09.07.2017

Фархад Садыхов: “Книга Откровений”. Сутра 31-34

Сутра 31

Во имя Любви

1. Вы гнев свой, люди, охладите,
Иначе сломите свой мир.
Я не давал такого права -
Лишать покоя Дух планеты.
2. Но вы – единственные чада,
Кто потребляют плоть Земли,
Не возвращая взятый долг.
3. И мир Стихий Моих Священных
Бушует болью и обидой
За потребительские руки,
Что оскверняют Красоту
Священной Матери Земли.
4. Но Я – Владыка всех миров,
Творец стихий и мирозданий - 
Своею Милостью, Терпением
Сдержу на время боль стихий.
5. Вы разобрали по частям
Прекрасный Лик
Обители своей,
И вам его воссоздавать.
Обратно нет для вас дороги!
6. Но если и сейчас
Вы не очнетесь -
Знаменья следствий отпущу!
7. Чтоб новой Лик создать планете,
Я прежний Лик её сотру!
           Аум. 30.10.96г. (3ч. 45м.)

Сутра 32

Во имя Любви

1. Я, Создания Мои, - 
Всевышний Бог и Огнь Жизни -
Для Эволюции Святой
Вам Ниву Жизни подарил (раскрыл).
2. И вне, и в вас
Загадка семеричная сокрыта!
3. История земных процессов
Есть штурм непройденных ступеней.
4. Через паденья и ошибки
Вы постигали Высший Храм.
5. И вам ступени раскрывались
Не для страстей и не для войн,
А лишь как символ восхождения
От смертного к Бессмертному Творению,
Где каждый мог бы
Хозяином судьбы своей предстать.
6. И осознав ступени,
Творили бы вы С Именем Моим!
Чтоб Совершенный Акт
Сливал бы вас со Мною
И Дух ваш расширялся бы до сфер,
Где есмь Я, и только Я.
7. Но вы отступника в себя впустили,
Вы предпочли энергии сжигать
На утоление желаний,
Пропитанных страстями без конца!
8. И вот вам результат:
Вы заразили Дух Планеты,
Болезни плоти проявились.
Но исковерканы, помимо,
Живые души ваши.
9. И уровень живой и тонкий,
Где сплетена вся сеть миров,
Почувствовал весь смрад
Дыханья,
Рожденного пороком.
10. О, как ответственны вы, люди,
За жизнь Вселенной и Земли!
11. Я вам раскрыл энергии и силы
Не для продления страстей,
А для победы над собою.
12. И быть хозяином судьбы
Быть должен каждый человек!
13. Примите Слово в назидание
И пробудите Дух в Себе.
14. Я вам Сказал и Повелел,
Владыка ваш Верховный.
Так будете же во смирении!
                     Аум. 30.10.96г. (23ч. 45м.)

Сутра 33

Во имя Любви

1. О, матери, отцы,
Мы души тех,
Кто воплотиться должен на Земле,
В лице детей -
Наследников планеты.
Услышьте наше обращение!
2. Вы души наши не губите,
Позвольте каждому из нас
Пройти своей дорогой жизни.
3. Вы научите нас любить - 
Не только прошлые обряды, - 
И жизнь в настоящем
Нам откройте.
4. Обидами на жизнь
Не разрушайте нас.
5. Отец и Мать
Есть наш маяк от Бога!
Всевышний вам
Ответственность дарует.
Используйте её
Всего лишь как указку,
Не превращайте её в плеть.
6. Ведь в Жизни
Веры сломленная ветвь
Исток родительский имеет.
7. Рабов потенциальных не растите!
Вы расширяйте нам
Картину мира.
И не пытайтесь свою волю навязать.
8. Ведь в плоть 
Мы входим для развития.
Творение не есть
Лишь только миг.
9. А души детские - ростки от Бога.
Удел ваш - только поливать.
10. Цветок любой
Свою имеет форму.
Нутром божественным
Он чувствует всегда,
В какую сторону расти.
11. Садовником хорошим быть
Не каждому дано.
12. Не только к нации и вере
Привязывайте нас - 
13. Вы бескорыстно силы отдавайте,
Чтоб Бога
Вам и нам узреть.
14. Послание сие
Примите с чистой верой.
За ним стоит
Любовь к вам Высшего Отца (Небесного)!
                  Аум 21.07.96г. (4ч. 05м.)

Сутра 34

Во имя Любви

1. Владыка ваш - Отец Небесный,
Миров Господь и Властелин -
Вам ниспослал идею Света,
Что скрыта формою миров.
2. Я неустанно наблюдаю
Плоды земных наук в веках.
И вижу часто заблуждения
Сынов технических наук.
3. Вы феномены сфер Вселенных
Принять готовы лишь глазами,
Хотя вся Мудрость Властелина
Была проявлена во всем!
4. Я ваш Творец,
И в вашем сердце
Я создающий формулу Наук,
Вам раскрываю суть Святую,
Понять которую возможно
Не только силою ума,
А Светом Сердца и Любви.
Стремленьем общего развития,
Где порожденные миры
Несут в себе печать Господню!
5. И вы, ученые Земли,
 Примите синтезы Владыки.
6. Сливайте точность и мечту.
Сливайте образы и факты.
Сливайте атомы и свечи.
Сливайте Дух и биоритмы.
7. И не забудьте тайну Жизни.
Она гласит,
Что есть в пространстве
Сфера Бога,
Где сплетена вся сеть миров.
Она как Пир Святого Духа
И генератор всех вселенных.
8. Там скрыта тайна обо Мне.
Там скрыта тайна всех Творений.
И вход в Святую Чашу Жизни
Доступен каждому из вас.
Но при условии одном,
Оно подчеркнуто в Писаниях Святых.
9.   Лишь обретя покой в душе.
Чтобы спасти лицо своё, 
И Мной касаясь Сердца Духа,
Чтобы спасти лицо собрата,
Вы обретете Милость Бога,
Вы обретете дар Любви.
10. И отрешившись от себя,
Должны вступить 
На путь Единства и Бессмертия,
Найдя в себе истоки Бога!
11. Таких намерений Я жду.
Таких Я воинов приму
Без осложнения для кармы.
И для расцвета Человека.
12. Настало время,
Дух проявлен.
Теперь ищите Свет везде.
Любую тьму,
Что взгляд ваш видит,
Искать вам нужно лишь в себе!
13. И вы мораль о Человеке,
Что смотрит в зеркало всегда,
Должны принять душой и сердцем,
А не иллюзией сознания.
14. И вот еще одно Послание
Свершил Я Волею Своей.
У вас есть шанс
Который раз
Принять Меня
Как вашу Суть.
Так повелел Я-Бог-Отец (Небесный)!
Ваш Властелин
И Дух, что Вечен!
             Аум. 5.11.96г. (4ч. 15м.)

