Hikmət Bəyverdi
Son günlərdəki hadisələr bir məsələni bir daha təsdiq etdi. Azərbaycanda kino sənayesinin zəifliyinin əsas səbəbi ölkədə ixtisaslı ssenarist, rejissor, butaforların qıtlığıdır. Aktyor, aktrisa, artist işinə yararlı ölkədə xirtdəyəcən potensiallı insanlar var- hər yaşda, hər vəzifədə.
19 yaşlı bir yeniyetmə-ərgən dekabrın əvvəlində durub səhifəsində nə quşlayıb- hələ də gündəmdən düşmür. Neçə gündür fikir vermirəm, psixoloq-psixoloq deyə KİV-lər fəryad edir- elə bilirəm kimsə ciddi bir psixoloqdur. Sən demə 1999-cu il təvəllüdlü tələbə imiş bu “psixoloq”!
Ölkənin xirtdəyəcən ciddi problemləri qalıb bir qıraqda, KİV-lərimiz hansısa ərgənin 10 cümləlik bir paylaşımını gündəmdən salmır.
Və ard-arda, dayanmadan reklamı, daha doğrusu anti-reklamı gedir KİV-lərdə.
Sanki hansısa gözəgörünməz bir qüvvə bu məsələnin gündəmdə qalmasını və neçə günlər də çeynənməsini istəyir.
Biabırçılıq da odur ki, elə kütlə də bu hakimiyyətin tayı olduğunu bir daha sübut edir.
Sübut edir ki, ölkənin problemlərini düşünmək və bununçun mübarizə aparmaq əvəzinə kütlənin çoxu başını qatmaq, özünü yaxşı göstərmək, “samareklama” üçün növbəti “priklyuçeniya”, “çujoy paxmel” gedə biləsi bir “çurban” axtarırmış. Musəvi, Səbuhi, Renka, Menka-Şenka, Azərin, hansısa deputat və qeyriləri dalbadal “mən də varam” prinsipi ilə bu ayın növbəti “çurbanı” seçilmiş kəsi təhqir etməyə girişiblər.
Və əksəriyyət də sürü psixologiyasına sadiq qalaraq bir söyüş də məndən deyib yağlı söyüş yağdırır.
Renka, Səbuhi kimi ümumiyyətlə deşovka videoları ilə tanınanların vulkan kimi püskürmələri, “qiryətə gəlmələri” isə ölkədəki vəziyyətin necə iyrənc səviyyədə olduğunu bir daha göstərir.
Amma nədənsə elə bu “patriotlar və patriotkalar” Mehriban Əliyeva barədə bircə video çəkməmişdilər. Elitanın üzvləri açıq şəkildə erməni qardaşımızdır desə belə bunlar heç nə deməyəcəklər və həmin şəxsə qarşı belə videolar hazırlamayacaqlar.
Əlbəttə bilirlər ki, canavara ilişsələr, canavar onları ayın yox, ilin “çurbanı” çıxardar.
Amma yaxşı bilirlər ki, hində “çurban” vəziyyətdə olan və bütün toyuqlar tərəfindən dimdiklənən çolpa kimi, bu siravi tələbəni dimdikləsələr heç bir ziyan görməyəcəklər.
Yenə hansısa bir deputat, ziyalı olsaydı, dərd yarı olardı; heç kimdir bu- adi tələbə, ərgən.!
2 sözü bir-birinə calayıb deyə bilməyən, və ya nə dediyini bilməyən, hələ də dünyagörüşü formalaşmayan, harada nəyin və necə deyiləsi olduğunu tam qavramayan cavan-ərgənlər bu ölkədə minlərlədir- hərdən birinin bir gic, səhv, yersiz paylaşımını tapsaq, ilin 365 günü “priklyuçeniya” yaratmaq olar.
Nə qədər ki, bu millət kələ-kələləri qoyub kərtənkələlərlə başını qatacaq, elə bu gündə olacağıq, bundan da beşbetər günlərə qalacağıq.

Комментариев нет:
Отправить комментарий