29.07.2022

Nəzakət Məmmədova: Göstəriş gəlib ki, Rusiyanın haqlı mövqeyini qəti şəkildə işıqlandırmayın

“Mariupolda olmuşam, son ayların ən önəmli gündəm mövzusu olan yerləri qarış-qarış gəzib hadisələrə şahid olmuşam, eksklüziv çəkilişlər eləmişəm. Azərbaycandan ora ayaq basan ilk şəxsəm! Məntiqlə, mediaya real vəziyyət barədə informasiya lazım olsa idi, müraciət etməli idi hadisələr barədə ilk mənbədən, canlı şahiddən məlumat əldə etmək üçün. Jurnalist üçün hadisələrin cərəyan etdiyi yerlərdə olmuş şahid əsl tapıntıdır. Amma Məşədibad demiş, əfəndilər, sükut ediyorsunuz. Niyə?! Çünki sizə göstəriş gəlib ki, Rusiyanın haqlı mövqeyini qəti şəkildə işıqlandırmayın! Çalışın Ukraynanı üstün tərəf kimi göstərin, xalqı aldadın, Rusiyanı gözdən salın, pisləyin, imkan verməyin ki, əsl həqiqətlər ortaya çıxsın”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.
N.Məmmədova qeyd edib ki, hazırda heç bir media orqanına ehtiyacı yoxdur: “Dünyanın milyonlarca tamaşaçısı olan nəhəng media orqanlarına rus və ingilis dillərində bir çox müsahibələr vermişəm. Görənlər görüb. Amma adını obyektiv media qoyub, haqq ədalətdən dəm vuran bizim savadsız, ələbaxım cızma qaraçıların iç üzünü bir daha gördük və əmin oldum ki, bunların məqsədi hadisələrə real işıq tutmaq deyil, sifariş verilən musiqi sədaları altında rəqs eləməkdir. Şəxsən Azərbaycan mətbuatının təbliğatına Rusiyanın ehtiyacı yoxdur, özlərinin dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş təbliğat imkanları var. Doğru informasiya bizim insanlara lazımdır. Bir ölkənin ki mətbuatı bu gündədir, ondan yaxşı heç nə gözləməyin. Bizim bəzi media orqanları sanki başqa dünyada yaşayırlar. Yetəndə dövlət və dövlətçilik deyirsiniz. Azərbaycan dövlətinin müttəfiqi kimdir: Rusiya, yoxsa Ukrayna?! Və sizi nə narahat edir?! Aylarla yaratdığınız yalançı mifin puç olması, xalqa sırıdığınız yalanların üstünün açılacağı?! “Ukrayna ordusu əks hücuma keçdi, bir neçə şəhəri geri aldı, Rusiya geri çəkilir” yalanları…

Комментариев нет:

Отправить комментарий