“11-ə qədər”in vaxtı

Kənan Hacı

Neçə müddətdi ki, Mətləb Ağanın “11-ə qədər” kitabı yazı masamın üstündədir. Arada elə eynən qol saatı kimi o kitaba baxıram və içimdəki vaxtı nizamlayıram.
Bu kitab vaxtın maddiləşmiş formasıdır, vaxtdan oğurlanmış, vaxtın canından qoparılmış qəlpələrdir. Vaxt boşluğuna düşəndə əlimi atıb o kitabdan bir şeir oxuyuram. Bu kitab bir az da təzyiqölçən cihaz kimidir; əhvalım qarışanda gözüm Mətləbin kitabını axtarır, görəsən kədər neçəyə qalxıb?!
Biz Mətləblə yaşıdıq, eyni vaxtın uşaqlarıyıq. Onun şeirlərini oxuyanda vur-tut 18 yaşım vardı və bu yaşda Mətləb kimi bir şairin şeirlərini oxumaq bəlkə də mənim üçün bir xoşbəxtlik idi. Salam Sarvan, Qulu Ağsəs və Mətləb Ağa. Bu üç gənc ədəbiyyata eyni vaxtda təptəzə bir nəfəslə gəldi və şeirimizin ifadə imkanlarını xeyli genişləndirdi. Onlar Ramiz Rövşən və Vaqif Bayatlıdan sonra bir mərhələ yaratdılar.
Yadımdadır, Mətləbin 1997-ci ildə “Xəzər” jurnalında şeirləri çap olunmuşdu. Həmin jurnalı indi də qoruyub saxlayıram. Mətləb Ağanın imzası görünməyən çağlarda mən arada o jurnalı götürüb həmin şeirləri nisgilli, qəribə hisslər keçirə-keçirə oxuyurdum. Dostlardan həmişə soruşurdum: Bir Mətləb Ağa vardı, o şair necə oldu?... Onun ədəbi taleyindən həmişə nigaran idim. Onun şeirin daşını biryolluq ata biləcəyini heç cür təsəvvür edə bilmirdim və nə xoş ki, yanılmamışdım. Mətləb görünmədiyi çağlarda da yazırmış.
Onun ən çox sevdiyim şeirlərindən biri:

Bu da eşqlə yaxılıb
yaxanların nağılı...
bu da sözlə savaşa
çıxanların nağılı.

bu ayrılıq ərəfə,
yoldu – birlik tərəfə...
bu yas içində kefə
baxanların nağılı...

...gələn-gedən yanaşı,
sevinc-kədər yanaşı...
uzaqlardan danışır
yaxınların nağılı...

Deyirlər Mətləb Sözə qayıtdı. Mətləb həmişə Sözlə yaşayıb. O, getməmişdi ki, qayıtsın. Bu kitaba toplanan şeirlərin yazılma tarixçəsinə baxıram və görürəm ki, o, həmişə yazıb. Şeirlərinin yazılma tarixçələri arasında uzun bir fasilə yoxdu. Sadəcə, Mətləb uzun müddət ədəbi mühitdə görünmədi.
Elə şeir yazanlar var ki, həmişə üzdədirlər, şeirlərinə hər yerdə rast gəlmək olar, hər il kitabları çıxır. Amma onların bir misrası yadda qalmır, üzdə olmasalar, çox rahatcasına unudulub gedəcəklər. Mətləbin nə özü, nə imzası on ildən çox ədəbi mühitdə görünmədi, amma onun adı, şeirləri həmişə xatırlandı. Bu imzanı zaman-zaman axtaranlar oldu, onun şeirlərinin hansısa bəndini, misrasını yada salanlar oldu. 90-cı illər ədəbi nəsli haqqında danışılanda Mətləb Ağanın da adı Salam Sarvan və Qulu Ağsəslə birlikdə çəkilirdi.  Çünki özü demiş, o, “eşqi boş yerə axtaranlardan” deyildi, “eşq özü onun başına gəlmişdi”.

göydən enibdi eşq yerə,
bir xoş gündə bir xoş yerə...
eşqi axtarma boş yerə,
özü başına gələcək..

Mətləbin şeirləri mənə həm də yeniyetməliyimi, gəncliyimi xatırladır. Bu kövrək şeirlərin ilkin təəssüratı hələ də mənimlədir. Biz nələr arzulayırdıq, nələr qismətimiz oldu... Göylə gedən vaxtlarımız idi, indi ayağımız heç Yerin nəbzini tuta bilmir... Amma Mətləbin yeni yazdığı şeirləri oxuyub görürəm ki, o, əvvəlki ritmi qoruyub saxlaya bilib. Axı Ruh heç vaxt qocalmır.

...günlər ötər özüyçün,
başımızı bişirər...
...bilirəm nə deyirsən,
dilini sıx dişinə...

Bu, Mətləbin son şeirlərindəndir. Bilirəm Mətləb nə demək istəyir...
Divar saatına baxıram- saat 11-i çoxdan keçib... Amma Mətləbin kitabında hələ 11-ə çox var...

