Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı politoloq, sosioloq və filosof, “4-cü siyasi nəzəriyyənin” banisi Alksandr Duqin Rusiya dövləti və onun yeni mərhələyə adlaması barədə fikirlərini bölüşmüşdür.
Hərəkat liderinin fikrincə, Ukraynadakı xüsusi hərbi əməliyyat Rusiyanın dövlət strukturunda məna, məzmun və forma dəyişikliklərinə gətirib çıxarmaqdadır və bunun sonu Avrasiya İmperiyası ilə nəticələnəcək.
Filosofun bu barədə yazdıqlarını sizinlə bölüşürük:
Açıq İmperiya Federasiyası
Fikrimcə, Rusiyanın nə vaxtsa xüsusi hərbi əməliyyatlara son qoyacağı ilə bağlı qorxuları (yaxud bəziləri üçün ümidlərı) bir kənara qoymaq lazımdır. Bu baş verməyəcək, çünki bunun baş verməməsi mümkün deyil. Məlum olduğu kimi, bu subyektiv bir şey deyil.
Amma harda dayanacağımızı heç kim dəqiq deyə bilməz. Ən əsası isə budur ki, Xerson, Zaporojye və Xarkov vilayətinin bir hissəsi artıq aktiv şəkildə inteqrasiya olunub və beləliklə, Novorossiya tam olmasa da, gerçəkləşməkdədir. Və bu prosesi heç kəs dayandıra bilməz. Əminəm ki, davam edəcəyik, amma əvvəlcə balans hesabatını aparaq.
Novorossiya nə deməkdir?
Bu dəfə pafossuz.
Novorossiya o deməkdir ki, Rusiya tarixən dönməz şəkildə milli dövlət formatını geridə qoyub və o artıq dar mənada təkcə Rusiya Federasiyası deyil.
Rusiya bundan sonra Açıq İmperiya Federasiyası, Rusiya-Avrasiyadır. Ukrayna cəbhələrində çeçenlərin, rusların və digər xalqların döyüş qardaşlığı, imperiyanı seçən çoxlu malorusların bizim tərəfə keçməsi - bütün bunlar avrasiyaçılığın təntənəsidir. Nasionalizmdən yapışıb duran hər kəs - ukraynaçı, velikorus və ya separatçı - kimliyindən asılı olmayaraq gözümüzdə ancaq və ancaq satqındır. Alen de Benuanın dediyi kimi: “Ukraynadakı münaqişə imperiyanın milli dövlətə qarşı döyüşüdür”.
Açıq Federasiya təkcə yeni torpaqları özünə birləşdirmir. Birləşən hər bir yeni sahə bütünün sərhədlərini dəyişdirir. Axı sərhədlər formanı, fiquranı təşkil edir. Forma isə identiklikdir. Sərhədlər yuvarlaqdırsa, bu bir dairədir, kvadratdırsa, kvadrat. Xerson, Zaporojye, Donbass və Krım bu tərəfdədirsə, deməli, ölkənin bir cür, əgər o tərəfdədirsə başqa cür görüntüsü olur. Fərqli forma, başqa ölkə, başqa mahiyyət.
Novorossiyanın Rusiyanın daxili siyasi idarələrinin yurisdiksiyasına verilməsi məntiqlidir. Bu, yeni vətəndaşlarımıza, döyüşçülərimizə və xalqımıza inam və təhlükəsizlik hissi aşılayır. Bu, möhtəşəmdir.
Yeni Rusiya - Avrasiya İmperiyasında fərqliliklərin inteqrasiyası
İndi isə daxili siyasi idarələrin özlərini yeni kontekstə - bu dəfə Avrasiya kontekstinə - daxil etmək lazımdır. Bu o deməkdir ki, sərhədlərin yeni konfiqurasiyasında əvvəllər içəridə olan zonaların mənası da dəyişir. Axı iyirmi il əvvəl onlarla, xüsusən də Qafqazda kəskin problemlər var idi. Putin tədricən və çox təsirli şəkildə onların kəskinliyini aradan qaldırdı, separatizmi boğdu və regionları vahid məkanda birləşdirdi. Bu gün isə çeçen və Şimali Qafqaz qəhrəmanları ruslarla çiyin-çiyinə Rusiya uğrunda vuruşurlar.
