Peterburqdakı sərgidə Putinə 1977-ci ildə verilmiş xasiyyətnamə nümayiş olunub
Peterburqda Mərkəzi Dövlət Arxivində keçirilən “XX-XXI əsrlər Vətən tarixinin görkəmli şəxsiyyətləri” adlı sərgidə maraqlı eksponatlar nümayiş olunub.
Sərgidə təqdim olunan sənədlərin içində 1977-ci ildə 25 yaşlı leytenant, komsomolçu və KQB əməkdaşı Vladimir Putinə verilmiş xasiyyətnamə diqqəti çəkib.
Xasiyyətnamədə qeyd olunur ki, Vladimir Putin KQB-nin komsomol təşkilatında qeydiyyatdadır. Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə o özünü icraçı, intizamlı, vicdanlı işçi kimi göstərmişdir. Düzgün təşkilatçılıq işinə görə o rəhbərlikdən təşəkkürnamə almışdır.
Xasiyyətnamədən o da aydın olur ki, Putin aktiv şəkildə idmanla məşğul olmuş, cüdo və sambo üzrə SSRİ çempionu adlarına layiq görülmüşdür.
Xasiyyətnamə Putinə VLKSM-in Dzerjinski rayon komitəsi tərəfindən verilmişdir.
Комментариев нет:
Отправить комментарий