QUL ƏMƏYİ VƏ SPARTAK

Nadir Qocabəyli

Bu günlərdə Rusiyada yaşayan bir dostum zəng vurmuşdu. İki saata yaxın danışdıq. Söhbət həmişəki kimi gəlib çıxdı dolanışığın üzərinə. Soruşdu ki, necə dolanırsan, nə qədər qazanırsan? Cavab verdim bütün günü səhərdən-axşamacan işləsəm, günüm 25-30 manata çıxır. Amma hər gün belə işləmək olmur. Əvvəla buna gücüm çatmır, digər tərəfdən, hər günü tam işləməyə imkan da olmur. Bir gün həkimə gedirsən, bir gün qonaq gəlir, bir gün sən kiməsə baş çəkməli olursan, bir gün maşın xarab olur, bir gün şəhərin o başına qonorar almağa gedirsən, bir gün də sənin kimi bir dost zəng vurur və onunla 2 saat danışmalı olursan... İndi gərək mən sənə deyəm ki, bağışla, səninlə çox danışmağa vaxtım yoxdur, gərək işləyəm. Özün hesabla da, ayda 23-25 gün işləyə bilirəm ki, bu da təxminən 700 manat civarında bir şeydir. Gündəlik ərzağa güclə çatır...
Dostum qayıtdı ki, bu qul əməyidir...
Bu söz məni tutdu. Bəs deyirdilər quldarlıq quruluşu qədimdə qalıb və biz heç onu keçməmişik. Görünür, bunlar hamısı forma (formasiya) oyunlarıdır. Quldarlıq quruluşu hələ də davam edir. Qullar və quldarlar hələ də var.
Əgər mənim kimi fəal, qeyri-itaətkar, üsyankar bir adam qul əməyinə məcbur edilirsə, görün çoxluq nə vəziyyətdədir?
Ancaq bu məni ruhdan salmır. Çünki Spartak da qul idi. İnanıram ki, onun kimi mən də bir gün intiqamımı alacağam...

SƏFƏVİYYƏ TƏRİQƏTİ ŞEYXLƏRİNİN İCTİMAİ-SİYASİ FƏALİYYƏTİ

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə  İnistitunun doktorantı,
ADMİU-nun redaktoru

