniyetmələrin evlənməsinə qadağa qoydular. Katolik missionerləri əhalinin dinini dəyişməyə cəhd göstərdilər. Hindistanda yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağladılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etdilər. Hətta tələbələri belə qırdılar.
 Əlcəzairin 1830-cu ildən 1962-ci ilə qədər Fransa koloniyası olduğu dövrdə fransız əsgərləri milyonlarla yerli sakini öldürdülər. Onlar ölkənin kişi əhallisini qırır, qadın və uşaqları isə gəmilərə doldurub Polineziya adalarına göndərirdilər. 1843-cü ildə fransız zabitləri qayda qoymuşdular ki, 15 yaşına çatmış hər bir ərəbin başı kəsilməlidir. Onlar məscidləri uçurdur, qorxu yaratmaq üçün üləmaları və ağsaqqalları meydanın ortasına çıxarıb güllələyirdilər. Təkcə bir kəndin əhalisini qırdıqdan sonra min üç yüz insanın öldürüldüyünü saymışdılar. Məhv etdikləri kəndlərdəki evlərin əmlakını qarət edib aparırdılar. Fransız zabitləri kimin daha çox kəsilmiş qulaq yığacağı ilə yarışırdılar. 1954-cü ildən sonra kütləvi qətliamlar adi hal almışdı. Silahlı reydlər zamanı kəndləri sakinləri qarışıq yandırır, hamilə qadınların qarınlarını yırtıb uşaqlarını çıxarır, aman istəyənləri tüfəngin qundağı ilə döyürdülər. İnsanları heyvan kimi ovlayırdılar. Küçədən keçən insanların üstünə təlim görmüş itləri buraxır, yarımcan hala düşdükdən sonra güllələyib itlərə yedizdirirdilər. Qorxusundan öz yurdunu tərk edərək qaçaq düşmüş insanlar çöllərdə aclıqdan və soyuqdan qırılırdılar. Təkcə həbs olunanların salındığı həbs düşərgələrində yarım milyon adam ölmüşdü. Fransız hərbçiləri hətta alman faşistlərinin İkinci Dünya Müharibəsi zamanı tətbiq etmədikləri vəhşiliklər törədirdilər. Ələ keçirdikləri insanların bədəninə elektrik cərəyanı buraxmaq adi hal almışdı. Ərəbləri şüşə qırıntıları üstündə oturmağa məcbur edir, qızdırılmış kəlbətinlə dırnaqlarını çıxarır, kirpiklərini yandırır, alnının dərisini soyub skalp düzəldir, tikan tökülmüş xalçanın üstündə hellədirdilər. İnsanın bədəninin bir tərəfini ağaca, digər tərəfini maşına bağlayaraq dartıb parçalayırdılar. Zorla doyuncaya kimi su içirdir, sonra qarnı üstə çıxaraq tullanıb düşürdülər ki, nəticədə su yazığın ağzından, burnundan, qulaqlarından çölə tökülürdü. İnsana öz qəbrini qazmağa məcbur edir, boğaza kimi torpaqla doldurub günün altında susuzluqdan gəbərdirdilər. Ərəblərə özlərindən ağır yüklər daşıtdırır, dili ilə yolu süpürməyə məcbur edir, at əvəzi arabaya qoşurdular. Ən əyləncəli cəza növləri ot tayasını dağıdıb yenidən yığmaq, evin başına dayanmadan on saat dövrə vurmaq və hasarı söküb yenidən tikmək idi. İş o yerə çatmışdı ki, yerli sakinlərə cəza vermək “sənət”ini əsgərlərə mükəmməl öyrətmək üçün Fransa hökuməti Əlcəzairin Skidka şəhərində 11 may 1958-ci ilə qədər fəaliyyət göstərmiş xüsusi məktəb də açmışdı.
 Gözlərinizi açın, tarixə yaxşı baxın. Britaniya və Fransa müstəmləkəsi olmuş Afrika dövlətlərinin hamısında dövlət dili ingilis və fransız dilləridir. Sovet dövlətinin yadigarı olan 15 dövlətdə isə öz milli dilləri dövlət dilləridir…

Комментариев нет:

Отправить комментарий