28.11.2019

Putin və Ərdoğanın inanılmaz planı üzə çıxdı – NATO-nu belə çökdürürlər

Türkiyə ilə NATO-nun digər üzvləri arasında ciddi fikir ayrılığının yaranması ilə bağlı xəbərlər Qərb mediasında böyük müzakirələrə yol açıb.
Röyters agentliyinin iddiasına görə, Ankara NATO-nun Polşa və Baltikyanı ölkələri barədə müdafiə planını əngəlləyir. Buna səbəb kimi NATO-nun Suriyada PKK-YPG terrorçularına qarşı həyata keçirdiyi əməliyyatlar zamanı Türkiyəyə lazımi siyasi dəstəyi verməməsi göstərilir.
Röyters agentliyi hərbi alyansdakı mənbələrə istinadən xəbər verir ki, Türkiyə, müdafiə planını PKK/YPG-yə qarşı mübarizədə NATO-dan ciddi dəstək alana qədər rədd edəcəyini bəyan edib. Ankaranın müttəfiqləri ilə niyə məhz bu məsələdə qarşı-qarşıya gəlməsi də müəyyən suallar yaradır.
Ekspertlər hesab edir ki, Türkiyənin PKK/YPG problemini bəhanə edərək, Polşa və Baltikyanı ölkələrin müdafiə planına əngəl törətməsi təsadüfi deyil. Moskva və Ankara arasında əlaqələrin sıxlaşmasından sonra Türkiyənin belə mövqe sərgiləməsinin arxasında digər amillər ola bilər. Çünki NATO-nun PKK/YPG məsələsində Ankaraya dəstək verməməsi ilk hal deyil. Lakin buna qədər türklər belə qəti mövqe ortaya qoymamışdı. Analitiklər hesab edir ki, Rusiya böyük vədlər qarşılığında Türkiyədən Polşa və Baltikyanı ölkələrin müdafiə planına əngəl törətməsini istəyib. Çünki Moskvanın bu bölgələrdə nüfuzunu artırmaq planları heç kimə sirr deyil.
Ekspertlərin sözlərinə görə, NATO-nun strateji mövqeyinə görə önəm verdiyi Polşa və Baltikyanı ölkələrdə rusların nüfuzunun artması hərbi alyansın çöküşü olacaq. Rusiya və Çinlə yaxşı əlaqələr quran Türkiyə də NATO-nun çökməsində maraqlıdır. Çünki Ankara nəinki NATO-dakı müttəfiqlərindən dəstək görmür, üstəlik alyans üzvlərinin ciddi əngəlləri və təxribatları ilə üzləşir.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın planlarını təxmin etmək olmur. Vladimir Putinin türkiyəli həmkarına hansı vədlər verdiyini siyasətçilər ehtimal edə bilmir” – deyə Qərbdən olan ekspertlər bildirir.
Analitiklər hesab edir ki, Putin Ərdoğanı öz tərəfinə çəkməklə NATO-da dərin çatın əsasını çoxdan qoyub. ABŞ prezidenti Donald Trampın hərbi alyans barədə bədbin fikirləri, Fransanın dövlət başçısı Emmanuel Makronun “NATO-nun beyin ölümü reallaşıb” bəyanatları bu çatın təzahürüdür.
Qeyd edək ki, NATO Polşa və Baltikyanı ölkələr barədə müdafiə planını, Rusiyanın Krımı ilhaq etməsində sonra irəli sürülüb. Plan Moskvanın mümkün hücumuna qarşı bu ölkələri müdafiə etməkdən ibarətdir. Lakin rəsmilərin sözlərinə görə, Türkiyənin razılığı olmadan bu planın həyata keçirilməsi çətin görünür. /redaktor.az/

Комментариев нет:

Отправить комментарий