Səfəviyyə təriqətinin yaradıcısı məşhur sufi Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili (1252-1334) eyni zamanda Səfəvilər sülaləsinin də banisi idi. Səfiyəddinin soyunun təxminən 25 nəsillik bir şəcərə ilə yeddinci İmam Musa Kazıma istinad etdiyi irəli sürülür. Araşdırmaçıların bəziləri bu şəcərənin XVI əsrdə ortaya çıxdığını uydurma olduğunu söyləyərlər. Lakin bu şəcərənin uydurma olması iddiası XVI əsrdə Osmanlılar zamanında ortaya atılmışdır. Ərdəbildə məskunlaşan bu ailə İsna əşəriyyə əqidəsinə malik idilər.
Səfiyəddin Ərdəbili 1252-ci ildə Ərdəbildə doğuldu. Firuz şahın nəvəsi olan Səfiyəddin Zahidiyyə təriqətinin mürşidi Şeyx Zahidi Geylanidən (1216-1301) dərs aldı və Şeyxin qızı Bibi Fatma ilə evləndi. Qısa bir müddət içində təsəvvüf sahəsində dərin biliyə malik olması ona şöhrət qazandırdı və Şeyx Zahidi Geylaninin ölümündən sonra şiəlik məzhəbi əsasında  öz ideologiyası yaymağa başladı. İran Elxanilərinin vəziri olan Fəzlullah Rəşidəddin (1247-1317) ilə yaxın əlaqələr qurdu, Rəşidəddin Şeyx Səfiəddinə böyük hörmət göstərir və onu qoruyurdu.
Zaman keçdikcə Şeyx Səfiəddinin ətrafına toplananlar, ona bağlananlar çoxaldı. Şeyxin xalq arasında nüfuz qazanması monqol hökmdarı Əmir Çobanın (1262-1328) da marağına səbəb oldu və Əmir Çoban da Səfiyəddini ziyarət etdi. Bu ziyarət əsnasında Səfiyəddin monqolların İran xalqına etdikləri təzyiqi Əmirə izah edərək basqının ortadan qaldırılmasını təmin etdi. İslam dünyasının hər tərəfindən insanlar Şeyxi görməyə gəlirdilər. Bunların əhəmiyyətli bir hissəsi də Anadoludan gələn şiələr idi.
1334-cü ildə Şeyx Səfiyəddin vəfat etdikdən sonra oğulu Sədrəddin Musa onun yerinə keçdi və 1334-1392-ci illəri arasında Səfəviyyə təriqətinə rəhbərlik etdi. Artıq Səfəviyyə təriqətin tərəfdarlarının sayı minlərlə idi.
Xacə Əladdin Əli (şeyxliyi 1392-1428) atasından sonra təriqətin başına keçdi. İlk Osmanlı padşahları bu təriqətin şeyxlərinə hər il “Çıraq axçası” adıyla hədiyyə verirdilər. Xacə Əlinin Əmir Teymurun yanında böyük nüfuzu vardı. Əmir Teymur Xacə Əliyə Ərdəbili və Ərdəbilin kəndlərini hədiyyə etdi. Bu hadisədən sonra Anadoludakı şiə zümrələri də bu təriqətin tərəfdarı olmaq üçün meyl göstərməyə başladılar. Əmir Teymurun Anadoludan İrana apardığı türkmənlər Xacə Əlinin xahişiylə Ərdəbilə yerləşdilər və Xacə Əlinin müridləri oldular. Bunlardan bir qismi Anadoluya dönərək pirlərinin təbliğatını etməyə başladılar. Təriqət mərkəziylə uzaq yerlərdəki müridlər arasında vasitəçilər də vardı.
Xacə Əlinin oğlu Şeyx İbrahimin 1428-1447-ci illər arasında təriqətin piri oldu. Xacə Əli zamanında Anadolu şiə seqmenti arasında başlayan işlər Şah İbrahim zamanında qüvvətləndi. Anadolu şiələri bu ocağa axdı. Hacı Bektaş ocağının yanında Anadoluda ikinci və qüvvətli bir ocaq meydana gəldi.
Bu ocaq şiə düşüncəsini birbaşa iqtidara gətirməyə çalışırdı. Siyasi məzmunlu Səfəvi şiəliyi Osmanlı təzyiqi altındakı müsəlman əhalisi arasında sürətlə yayıldı. Şah İbrahimdən sonra təriqətin başına keçənlər şiəliyin dini istiqamətini ikinci plana endirib siyasi mübarizəyə giriş idilər.
Anadolu şiələri üçün iki vəli vardı, bunlardan biri Hacı Bektaş, digəri Şah İbrahim idi. Şah İbrahim Vəli Anadolu şiələrinin böyük hissəsi tərəfindən vəli kimi qəbul edilirdi. O, İmamların (12 İmam) yolunun davam etdiricisi kimi qəbul edilirdi.
Xacə Əli Qüdsdə yaşamağa qərar verdikdən sonra Ərdəbil təkkəsinin başına ölümündən sonra oğulu İbrahimin keçməsini müridlərinə vəsiyyət etdi. 1427-ci ilində Qüdsdə vəfatından sonra yerinə Şeyx İbrahim keçdi. Şeyx İbrahimin dövrü sakit bir dövr olaraq keçdi, amma Səfəviyyə təriqətinin tərəfdarları onun zamanında artdı. Bir müddət sonra da müridləri tərəfindən Şeyxlərin şahı olaraq xatırlanmağa başlandı. Dövrü haqqında çox az məlumat olan Şeyx İbrahim 1447-ci ildə vəfat etmədən əvvəl yerinə oğulu Cüneydin keçməsini istədi. Ölümündən sonra da Şeyx Cüneyd Ərdəbil təkkəsinin başına keçdi. Səfəvilər Cüneyddən başlayaraq siyasi işlərə qarışmağa başladılar.
Cüneyd 1447-ci ildə təkkə və təriqətin başına keçdiyində bundan əmisi Şeyx Cəfər məmnun olmadı. Çünki Cüneyd təriqət içində Xacə Əli zamanından etibarən böyüyərək inkişaf edən şiəliyin təsiri altında idi və bu vəziyyət əmisinin təmsil etdiyi təriqətin və təkkənin ənənəvi sünni İslamı ilə ziddiyyət təşkil edirdi.
Bu səbəbdən də Cüneydin təkkənin başına keçmə istəyi Şeyx Cəfəri çox narahat edirdi. Şeyx Cəfərə görə qardaşı oğlu Cüneyd qatı bir rafizi idi və bu azğın inancı ilə təkkənin başında dayana bilməzdi. Şeyx Cüneydin məqsədi təriqəti yalnız dini bir güc deyil, eyni zamanda hərbi və siyasi bir güc halına gətirərək Əhli-Beyt iddiası istiqamətində bir dövlət qurmaq idi. Bu baxımdan təriqətin ənənəvi sünni inancına və ənənəsinə qarşı çıxırdı.Cüneydin hədəfi yalnız bir şeyx olaraq xatırlanmaq deyil, həmçinin sultan olmaq idi. Əmisi Şeyx Cəfər ilə özünün bu radikal fərqləri Cüneydin Ərdəbildən sürgününə səbəb olldu.
Şeyx Cüneyd təriqət və təkkənin başına keçdikdən sonra şiə təbliğatına başlaması bu yol ilə minlərlə şiə tərəfdarı qazanması, bir şiə dövləti olan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şahı narahat etmişdir. Bundan istifadə edən Şeyx Cəfər oğlu Seyid Qasımı Cahan şahın qızlarından biriylə evləndirmiş, bu evlilik yolu ilə ortaq düşmənləri Cüneyd olan, Şeyx Cəfər və şah Cahanın ittifaqı da qurulmuşdu. Bu ittifaq nəticəsində Cahan şah Ərdəbilə məktublar yazaraq Cüneydin şəhəri tərk etməsini tələb etdi və əks halda qətl ediləcəyini  bildirdi. Cüneyd də əmisi Cəfər və Qaraqoyunlu şahı Cahanın təzyiqlərinə daha çox dözə bilməyərək irəlidə nəvəsi İsmailin quracağı Qızılbaş dövlətinin təməllərini atan 11 illik sürgün səfərinə çıxdı.
