28.08.2022

Rus dilinə qarşı çıxan Aygün xanımın qarnının ağrısını mən sizə deyim


Cəmil Şirvanov

Aygün Muradxanlı yenə də gündəmdədir. İndi də özünü hamıdan ağıllı göstərib 34 faiz şagirdimizin rus dilində təhsil almasını müstəqilliyimizə təhdid hesab edir. Deyir ki, elə hər şey burdan başlayır, filan-bəsməkan.
Aygün xanımın bu fikirlərinə qarşı sual yaranır: Görəsən gürcü, fars, ingilis dillərində dərs keçirilən məktəblərdə yetişən şəxslər də müstəqilliyə təhdiddir, yoxsa təhdid ancaq rusdillilərdir?
Əgər Aygünün məntiqi ilə yanaşsaq ölkə çoxdan əldən gedib, mübarizə aparmağa da dəyməz. Çünki ölkənin bütün siyasi elitası evində ailə üzvləri, işdə iş yoldaşları, dostları və qohumları ilə rus dilində danışırlar. Hətta bəziləri Azərbaycan dilində danışa da bilmir. Yəni ölkə çoxdan əldən gedib, vətənpərvər xanımciyəz!
İndi gəlin mən Aygün xanımın qarnının ağrısına diaqnoz qoyum, siz də oxuyun və agah olun ki, problemi nədədir.
Deməli, postsovet məkanında rusofobiyanın yayılması, rus dili ilə, rus mədəniyyəti ilə, bir sözlə rusa aid nə varsa onunla mübarizə aparılması, rusun demonizasiyası, rusun dərisinin rənginəcən pislənməsi, təhdid, təhlükə, vəhşi kimi təqdim edilməsi və bütün bunların insanların beyninə yeridilməsi sistemli şəkildə aparılır. Bunun üçün xüsusi strategiya var. Buna geopolitiklər "şəbəkə müharibəsi" deyirlər. Admiral Sibrovskinin strategiyası kimi ABŞ-ın hərbi doktrinasında yer alır və xüsusi əhəmiyyətə malikdir. Məqsəd geopolitik rəqibin öz məkanında və təsir dairəsində olan insanları - potensial döyüşçülər kimi yetişdirmək, rəqibi müharibəsiz tabe etmək üçün insanlar və şərait yetişdirmək, belə alınmasa belə müharibə zamanı daha çox insanı öz maraqları naminə döyüşməyə sövq etmək və s.
Rusiya, Çin, İran kimi baş ağrıları və bir sıra digər kiçik çaplı ölkələr ABŞ üçün rəsmən düşmən, rəqib (bunu necə adlandırmağın artıq əhəmiyyəti yoxdur) ölkələrdir. Bu ölkələrin əleyhinə bütün "yumşaq" qüvvələr səfərbər edilib. Rusiya, İran və Çin haqqında nə desəniz uydururlar ki, onların mövqeyini zəiflətsinlər.
Əlbəttə ki "şəbəkə müharibəsində" hər şey birbaşa ABŞ-dan idarə edilmir. Onlar elə bir strategiya qururlar ki, Amerikanın müttəfiqləri də bu müharibəyə qoşulur, resurslar xərcləyir, idarə edir və s. Və bütün bunlar könüllü surətdə olur. Çünki həmin müttəfiqlərin də öz maraqları olur. Onlarla birlikdə Amerika da qazanır.
Azərbaycanda mövcud olan media holdinqlərin, onların patronlarının da bu şəbəkə müharibəsinin əsgərləri olduqlarını bilirik. Media patronları birbaşa ABŞ-ı göstərməsə də, onun müttəfiqləri olan Türkiyəni, İsraili, Avropa İttifaqını və digər subyektləri işarə edir. Amma mahiyyət dəyişmir. Onlar Amerikanın ordusudurlar, patronları isə ordu komandanları.
Aygün Muradxanlı da vətənpərvər qılığına girmiş NATO  əsgəridir.
Bir az ayıq olsaq, nə qədər öz əsl simalarını gizlətsələr də kimin kim olduğunu müəyyən edə bilərik.

Комментариев нет:

Отправить комментарий