30.07.2022

Rövşən Qasımov vəkil:
“Mən hələ 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul imtahanı verəndə rus həqiqətini anlamışdım. Qəbulda üzündən nur daman bir azərbaycanlı rus dili müəlliməsi rus dilindən verdiyim imtahandan nəyin bahasına olursa olsun məni kəsmək istəyirdi. Amma üzündən qəddarlıq yağan rus millətindən olan bir xanım müəllimə mənə qarşı olacaq haqsızlığın qarşısına sipər çəkdi. Mənə imtahanda məqbul yazmaqla imtahandan kəsilməyimin qarşısını aldı və həmin il mən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Mən bütün ömür boyu o rus millətindən olan müəllimənin adını bilməsəm də daima hörmətlə xatırlayıram”.

Rus həqiqətini siz də anlayacaqsız.

Haqq odur, haqq ondadır!

Комментариев нет:

Отправить комментарий