Qaraqoyunlu hökmdarı Cahan şahın qarşısında güclü və eyni inancdan gələn bir rəqib görmək istəməməsi üçün Şeyx Cüneydə sürgün yolları göründü. Cüneyd Ərdəbili tərk etdikdən sonra Rum ölkəsi olaraq şərqdə bilinən Osmanlı torpaqlarına getməl qərarına gəldi. Cüneyd Osmanlı torpaqlarında təriqətin yeni inancını yayacağını və orada məskən sala biləcəyini düşünürdü. Bu barədə Şeyx Cüneydin iddiaları haqsız da deyildi. Çünki babası Xacə Əlinin Əmir Teymur ilə görüşərək 1402-ci ildə Ankara döyüşündə Əmirə əsir düşümüş Osmanlı əsgərlərini sərbəst buraxması Osmanlı ölkəsində və sarayında Səfəvi şeyxlərinin məşhurluğunu artırmış, hətta Osmanlı sultanları minnət duyğusuyla Ərdəbil təkkəsinə hörmət göstərməyə başlamışdılar.
Şeyx Cüneyd Osmanlı torpaqlarına çatdığında bir müridini müxtəlif hədiyyələrlə birlikdə Osmanlı sultanı II Muradın hüzuruna gəlmiş və Osmanlı torpaqlarında yerləşmə icazəsini almışdı. Ancaq Osmanlı sarayının Cüneydin niyə Ərdəbildən sürgün edildiyindən xəbəri vardı. Bu baxımdan da Cüneyd gözlədiyi cavabı ala bilmədi. Osmanlı Sultanı II Murad Şeyx Cüneydə verdiyi cavabında 7 dərvişin bir xanədə otura bildikləri halda bir taxta iki padşahın sığmayacağını  qeyd edərək, Cüneydin siyasi fəaliyyətlərindən xəbəri olduğunu və qarşısında onu bir rəqib kimi görmək istəmədiyini bildirdi.
Şeyx Cüneyd Osmanlı torpaqlarında qaldığı az müddət ərzində Səfəvilərin yeni məqsədini böyük kütləyə bildirmişdi. Osmanlı dövlətinin türkmənlərə qarşı apardığı ayrı-seçkilik siyasətdən narahat olan Anadoludakı türkmən tayfaları Cüneydin ətrafında toplanmağa başladılar. Digər tərəfdən də Xacə Bektaşın təsiri nəticəsində Anadoluda heteredoks, yəni qeyri-ortodoksal inanc geniş yayılmışdı. Bu baxımdan Osmanlı hakimiyyəti altındakı torpaqlarda olan türkmən tayfaların özünü Əhli-Beyt soyundan gəldiyini və onların iddiasında haqlı olduğunu söyləyən Cüneydə bağlanması elə də çətin olmadı.
Osmanlı sultanının Cüneydə torpaqlarında yaşamaq izni vermədiyi üçün Cüneyd də təsəvvüf şəhəri olaraq bilinən Qaraman bəyliyinin Konya şəhərinə gedir. Konyada olduğu zaman Şeyx Sədrəddin Konyəvi adıyla xatırlanan təkkəni ziyarət edir və Konyada Səfəvi təriqətinin İsna əşəriyyəyə, yəni  On iki imam şiəliyinə əsaslanan ideologiyasının təbliğatına başlayır. Ancaq bu fəaliyyəti sünni üləması Şeyx Əbdüllətif əl-Qüdsi ilə olan müzakirəsi ilə sona çatır. Həmin dövrün qaynaqlarında bu müzakirəni belə qeyd edirlər: Şeyx Cüneyd Şeyx Əbdüllətif ilə söhbətində ona “Səhabələrə bağlılıq məkanladır, yoxsa övladladır?” deyə sual verir. Sünni din adamı bu suala “Səhabələrə bağlılıq məkanladır, çünki bu barədə ayə vardır” cavabını vermişdir. Cüneyd isə ona “O ayələr nazil olduğunda sən orada idin, onlarla birlikdə idin?” deyir. Şeyx Əbdüllətif əl-Qüdsi isə Cüneydə “bu sözlərlə kafir olduğunu, onun yolunda gedənlərində kafir olacağını bildirdi, Cüneydə Quran ayələrini inkar etdiyini” söylədi və müzakirə sona çatdı.
Bəzi tərəfdarlarının Seyid Cüneyd deyə müraciət etdiyi Şeyx Cüneyd Şeyx Əbdüllətif əl-Qüdsi tərəfindən kafirlikdə günahlandırılmasından sonra Konyada uzun müddət qala bilmədi və Tavr (Toros) dağlardakı Varsaq türkmənlərinin yanına getdi.
Şeyx Cüneyd kafirlikdə günahlandırıldığı Konyadan Tavr dağlarına gəldiyi zaman burada ona pərəstiş edən insanları tapmaqda çətinlik çəkmədi. Tavr dağlarında yaşayan əhali arasında əsas inanc Bektaşilik idi. Cüneydin ayaq basdığı bu Aralıq dənizi dağlarının sakinləri Abdal Musa təliminin daşıyıcısı idilər. Cüneyd Anadoluya ilk gəldiyi zaman Bektaşilərlə qarşılaşmışdısa da burada da o vəziyyətlə qarşılaşdı. Cüneyd Həzrəti Əli və Əhli-Beytə əsaslanan Səfəvi inancını yaymağa çalışır və qısa bir müddət ərzində Abdal Musa diyarında on minlərlə mürid bu təriqətə bağlanır. 
Ancaq Cüneyd bu işlərlə məşğul olarkən onu kafirliklə ittiham edən Konyadakı Şeyx Əbdüllətif də boş dayanmır, Qaraman bəyi İbrahim bəyə Cüneydin məqsədinin kafirliyi yaymaq və səltənət üçün çalışdığını bildirir. Buna görə də Qaraman bəyi Cüneydə ulaqlar verərək bölgəni tərk etməyini, əks halda isə həyatını bağışlamayacağı barədə təhdidlərini ona çatdırır. Bir tərəfdən onun kafirlikdə günahlandırması, bir tərəfdən də Qaraman bəyinin siyasi və hərbi təzyiqi sayəsində Cüneyd Şimali Suriya torpaqlarına getməyə məcbur olur. Ancaq Cüneyd bölgəni tərk etdiyi zaman artıq tərk edəcəyi ərazidə onun təriqətinə və ocağına bağlı minlərlə tərəfdar var idi. Ona bağlı olan birliklər içində mühüm yer tutan Varsaqlılar sonralar qurulan Qızılbaş dövlətinin, Qızılbaş ordusunun əsas ünsürlərindən birini meydana gətirəcəkdilər.
Qaraman bəyinin təzyiqləri nəticəsi Şeyx Cüneyd ona bağlı bir qisim müridi ilə birlikdə Məmlük sultanlığının sərhədləri içərisində yerləşən Hələb ətrafında yerləşən Ərsuz dağındakı xristianlardan qalan bir qalanı Hələb əmrindən satın alaraq orada yerləşməyə başladı.