Bununla belə, Rusiya Novorossiyanı öz tərkibinə daxil edərkən təkcə ərazi kəmiyyətini deyil, həm də keyfiyyət xüsusiyyətlərini daxil edir. Bu, Sibirə, Oryol bölgəsinə, Krasnodar diyarına və Arktika zonalarına təsir göstərir. İndi onlar yalnız Rusiya İmperiyasının - SSRİ-nin xarabalıqları üzərində qalıq prinsipinə görə yaranmış milli dövlət deyil, açıq Federasiya olan Rusiya-Avrasiya əraziləridir. Bu o deməkdir ki, daxili siyasət də öz mənasını dəyişir. O müstəsna olaraq daxili olmaqdan çıxır. O təkcə yeni zonaları deyil, həm də köhnə zonaların inteqrasiyasını mütləq nəzərə almalıdır.
Burada iki yolla getmək olar:
- Ruslaşdırma və ya
- Strateji imperiya birliyini qoruyub saxlamaqla Avrasiya diversifikasiyası.
Birinci halda, Böyük Rusiya milli dövlətin genişləndirilmiş versiyası, yəni Rusiya Federasiyasının sırf kəmiyyət miqyasının artırılması kimi təsəvvür edilir. Bu, ilk vaxtlarda pis deyil, lakin uzunmüddətli perspektivdə son dərəcə qeyri-sabit və hətta təhlükəlidir.
Böyük və kişik Kadırovların dövründən eyni Çeçenistanı misal gətirək. Moskva uzaqgörənlik nümayiş etdirərək Çeçenistana yüksək səviyyədə mədəni və dini muxtariyyət verməyə getdi, yəni Avrasiya ssenarisi üzrə. Və heç bir süni ruslaşdırmaya ehtiyac olmadı. İslami köklü Çeçenistanın Rusiyaya qarşı sədaqəti maksimumdur. Biz sərt strateji vertikal ilə eyni zamanda yerli kimliyi və loyallığı qoruyuruq. Bax bu işləyir. Bu, Avrasiya diversifikasiyasıdır. Başqa sözlə, İmperiya qurmaq sənətidir. Məhz İmperiya.
Rusiya dövlət orqanları və idarəçi elitası yeni mərhələyə hazırdırmı?
Rusiyanın yeni mərhələsində, yeni daxili siyasəti fazasında qaçılmaz olaraq belə bir qərar qəbul edilməlidir. Novorossiya ciddi şəkildə mərhələnin dəyişdirilməsini tələb edir. Texnokratiya və praqmatizm strateji seçimlər edilən zaman faydalıdır.
Rusiya Açıq Federasiyaya, yəni Rusiya-Avrasiyaya çevrildikdən sonra ilk növbədə özünə yenidən məzmun verməli, özünü yenidən tanımalı və yalnız bundan sonra ona texniki dizayn verməlidir.
Xüsusi Hərbi əməliyyat hər gün bunu - yenidən tanımanı getdikcə daha aktual edir. Sərhədlərimizin forması artıq dönməz şəkildə dəyişdirilib və bundan sonra da dəyişəcək. Bu forma bizim siyasi təfəkkürümüzün, o cümlədən daxili siyasi təfəkkürün fiqurları ilə homologdur (riyaziyyatçıların dediyi kimi, homotetikdir).
Dövlət idarəçiliyinin strukturunda belə məsələlərin lazımi səviyyədə qavranıldığına dair bir nümunə varmı? Varsa, əla. Yoxdursa, yaradılmalıdır. Əgər varsa, lakin lazımi səviyyədə deyilsə, səviyyəni dərhal artırmaq lazımdır. Qoy bu suallar hələlik açıq qalsın. Əsas odur ki, baş verir.
Biz irəliləyirik.
Tərcümə: Cəmil Şirvanov geopolitika.ru
Комментариев нет:
Отправить комментарий