23.08.2022

Anti-Rusiya qüvvələri öz məğlubiyyətlərini terror törətmək və ölkəni daxilindən çalxalamaq yolunu seçiblər

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Rusiyada baş verən hadisələrlə bağlı öz facebook hesabında maraqlı paylaşım edib.

ABŞ və Qərbin Rusiyanı Ukraynada qəfil yaxalayaraq, müharibə cəlb edib onu məğlub etmək, parçalamaq çəhdləri demək olar ki, tam fiaskoya uğrayıb. Ukrayna müharibəsində Kiyevin üstün mövqedə olmasını yalnız Qərbin informasiya resursları məqsədli şəkildə dünyanın beyninə sırıdığı yalandır.
Belə olan halda, həmin anti-Rusiya qüvvələri öz məğlubiyyətlərini terror törətmək və bunun nəticəsində ölkəni daxilndə çalxalamaq yolunu seçiblər. Hətta Qədim Roma İmperiyasının zamanından belə, cəmiyyətdəki tanınmış adamlara süiqsdlər təşkil etməklə, ölkələrdəki daxili vəziyyəti nəzarətdən çıxarma taktikaları olub.
Azərbaycan da öz müstəqillik tarixində belə terrorlarla çox üzləşib. Afiyyədin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov, Fətullah Hüseynov və s. kimi tanınmış xadimlərin siyasi terror nəticəsində aradan götürülməsi buna sübutdur.
Çox təəssüflə qeyd edim ki, Azərbaycanda Duqinin 30 yaşlı qızına qarşı törədilən terrora sevinənlər, bu addımı alıqışlayanlara rast gəlirik. Bu mövqeyi bölüşənlər arasında cəmiyyətdə tanınan olan bir çox şəxslərin olması daha məyyusedicidir. Bİz cəmiyyət olaraq yəni bu cür psixoloji gərginlik fazasına daxil olmuşuq ki, terrora haqq qazandırırıq? Məgər terrorun vətəni var?
Bu iyrənc hadisə zamanı 30 yaşlı cavan bir qız atasına görə hədəf seçilib. Buna necə sevinmək olar? Həmin o sevinənlərin öz ictimai mövqelərinə görə övladları öldürülsə, bunu necə qarşılayarlar?
Bəziləri bu “sevinclərini” Rusiyanın törətdiyi 20 yanvar, dolayısı ilə əlinin olduğu Xocalı qətlimaı ilə kompensasiya edib, özlərini haqlı çıxarmağa çalışırlar. Duqinin həmin hadisələrə nə dəxli var?
Aleksandr Duqin təsadüfən hədəf seçilməyib. O, son vaxtlar geniş populyarlıq qazanan Avrasiyaçılıq ideologiyasının əsas ideoloqudur. Bu ideologiyanın əsas məğzi bəşəriyyəti birqütblü hegemon idarəiçilikdən xilas etməkdir. Yəni anqlosaks ittifaqına qarşı qoyulan alternativ bir nəzəriyyədir.
Diqinin əlinə silah alıb kiminləsə vuruşmur ki, onunla silahla haqq-hesab çəkənlərə haqq qazandıraq. O bir alimdir. Onunla mübarizə də ideoloji müstəvidə aparılmalıdır.
Əslində Qərb ideoloqları bu hadisə ilə Avroasiyaçılığın qarşısında duruş gətirə bilmədiklərini bir daha sübut etmiş oldular.
Terrora lənət deyək!
Allahdan Darya Duqinə rəhmət diləyirəm!

Məhəmmədəli Qəribli

Комментариев нет:

Отправить комментарий