Cüneydin gəldiyi bu yeni torpaqlar onun İmaddədin Nəsiminin düşüncələri ilə yaxından tanış olmasına bir vəsilə olmuşdu. Cüneyd Suriya torpaqlarına ayaq basmasından bir neçə il əvvəl 1417-ci ildə Seyid İmadəddin Nəsimi Hələbdə qətlə yetirilmişdi. Şeyx Cüneydin yerləşdiyi bu torpaqlar da həmin hadisəyə şahidlik etmişdi. İndi də Cüneydin dini və siyasi fəaliyyətlərinə şahidlik edirdi. Şeyx Cüneyd Anadoludakı heteredoks inanclardan sonra hürufilik inancı ilə də tanış oldu. Təbliğatını bütün bu inanclarını özündə ehtiva edəcək bir şəkildə genişlədirdi. Bunun nəticəsində Suriyadakı hürufilər də Cüneydin tərəfdarları arasına girdilər. Ən əhəmiyyətlisi Şamlı olaraq xarakterizə edilən və gələcəyin Qızılbaş ordusunu meydana gətirən türkmən tayfaları da ona bağlılıqlarını bildirdilər. Osmanlı torpaqlarından gələn Şeyx Bədrəddin Simavinin oğulu və yanında gələn bir çox Bədrəddini də onun tərəflərinə qatıldılar. Bəzi müridlərinin Sultan Cüneyd və ya Seyid Cüneyd deyə müraciət etdiyi Şeyx Cüneyd tərəfdar sayının artdığını görərək yaşadığı qalanın ətrafında bir əmirlik qurmağa cəhd etdi. Cüneydin bu fəaliyyəti həm Suriyadakı sünni üləmanı, həm də Məmlük əmirlərini narahat edirdi və onlar Şeyx Cüneydi “yeni Nəsimi” kimi görməyə başladılar. Bölgədə yaranan bu vəziyyətdən xəbərdar olan Misirdəki Məmlük sultanı Cüneydin üzərinə Məmlük ordusu ilə hücum etdi. Şimali Suriya torpaqlarında böyük bir tərəfdar toplayan Cüneyd müridlərindən ibarət olan ordusuyla Məmlükləri qarşılamağa qərar verdi. 
Hələb yaxınlarında baş tutan döyüşdə Cüneydin ordusu məğlubiyyətə uğradı və ordu çoxlu itki verdi. Bu məğlubiyyətdən sonra Şeyx Cüneyd öz şansını başqa torpaqlarda sınamaq fikrinə gəldi. Məmlüklərin əlinə keçməmək üçün Şeyx Qara dənizin sahillərində yerləşən Canik dağlarına getməyi qərara aldı və Şimali Suriyadan Qara dənizə doğru yol almağa başladı. Bu səfəri əsnasında türk və kürd tayfaların hücumuna da məruz qalan Şeyx Cüneyd canını çətinliklə qurtardı və Qaradəniz sahillərindəki Osmanlıların nəzarət etdiyi Canik bölgəsinə çatmağı bacardı.
Döyüşkən Çəpni tayfalarının Şeyx Cüneydə dəstək olması ona Hələbdə uğradığı məğlubiyyətin acı təsirini unutdurmağa başladı. Şeyx Cüneyd Osmanlılar ilə yaxşı münasibətdə olmayan bu Çəpni tayfaları arasında Səfəvi ocağının Bektaşilikdən, Hurufilikdən təsirlənmiş 12 imam şiə inancını yaymağı bacardı. Bir müddət sonra da ikinci ordusunu bu Çəpni tayfalarından meydana gətirərək yenə bir yurd əldə etmək üçün Trabzon Rum dövlətinə qarşı döyüşə başladı. Şeyx Cüneydin bu qərarı müridləri arasında cihad hesab edildiyindən boyük coşğu yaratmışdı. Onsuz da Cüneydin istədiyi də elə bu idi. 
Müsəlman olan Məmlüklərə qarşı qazana bilmədiyi hərbi mübarizəni, xristian olan Rum dövlətinə qarşı qazanmaq istəyirdi. Hələbdə ikən istifadə etdiyi Sultan ünvanına artıq yenidən qovuşa bilərdi. Sultan Cüneyd meydana gətirdiyi ordusu ilə Rumların üzərinə hücum etdi və Trabzon Rum kralının şəxsən qatıldığı Ağcaqala döyüşündə qələbə qazandı. Trabzon Rum kralı bu məğlubiyyətdən sonra döyüş meydanından qaçaraq Trabzon şəhərini müdafiə etmək qərarını verdi.
Cüneydin ordusu da Trabzonu mühasirəyə almaqda gecikmədi. Amma Cüneydin planlarını pozan yeni bir hadisə oldu. Osmanlı hökmdarı Fateh Sultan Məhəmməd ordusu və donanması ilə Trabzon üzərinə səfərə çıxmışdı. 
Çox saylı Osmanlı ordusu ilə qarşı-qarşıya gəlməkdən çəkinən Şeyx Cüneyd çarəni Uzun Həsənin hakimiyyəti altındakı Ağqoyunlu ölkəsinə getməkdə tapdı və Çəpnidə özünə çoxlu sayda tərəfdar toplaya bildi. Əvvəl Həsənkeyf tərəflərinə yerləşən Cüneyd daha sonra Uzun Həsənin dəvətindən sonra Amid şəhərinə yerləşdi. Bir sünni hökmdar olan Uzun Həsənin məqsədi Səfəvi şeyxinin dəstəyini də alaraq ondan şiə olan Qaraqoyunlu hökmdarı Cahan şaha qarşı istifadə etmək idi. Bu isə Cüneydin siyasi mənafeyinə uyğun gəlirdi. Çünki bu sayədə təriqətinin düşüncələrini daha yaxşı yaya biləcək və osmanlı, Məmlük, Qaraman bəyliyi, Qaraqoyunlu kimi dövlətlərin təzyiqindən də qorunmuş olacaqdı. 
Uzun Həsən bacısı Xədicə Bəyimi Şeyx Cüneyd ilə evləndirdi. Beləcə Uzun Həsən ilə Şeyx Cüneyd arasındakı ittifaq daha da möhkəmləşdi. Şeyx Cüneyd 3 il Ağqoyunlu dövlətinin paytaxtı Amiddə qaldı. Burada qaldığı müddətcə ona bağlı olan müridlər Anadolu, İran, Suriya və Kürdistanın dörd bir tərəfini gəzərək Səfəvilərin inancının təbliğ edə bilirdilər. Bu dövrdə Şeyx Cüneyd Amid və Amidin şimalındakı Deyləm mənşəli Dımıli tayfaları ilə Kurmanc tayfaları arasında 12 İmam inancını da yaydı. Dərsim başda olmaqla bölgədəki Əhli-Beyt soyundan gələn Qureyşan, Baba Mənsur və digər  bir çox qeyri-ortodoksal ocaqlar ilə də əlaqə qurdu. Yəni artıq Ərdəbil təkkəsinin Səfəvi təriqətinin nüfuzu Dərsim torpaqları başda olmaqla bir çox Dımıli və Kurmanc tayfaları arasında yayıldı. Beləcə Şeyx Cüneyd Ərdəbildən çox uzaqda  həm özünə bağlı Türkmən birliklərindən, həm də Dımıli və Kurmanclardan ibarət olan  çoxsaylı müridlər ordusu yaratmağı bacardı.
Şeyx Cüneyd 1448-ci ildə tərk etmək məcburiyyətində qaldığı Ərdəbilə 11 illik bir sürgün həyatından sonra 1459-cu ildə geri döndü. Cüneyd bu 11 illik sürgün həyatı boyunca Rum diyarında Xacə Bektaş, Aralıq dənizi sahillərində Abdal Musa, Suriyada Seyid Nəsimi, Qara dəniz də Güvənç Abdal, Amiddə ikən də Qureyşan başda olmaq üzrə bölgədəki bir çox ocaqlarının inanclarından təsirlənərək başında hələ Sünni olan əmisi Şeyx Cəfərin olduğu Ərdəbil təkkəsinə geri döndü. Cüneydin bu geri dönüşünə əmisi Şeyx Cəfər ilə Qaraqoyunlu Cahan şah heç də məmnun olmadılar. Şeyx Cəfərə görə qardaşı oğlu tam bir rafizi olmuşdu və  ortadan qaldırılmalı idi. Şeyx Cüneyd barədə Qaraqoyunlu hökmdarı da narahat idi. Ona görə də Cüneydin Qaraqoyunlu torpaqlarında olması onun səltənətini sona çatdıra bilərdi. Elə buna görə Qaraqoyunlu hökmdarı Cahan şah, Cüneydə təhdid dolu məktublar göndərərək Ərdəbili tərk etməsini istədi.
