"Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, rüsumların artırılması, depozit məsələsi, ölkəyə gətirilən avtomobillərin ilinin 7 ildən az olmaması barədə məsələlər bizlik deyil, hökumət nə qərar versə, biz də onu icra edirik. Sonra da deyir ki, biz həmin məsələlərlə bağlı hökumətə təklif veririk, onlar nə qərar qəbul etsə, biz də onu icra edirik. Səfər müəllim, daha denən ki, hökuməti aldadıb, camaatı incidən qərarlar qəbul edib sonra da başlayırıq icra etməyə də. Daha niyə sağ qulağı sol əllə qaşıyırsız ki?"
Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib. O, S.Mehdiyevin dünən baş tutan mətbuat konfransında səsləndirdiyi fikirləri belə şərh edib: "Həm deyirsiz, bizlik deyil, həm də deyirsiz, təkliflər veririk)) And olsun müqəddəs Papanın avtomobilinin zirehli şüşələrinə ki, siz bu addımları əhalinin ekoloji cəhətdən qorunması və sağlamlığı baxımdan atmırsız. Siz sadəcə, baxıb görürsünüz ki, camaat Gürcüstan nömrəli, Rusiya nömrəli maşınlar sürür, rüsum baha olduğu üçün qeydiyyata aldırmırlar, o üzdən də gömrüyə pul zəif gəlir. Ona görə belə edirsiniz. Siz əhalini düşünən olsaydınız, niyə gömrüyə işi düşən hamı sizdən narazı qalır? Biz təklif edirik ki, gömrük, ƏDV və aksiz vergilərini avtomobillər üçün 2017-ci ildəki qiymətə salın, hibrid avtomobillərə güzəşt edin, ondan sonra ili təzə maşınlardan danışarıq. Dövlət çalışır ki, köhnə maşınları istismardan yığışdırsın. Bunun üçün insanların yeni avtomobil almasına imkan yaratmaq lazımdır. Məsələn, 90-cı ilin avtomobilini satıb, çıxdaş edib, 2000-ci illərin maşınını almaq mümkün olsun. Amma adam gedib Gürcüstanda 3 min manata maşın alır, siz də ona 6 min rüsum tələb edirsiniz. Adam gedib Amerikadan 5 minə maşın alır, siz dirəşirsiniz ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb alırsız. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi? Gürcüstan hibrid avtomobillərə güzəşt edib - 60 faiz. İran edib, başqa dövlətlər isə çoxillik planlar işləyir. Hətta hibrid və elektromobil gətirənlərə dövlət özü dəstək olur, pul ayırır. Siz deyirsiz ki, hibrid üçün güzəşt məqəsədəuyğun deyil. Çünki o maşınlardan çox pul qazana bilmirsiz, eləmi? Bu gün Azərbaycanın şimal rayonlarında Rusiya, qərb rayonlarında və Bakı da daxil olmaqla hər yerdə Gürcüstan nömrəli avtomobillər sürülür. Niyə? Çünki siz rüsumları artırıb avtomobilin real qiymətindən 2-10 dəfə çox tələb edirsiniz. Sizin sayənizdə avtomobil bazarı çöküb. Adam küçəyə çıxanda gürcü nömrələrini görüb özünü Gürcüstanda hiss edir. Bütün bunlar sizin "xidmətinizin" nəticəsidir. Gürcüstana Almaniyadan, Yaponiyadan, Amerikadan gömrük rüsumları daxil 5 minə gətirilən avtomobil nə üçün Azərbaycana keçəndə 15 min olur? Olmaya siz o maşına qızıl disklər, brilyant şüşələr qoyursuz? Nə üçün imkan vermirsiz ki, Azərbaycan avtomobil bazarı sahəsində Gürcüstanın asılılığından xilas olsun?” /yenisabah.az/

Комментариев нет:
Отправить комментарий