09.07.2022

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Deklarasiyası,
9 yanvar 2001-ci il

— Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil, informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən ikitərəfli hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.
— Onlar Azərbaycan Respublikasında yaşayan rusları və Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.
— Hər iki dövlət mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər. Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam etdirəcəklər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.

Комментариев нет:

Отправить комментарий