Bir tərəfdən əmisi Cəfərin təzyiqi, digər tərəfdən Cahan şahın təhdidləri sayəsində Cüneyd yeni bir səfərə çıxmağa məcbur oldu. Cüneydin hədəfi özünə bağlı müridlərdən ibarət qurduğu 10.000 nəfərlik ordusu ilə Ərdəbildən uzaqlaşmaq və çərkəzlər üzərinə axınlar edərək qazanacağı müvəffəqiyyətlərlə Ərdəbilə daha güclü bir şəkildə dönmək idi. Bu düşüncə ilə öz ordusunu hazırlayaraq Şimali Qafqaza doğru irəlilədi. Amma qarşısında çox keçmədən əmisi Şeyx Cəfər, Qaraqoyunlu Cahan şahın ittifaq bağladığı Şirvanşah Xəlili çıxdı. Şirvanşah hakimi Xəlil Cahan şahın ordusunun da dəstəyini alaraq Cüneydi torpaqlarından keçirməyəcəyinə və onunla döyü¬şəcəyinə qərar verdi, elə bu məqsədlə də Cüneydin ordusunun yolunu kəsdi.
Azərbaycanda Samur çayının sol sahilindəki Qıpçaq kəndi yaxınında baş verən döyüşdə Şeyx Cüneyd bədəninə batan bir oxla həyatını itirdi. Şeyxlərinin öldüyünü görən Səfəvilər onun cənazəsini götürərək geri çəkildilər. Və onu  Samurun sağ sahilinə keçirərək Gülxan kəndi (indiki Qusar rayonunun Həzrə kəndi) deyilən bir yerdə dəfn etdilər. Beləcə Cüneydin mübarizə dolu həyatı öz əmisinin də içində olduğu bir ittifaq tərəfindən döyüş meydanında sona çatdı.
Şeyx Cüneydlə həyat yoldaşı Xədicə Bəyimin uşağı Heydər 9 yaşına gəlincə atasının yerinə xəlifə olmaq üçün Ərdəbilə getdi. Sonralar Şeyx Heydər Uzun Həsənin yoldaşı Despina Xatunun qızı Marta ilə evləndi. Bu evlilikdən doğan üç uşaqdan kiçiyi Səfəvi dövlətinin qurucusu olan Şah İsmayil idi.
Şeyx Heydər dərviş xirqəsi geyər, başına sufi təkkəsi taxardı. Müridləri də dərviş libası geyər, başlarına dolça şəklində Heydəri (“tərəke-Heydəri”) deyilən bir papaq geyinərdilər. Qırmızı rəngli bu papaq 12 dilimli idi. 12 dilim 12 İmamı, qırmızı isə Əhli-beyt ilə qan qohumluğu mənasını verirdi. Bu qırmızı rəng eyni zamanda Həzrəti Əliyə bağlılığın da simvolu idi. Bu qırmızı papaqlı Heydəri dərvişləri görən sünnilər bunlara qızılbaş deyirdilər. Bu təbiri daha sonra bütün şiələr üçün istifadə etdilər.
Bu qırmızı Heydəri papağından Şah İsmayıl da istifadə etdi. Bu papaq bir təriqət tacından başqa siyasi bir təriqətin hərbi sərpuşunu da ifadə edirdi. Anadolu şiələrində ayrıca şamanlıqdan gələn qırmızı keçə papaq geymək vərdişi də var idi.
Şeyx Heydər 1488-ci ildə Şirvana üçüncü dəfə (birinci səfər -1483-cü il, ikinci səfər -1487-ci il) səfər etdi. Şirvanşah Fərrux Yasar çox yaxşı hazırlanmış olduğu halda Heydər ilə mübarizə edə bilməyəcəyini anladı və qalaya çəkildi. Bir tərəfdən Heydərin başını qatan Şirvanşah Fərrux Yasar digər tərəfdən də qohumu Ağqoyunlu hökmdarı Yaqub bəydən kömək istədi. Şeyx Heydər və adamları bütün gücləriylə döyüşdülər. Lakin, 1488-ci ilin avqustunda Şeyx Heydər aldığı ox yarasından həlak olandan sonra ordu geri çəkildi. 
Şeyx Heydər öldürülüncə, müridlər bu dəfə onun böyük oğulu Əlinin ətrafında toplandılar. Atalarını da öldürən Yaqub bəy üç bacısı oğlunu (Əli, İbrahim, İsmayıl) anaları ilə birlikdə qalaya həbs etdi. Onlar burada dörd il yarım həbsdə qaldı.
Şeyx Heydərın böyük oğulu Əli düşmənləriylə döyüşərkən bir tələyə salınıb öldürüldü. İsmayılı anası Aləmşah bəyimin (Marta xatun) Ərdəbil təkkəsində gizləndiyi deyilir. Əba ya da Mama adlı bir qadının İsmayılı Ərdəbildə Anadolulular (Rum) məhəlləsindəki evində saxladığı rəvayət edilər. İsmayıl bir müddət sonra Rəşdə, oradan da Lahistana getdi. On üç yaşındaykən Ərdəbilə döndü. Qısa bir müddət ərzində Şirvanşah Fərux Yasarı və Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub edən İsmayıl Səfəvi 1501-ci ilin payızında Təbrizdə şah adı altında taxta çıxdı və beləcə tarixdə yeni bir dövlət Səfəviyyə və yaxud Qızılbaş dövləti  bərqərar oldu.
Səfəviyyə təriqətinin şəcərəsi:
    1. Həzrəti Məhəmməd peyğəmbər;
    2. Həzrəti Əli ibn Əbu Talib;
    3. Həsən Bəsri;
    4. Havip Əcəmi;
    5. Davud ül-Tai;
    6. Marüf ül-Kerhi;
    7. Sərri ül-Səqəti;
    8. Cüneyd Bağdadi;
    9. Mimşad Dinəvəri;
    10. Məhəmməd Dinəvəri;
    11. Məhəmməd əl-Bəri;
    12. Vahyuddin Kadi;
    13. Ömər əl-Bəkri;
    14. Əbunəcib Sührəverdi;
    15. Kutbəddin Əbhəri;
    16. Rüknəddin Mahmud Səcasi;
    17. Şihabəddin Mahmud ət-Təbrizi;
    18. Seyid Cəmaləddin ət-Təbrizi;
    19. İbrahim Zahid Gilani;
    20. Səfiyəddin Ərdəbili;
    21. Şeyx Sədrəddin Ərdəbili;
    22. Xoca Əlaəddin Əli;
    23. Şeyx İbrahim;
    24. Şeyx Cüneyd;
    25. Şeyx Heydər;
    26. Sultan Əli Mirzə Səfəvi;
    27. Şah İsmail Səfəvi.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Abbasov N., Həsənov R. Təsəvvüf fəlsəfəsi, Bakı, 2012.
2. Bünyadov Z. Azərbaycan tarixi. Bakı, 1994.
3. Məhəmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
4. Məhəmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.
5. Məhəmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
6. Adıvar A.A. Tarih boyunca ilim ve din. İstanbul, Yükselen matbaa, 1969.
7. Eraydın S. Tasavvüf ve tarikatlar. İstanbul, 1994.
8. Yılmaz  H. K. Anahtarları ile tasavvüf ve tarikatlar. İstanbul, 2002.

