«Cənab Prezident! Deputat Adil Əliyevdən etdiyimiz şikayətlər Prezident Administrasiyasında gizlədilir, Sizə çatdırılmır, xahiş edirik tədbir görülməsinə tapşırıq verəsiniz…»
Bu gün 10-dan çox məcburi köçkün və Qarabağ müharibəsi veteranları «Təzadlar» qəzeti redaksiyasında oldular. Onların şikayəti yenidən millət vəkili Adil Əliyevdəndir.
Şikayətçilər millət vəkilinin qanunsuz və ədalətsiz hərəkətindən bezdiklərini, artıq «bıçağın sümüyə dirəndiyini» söyləyərək Prezident İlham Əliyevdən kömək istədiklərini bildirdilər. Şikayətçilərin nümayəndəsi Elxan Xəlilovun Cənab Prezident İlham Əliyevə videomüraciət edib. Həmin müraciəti təqdim edirik.
***
Xatırladırıq ki, şikayətçilər millət vəkili Adil Əliyevin fərdi sahibkar Xəzəngül Məmmədovanın mülkiyyətçisi olduğu, bələdiyyə qərar və sərəncamları, dövlət Aktı və s. ilə təsdiqlənmiş torpağını qanunsuz olaraq zəbt edərək orada qayınanası Qətibə Abdullayevanın adına «Çıraq» Şadlıq sarayı tikdirdiyini bildirmişlər. Onların söylədiyinə və şikayət ərizələrinə görə, deputat Adil Əliyev əvvəlcə həmin tikintinin guya Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən aparıldığını demişdir. Sonradan isə başqa bir yalan məlumat yayılmışdır ki, guya orada bu dəfə Korrupsiya İdarəsi üçün bina tikiləcək.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Museyib Seyfəddin oğlu Bayramovun sədrliyi ilə 24 fevral 2015-ci ildə keçirilən məhkəmə iclasının qəbul etdiyi qərarın (İş№-2inz(81)-4265-2014) 4-cü səhifəsinin 13-cü abzastında yazılır: «Qeyd olunan ərazi dövlət mülkiyyətində olan torpaqlara aid edildiyindən Bakı şəhər İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli, 026 saylı Sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsindəki torpaq sahəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə, müvafiq tələblərə cavab verən tikililərin layihələndirilməsi üçün Baş Prokurorluğun daimi istifadəsinə 0, 896 ha torpaq sahəsi ayrılmışdır».
Hansı ki, hakimin əlinin altında bu torpağın bələdiyyə mülkiyyətində olması barədə rəsmi dövlət sənədləri, arxiv arayışları vardır.
Elxan Xəlilov deyir: «Təsəvvür edin, hakimin ədaləti, dini-imanı yoxdur, saxtalıq edir, bunu buraxırıq onun hakim vicdanının mühakiməsinə, bəs bu boyda millət vəkili adını və vəsiqəsini daşıyan Adil Əliyev necə və hansı haqla yalan işlərə imza atır? Və nəticədə biz insanları illərdir küçələrdə, məhkəmə qapılarında süründürür?!».
Xatırladırıq ki, qarşı tərəfin, yəni deputat Adil Əliyevin də nümayəndələri redaksiyamızda olmuşlar və müvafiq sənədləri təqdim etmişlər. Həmin sənədlər redaksiyanın hüquqşünasının təhlilinə verilmişdir. Təbii ki, qarşı tərəfin də cavab haqqını tanıyırıq, yazı təqdim ediləcək.
Mövzuya qayıdılacaq.
tezadlar.az

Комментариев нет:
Отправить комментарий