BU DƏFƏ İNQİLABI FARSLAR EDƏCƏK
Bəli. Dəqiq.
Düz bir ay İran dövrü mətbuatını oxuduqdan sonra məhz bu qərara gəlmişəm.
İranda inqilabi ənənələr, adətən həmişə Azərbaycan türklərinin qan təziqi ilə ölçülürdü.
Ancaq indi bu, belə deyil.
İndi farslar müasirlik, modernləşmə, dünyaya açılma istəyirlər. Seksual inqilabı sürətlə həyata keçirirlər, istədikləri kimi geyinib bəzənirlər, bərk qərbpərəstdirlər. Fast-foot mətbəxinə bir könüldən min könülə vurulublar. Evlərdə xörək qazanlarını asmırlar, pikniklər, qonaqlıqlar təşkil edirlər... Ayaqüstü yeməyə, atışdırmağa meyillidirlər...
İçki aludəçiliyi, narkotik qəbulu və s.i. və ilaxır farslar arasında kosmik sürətlə yayılıb.
Qızlar-oğlanlar ələ-ələ verib Tehran, İsfahan küçələrində göz önündə öpüşürlər...
Buna farslar seks inqilabı deyib onu İslam inqilabına qarşı yönləndirirlər.
Kİno industriyası fars kosmopolitizminin, mədəniyyətinin ana sütununa dönüb.
Farslar indi şeir yazmırlar. Yazılı ədəbiyyatı, şeiri farslar kinayə ilə, gülüşlə Azərbaycan türklərinə ötürüblər... Özləri isə rep deyir, kino ssenariləri yazır, seriallar çəkir, şərab dolu qədəhləri başlarına tərəf qaldırırlar.
Axşam olunca bütün fars qızları, qadınları Tehranda, İsfahanda, Şirazda avtomobillərinə əyləşirlər əvvəlcə. Sonra əl telefonlarını qulaqlarına sıxıb sevgililərini görüşə dəvət edərlər.
Sonra bağçalı, ağaclı həyət evlərində "Min bir gecə" nağıllarının müasir səhnələri canlanır.
Eyş-işrət, bazlıq başlayır.
Qızlar, qadınlar qapıdan içəri keçincə, çadralarını, çiyinlərinin bircə zərbəsi ilə yerə atırlar. Mini ətəklər... dekolte geyimlər... tüstü-duman... barmaqların ucunda uzun siqarlar... axan gözlər...
Farslar bunu inqilab bilirlər.
Deyirlər ki, İrandakı növbəti inqilabı artıq ənənəyə zidd olaraq türklər yoxxxxx... farslar edəcək.
Detal: Farsların "Ariana" layihəsi artıq icraya başlayıb. Xaricdəkilər, daxildəkilər.. qısası bütün farslar bu Ariyana layihəsi tərkibində hərəkətə hazırdrlar. ABŞ və Qərb farsların məhz bu Ariana layihəsini dəstəkləyir...
Комментариев нет:
Отправить комментарий