Boş şablon sözləri eşitməkdən artıq iyrənirəm. 1918-də rus yıxdı, 1828-ci ildən ermənilərə torpaq verdi, ay nə bilim 20 yanvarı rus törətdi, ondan da iyrənci Xocalını rus törətdi. Bunlar şablondur. Bezmişik.
Bunları çox dedilər, artıq sübut da olundu ki, belə deyil.
1988-92-ci illərdən beynimizi yuyub trafaretləri yeridiblər. Bu illərdən sonra heç inkişaf da etməmişik. Elə o illərdə qalmışıq. Daha yetər.
1918-ci ildə respublika elan olundu. Rəsulzadə İrəvanı ermənilərə verdi. Sonra hökumət regionlara nəzarəti itirdi. Çünki savadsız, təhsili olmayan Rəsulzadənin ölkəni idarə etmək təcrübəsi və bacarığı yox idi. Regionlarda aclıq, fəlakət baş verdi. Xalq da rusu seçdi və Rusiyaya böyük qardaş deyib 70 il müstəqil yaşadı.
Azərbaycan SSR elə ən müstəqil respublika idi. Hətta indikindən də. İndi 100 ağası var. Bunların hamısını yedizdirir. Yedizdirməlidir, yoxsa boğarlar. Onda isə bərabərhüquqlu Rusiya ilə müttəfiq idik. Bir ağamız var idi, o da Azərbaycanda 100-lərlə zavod-fabrik tikmişdi. Kənd təsərrüfatı texnikalarının sayına görə Azərbaycan İran və Türkiyədən də çox-çox irəlidə idi. Səhiyyədə də, xəstəxanalarının sayına görə də, həkimlərin sayına görə də bu ölkələrdən qabaqda idi.
1828-ci ildəki müqaviləyə görə Azərbaycanın şimalı Rusiya tərəfdə qaldı. Cənub hissəsi isə İranda. Biz dəfələrlə təhsildə, mədəniyyətdə üstün olduq. Dilimiz qorundu, öz ana dilimizdə məktəblərimiz oldu, alimimiz, ziyalımız kütləvi şəkildə ilbəil artdı, hətta musiqimiz də rusun hesabına inkişaf etdi. Cənubi Azərbaycandan, eləcə də zəlil Türkiyədən çox yüksək səviyyədə olmağımıza görə məhz rusa borcluyuq.
Sərhədlər açılanda Türkiyə bizim riyaziyyat üzrə alimlərimizi aparıb orda onlardan elm öyrənirdilər. Adi kəsr anlayışının nə olduğunu bilmirdilər, 90-ci illlərdə bizim riyaziyyatçılar öyrətdilər türkiyəlilərə.
Rusun 20 yanvar törətməsini də dəfələrlə inkar edən yazılar yazılıb. Bir az eyni mənbədən deyil, başqa mənbələrdən yazılar oxumağınızı tövsiyyə edirəm. Moskvada QKÇP-nin Qorbaçovu devirmək istəməsi zamanı da tankların altında qalıb ölən ruslar oldu. Rus öz xalqını da qəsdən öldürdümü?
20 yanvar birbaşa Əbülfəz Əliyevin və AXCP-nin xalqı qırğına verib hakimiyyətə gəlməsi idi. Əbülfəzə deyirlər xalqı qırğına vermə, o isə deyir bizə qan lazımdır, qan! Bu bütün sənədlərdə var.
Yaxşı, tutaq ki o vaxt bizi rus qırırdı. İndi kişiliyin çatır çıx hökumət binasını tut, çevriliş elə. Adama paz yeridərlər, birini də üstəlik!
Daha bir nağıl-miflərdən biri də odur ki, guya Xocalını rus törətdi. Xocalı hadisəsindən sonra Ayaz Mütəllibov devrildi. Əyər Xocalını rus etdisə niyə törətməliydi ki, öz adamı Ayaz Mütəllibovu devirsin? Məntiqsizdir, eləmi?
Sonda deyim ki, bu yazıya görə bəzi millətçi xəstələr və Qərb tulaları məni düşmənçilikdə qınayacaqlar, bilirəm. Amma mən öz xalqımı, Azərbaycanımı sevirəm. Amma həqiqətləri açıq demək lazımdı. Sən isə get ingilisi sev. Get türkiyəliyə şam tut.
Rusiya bizim yaxın qonşumuz və dost ölkəsidir - bunu artıq Azərbaycanda çoxları başa düşməyə başlayıb. NATO-nun təbliğat maşını iflasa uğrayıb.
30 ildi o ittiham olmadı ki rusu suçlamasınlar. Bunların hamısının yalan olduğu aydınlaşdı. Amma doğrudursa onda ehtiyatlı davran rusla.
Bir məsələni də deyim. O vaxt Sovet ordusunun hərbi hissələri öz avadanlıqlarını dəyər-dəyməzinə satıb gedirdilər. Əgər Elçibəy Azərbaycandan rus ordusunu çıxara bilirdisə Dağlıq Qarabağdan çıxardardı. İkincisi, çıxartdı - nəticəsi nə oldu? Azərbaycan ərazisinin 20 faizi işğal edildi, ərazi bütövlüyü pozuldu.
Hər hansı bir fəaliyyətə nəticəsinə görə qiymət verilir. İndi liberal xiyarxananın təriflədiyi Əbülfəzin prezidentliyinin sonunu hamı gördü. Məhz onun birbaşa təqsiri üzündən Kəlbəcər və Laçının Azərbaycanın nəzarətində olan böyük hissəsi işğal edildi. Tarixi ənənələri olan Azərbaycan dövlətçiliyi bütün dünyada Gəncə hadisələri, Baş prokurorunun tabe olduğu prezidentinə həbs qərarı yazması, prezidentin hakimiyyəti, xalqı taleyin ümidinə buraxıb gizlicə atası evinə qaçması kimi tam rəzil rüsvayçılıqlarla tanındı, həmin dövr tariximizə qara ləkə kimi düşdü.
Ay liberal xiyarxana, barı bu məsələləri tərpətməyin. Utanın!
Xalqımızın gözəl deyimi var, deyərlər adam öz ayıbına kor olar. Guya gündə 3-4 qutu original, bahalı, o vaxt tapılmayan "Marlboro" siqareti çəkən adamın uşağına qaloş ala bilməməsi heç inandırıcı görsənmir. Xalqı dolamayın.
Böyük Türk alimi, dünya şöhrətli mərhum Heydər Başın dedikləri hər halda yalan deyil. O konçenni alkaş idi, onu bizə qəhrəman kimi sırmayın.
Bu xalqı Novruzəli yerinə qoymayın!
Aslan Aslanov
Комментариев нет:
Отправить комментарий