“Ata Buş Qarabağ münaqişəsinin əsl səbəbkarıdır”
Ayaz Mütəllibov: “Amerika Qarabağ münaqişəsinin həllində biz müsəlmanlara heç bir kömək etməyəcək”
“O vaxt Ayaz Mütəllibov Ermənistanın tərəfini saxlayan Amerikaya etiraz etdi. Bu etirazdan sonra Buş dövlət katibinə Bakıya səfər etmək barədə göstəriş verdi”. Azərbaycanın ilk prezidenti barədə bu sözləri Ərdəbilin imam cüməsi ayətullah Seyid Həsən Amili cümə namazı xütbəsində söyləyib. hBu aqda məlumatı İranın Qafqaz Mədəniyyət Mərkəzi yayıb.
ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun ölümündən danışan Amili belə deyib: “Corc Buş İslam Respublikasının süqutunu arzu edənlərdən biri idi, amma özü dastanlara qovuşdu... Ata Corc Buş Azərbaycan xalqı haqqında da böyük zülmə yol verdi. Dünya azərbaycanlıları onun bu zülm və xəyanətini unutmayacaq”.
Ərdəbilin imam cüməsi əlavə edib: “Corc Buş (ata) sırf millətçi idi. Onun cinsi dəliliyi var idi və 8 qadın ondan şikayət etmişdi. O hakimiyyətdə olduğu müddətdə çoxlu cinayətlərə mürtəkib olmuşdu. İranın sərnişin təyyarəsinə hücum göstərişi də onun cinayətləri sırasındadır. Bu cinayət nəticəsində 60 nəfəri uşaq olmaqla 290 nəfər günahsız insan öldürüldü. O vaxt Buş Ronald Reyqanın birinci müavini idi... Corc Buş bu hadisə ilə bağlı dedi ki, mən Amerika tərəfindən heç vaxt üzr istəməyəcəyəm və mənim üçün həqiqətin hansı olduğunun bir əhəmiyyəti yoxdur. Mən Amerikanın hərəkətinə görə üzrxahlıq edən adamlardan deyiləm... İndi o ilahi məhkəmədə üzrxahlıq edir və ona belə xitab olunur: "Amma bu, elə bir gündür ki, danışa bilməzlər. Onlara üzr istəməyə izn də verilməz"”.
Ərdəbilin imam cüməsi bir daha Corc Buşun Azərbaycan Respublikası ilə bağlı zülmünə işarə edərək deyib: “Sovet hökuməti tərəfindən Azərbaycandan ayrılmaq istəyən ermənilərin tərksilah edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Amma Qorbaçov Qarabağdakı erməni terrorçularının tərksilah edilməsi prosesini dayandırdı. Azərbaycan Respublikasının sabiq prezidenti Ayaz Mütəllibov Ərdəbilin “Aran” radiosuna verdiyi müsahibədə bu məsələ ilə bağlı belə deyir: “Mən Qorbaçovdan bunun səbəbini soruşdum. O belə cavab verdi: “Amerika prezidenti Corc Buş (ata) mənə zəng edib ermənilərin tərksilah olunmasını dayandırmağı istədi və dedi ki, bu, Amerika Konqresinin 40 nəfər üzvünün istəyidir”. Mən Qorbaçova dedim ki, ermənilər Azərbaycanın tərkibindən çıxmaq istəyirlər. Sən niyə heç nə etmirsən? O isə cavab verdi: “Mən belə bir böhranlı durumda xırda bir məsələyə görə Amerika ilə narazılıq yaranmasını istəmirəm. Ona görə də ermənilərin tərksilah olunmasının dayandırılması məsləhətdir”. Qorbaçova xatırlatdım ki, Qarabağ münaqişəsini həll etməsəniz, Sovet İttifaqı dağılacaq. Amma o buna əhəmiyyət vermədi və bu hadisə baş verdi, nəhayət, separatçılıq üçün şərait yarandı...”
Daha sonra ayətullah Amili deyib: “Buradan tam aydın olur ki, ata Buş Qarabağ münaqişəsinin yaranmasının və Azərbaycan torpağının işğal olunmasının əsas səbəbkarı olmuşdur. Amerikanın işğalçı ermənilərə dəstək verməsi Azərbaycan və Ermənistanın müstəqilliyindən sonra da davam etmişdir. Sovet İttifaqının dağılması, Azərbaycan və Ermənistan ölkələrinin müstəqillik əldə etməsindən sonra bu iki ölkə arasında Qarabağ müharibəsi rəsmi olaraq davam etdiyi bir vaxtda ata Buş öz dövlət katibi Ceyms Beykeri İrəvana göndərdi ki, Amerikanın Ermənistanı dəstəklədiyini onlara çatdırsın. O vaxt Ayaz Mütəllibov Ermənistanın tərəfini saxlayan Amerikaya etiraz etdi. Bu etirazdan sonra Buş dövlət katibinə Bakıya səfər etmək barədə göstəriş verdi. Ayaz Mütəllibov bu haqda deyir: Həmin müzakirələrdə mənim üçün tam aydın oldu ki, Amerika öz qərarını vermişdir və Qarabağ münaqişəsinin həllində biz müsəlmanlara heç bir kömək etməyəcək... İndi Corc Buş Allah qarşısında Qarabağ şəhidlərinin cavabını verməlidir. O, ermənilərin bütün cinayətləri, o cümlədən Xocalı soyqırımına görə cavabdehdir. Kaş Amerikanın Azərbaycandakı səfiri bizə cavab verərdi ki, bu qədər cinayətlərlə o Azərbaycana dəstək verdiyini necə iddia edir? Amerikanın Azərbaycandakı səfiri bütün azərbaycanlıların sualı olan bu sorğuya cavab verməyəcək və azərbaycanlıların da onun cavabına ehtiyacı yoxdur. Çünki yaxşı bilirlər ki, Qarabağ şəhidlərinin qatilinin və Qarabağın əsl işğalçısının əsas nümayəndəsi Bakıda Amerika səfirliyində oturmuşdur” /moderator.az/

Комментариев нет:
Отправить комментарий