Terrorçu radikal qruplara qucaq açıb ağuşunda bəsləyən, günün günorta çağı onları üzərimizə göndərən, səfirliyimizi ələk-fələk edib dövlət atributlarımızı təhqir edən İngiltərənin timsalında Qərb bu davranışla heç Ukraynada da uğur qazana bilməyəcək. Bəs necə? Siz ingilislər irlandlarla vaxtilə bir-birinizin qanını içdiyiniz halda bir ittifaqda təmsil oluna bilirsiniz, niyə iki qardaş slavyan xalqı ərazi davasına son qoyub bir ittifaqda təmsil olunmasınlar ki?! Tərəqqiyə gəlincə, bu bir ümumi qanunauyğunluqdur və bütün dünyanı əhatə edir. Heçə saydığınız Çin hazırkı inkişafı ilə az qala dünyaya ağalıq etmək durumuna gəlib. İnkişaf estafeti əsrlərlə tək bir qitənin inhisarında olmayıb ki. Neçə-neçə imperiyalar gəlib gedib bu dünyadan. Əbədi hakim şərq dəyəri, qərb dəyəri, roma dəyəri, osmanlı dəyəri və s. kimi bir dəyər yoxdur və olmayacaq. Bu dünyada, Allahdan və Onun sözündən və ilahi dəyərlərdən başqa, hər şey müvəqqətidir.
İndi də 33 ildir keçmiş Sovet respublikalarını, Asiya, Yaxın Şərq, Uzaq Şərq ölkələrini və digər dövlətləri demokratiya, insan haqları deyə-deyə əsir-yesir edibsiniz. Biz də bu qəbildənik. Bu qədər təbii sərvətlərin müqabilində insanlar yoxsul duruma düşür, ölkələrin müstəqil inkişaf yolları bağlanır. Ac insanlara zorla demokratiya yedirtməyə çalışırsınız. Haqq, ədalət prinsipləri acgözlüyün qarşısında diz çökür!
Sülh, demokratiya, söz azadlığı adı altında bizi tarixi qonşularımızla düşmənçiılik şəraitində və ruhunda yaşamağa, bir-birimizi qırmağa təhrik edən qərb və ya qeyri-qərb dəyərləri kimə lazımdır?!
Gəncliyimiz, gələcəyimiz zərər görürsə, mənəviyyatımız korlanırsa, sabahımıza ümid azalırsa, bizə aşılanan o dəyərlər mənasızlaşır. Təbii sərvətlərimizin axıb getmədiyi dövrlərdə biz belə zülm və hörmətsizlik görməmişdik.
İndi bizi yüz cəbhəyə ayırıb bir-birimizə qırdırır, həyatımızı cəhənnəmə çevirirlər. Varlımız da bədbəxt olub, kasıbımız da...
Məsuliyyətsiz hərəkətlərinizlə özünüzü gözdən salıb tarixin həlledici mərhələsində cəbhə açdığınız Rusiyanın da daxil olacağı böyük bir birliyin yaranmasına zəmin hazırladığınızın fərqindəsinizmi?!
Комментариев нет:
Отправить комментарий