09.08.2022

Dindarlar buna nə edib, bilmirsiz?


Xahiş edirəm heç kim şərh yazıb təhqirə yol verməsin. 
Ölkə səfirliyinə hücum olub və bu cənab durmadan provakativ statuslar paylaşır. Belə hallarda ədəblə belə etməli olmadığını anlatmaq və yaxud şikayət etmək lazımdır.
Bunun yazdıqlarını paylaşıram və ümüdvaram aidiyyatı orqanlar bu cənaba yazdıqlarının Azərbaycan cəmiyyətinə nifrət, diplomatik korpusu aşağılamağın və dinindən aslı olmayaraq insanların inancının təhqir etməsinin yolverilməzliyini anladarlar. 
Sıradan biri olsaydı bəlkə də o qədər də əhəmiyyətli görünməzdi yazdıqları, amma özünü vəkil kimi təqdim edən bu şəxsin diplomatik korpusu sətiraltı ifadələrlə aşağılaması cəmiyyətdə səfirlik işçilərinin vəzifələrinin nədən olması barədə də yanlış fikir formalaşdırır. 
Hər bir kəsə bəllidir ki, Azərbaycan cəmiyyətində LGBT üzvləri hansı adlarla məşhurdur və insanları bu kəsimlə müqayisə edib aşağılamaq nə məqsəd daşıdığı sual doğurur. 
Mühüm məsələlərdən biri də bu cənabın Kuveytə qarşı kimlərinsə indiyə qədər nəsə yazmaması və yaxud bu statusunun kimlərə ünvanlanması məsələsidir. O radikal qrupun başçısının Küveyt əsilli olması kiməsə Küveyt dövləti haqda nəsə yazmasına bəraət qazandıra bilməz.
Yazdıqlarına diqqət edin: "Səfirliyin işçilərinin sayı səfirliyin binasına doluşanların sayından artıq olub", "Birinin ləyaqəti çatmayıb o məhdinin küçüklərinə bir şillə vura", "Sıradan bir hadisə Azərbaycan diplomatik korpusunun nə gündə olmağını göstərdi", "LGBT üzvləri dindarlarardan şərəflidi","Valla Küveytin hansısa toyuğuna ”kış” deməyimiz yadıma gəlmir", "Mamanın gel balalarını səfirliyə işə götürəndə nəticəsi də bu olmalıdır"...
Statusları pozub üzr istəsə mən də bu yazdığımı pozacam.
Bəlkə də onun adından üçüncü şəxslər saxta profil açıb ediblər bunu. Hər halda aydınlıq gətirilər məsələyə.

Yaşar Qarayev

Комментариев нет:

Отправить комментарий