Avrasiya Hərəkatı Azərbaycan təşkilatı üzvləri Krım siyasətçiləri ilə görüşlərdə iştirak etmişlər

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən X Diplomatik Seminar çərçivəsində Sevastopol və Simferopol şəhərlərində Krım Respublikası siyasətçiləri ilə görüşlərdə iştirak etmişlər.
İştirakçılar ilk əvvəl Sevastopol Dövlət Universitetində olmuşlar. Auditoriyada Rusiya dövlət himni səsləndikdən sonra Universitetin rektor əvəzi Vladimir Neçayev mühazirə ilə çıxış etmişdir. O öz məruzəsini qlobal çağırışlara həsr etmiş, ekoloji, demoqrafik, multikulturalizm, konfliktlər və digər məsələlərə toxunmuşdur. 
Sevastopol şəhəri Gənclər və İdman İşləri İdarəsinin rəis müavini Serqey Rezniçenko Dipseminar iştirakçılarını qarşılıqlı anlaşmaya və birgə layihələrin icrasına çağırmışdır.
Simferopol şəhərində keçirilən görüşlər daha rəngarəng və maraqlı olmuşdur. Burada Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri dünyanın 15 ölkəsindən gəlmiş nümayəndələrlə birgə Krım Respublikası Dövlət Şurasının üzvləri ilə görüşmüşlər. Krım Parlamentinin binasında iştirakçılar qarşısında Krım Dövlət Şurası Qanunvericilik Komitəsinin sədri Serqey Trofimov, deputatlar Anna Rubel, Vladislav Qanjara, Rem Kiselyov, Vladimir Yeremin və b. çıxış etmişlər.
Serqey Trofimov Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı məsələlərdən danışmışdır: “2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verdi, biz vəziyyəti real qiymətləndirərək başa düşdük ki, hakimiyyətin Konstitusiyaya zidd olaraq ələ keçirilməsi Krım əhalisi üçün real təhlükə törədir. Belə bir vəziyyətdə yaranmış şəraitdənn yeganə çıxış yolu xalqın istəyinin izharı olan ümumkrım referendumu oldu”. 
Deputat Anna Rubel Krımın digər ölkələr üçün nümunə olduğunu bildirdi. O sanksiyalara baxmayaraq Krım parlamentində tez-tez ən yüksək səviyyədə xarici nümayəndələrlə görüşlər keçirildiyini dedi.
Görüş iştirakçıları verdikləri suallarda Krımda gənclər siyasətinin realizasiyası, iqtisadiyyatın inkişafı perspektivləri ilə maraqlandılar, respublikaya səfərləri ilə bağlı təəssüratlarını söylədilər və bir sıra təkliflər verdilər.
Sonda nümayəndələr “Krım baharı” adı videofilmə baxdılar və parlament binasına ekskursiya etdilər.

RF Dövlət Duması və XİN-ində görüş

X Diplomatik Seminarın iştirakçıları Rusiya Federasiyası Dövlət Dumasını və Xarici İşlər Nazirliyini ziyarət etmişlər.
5 iyun 2017-ci ildə A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkilatçılığı ilə X Diplomatik Seminarın iştirakçıları Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və deputat Dmitri Novikov ilə görüşmüşlər.
Pyotr Tolstoy bildirmişdir ki, xaricdə Rusiyanın necə bir ölkə olduğunu kifayət qədər anlamırlar, amma yaxın zamanda baxışlarda köklü dəyişikliklər baş verəcəkdir. Deputat Dmitri Novikov isə Rusiya Dövlər Dumasının iş prinsipləri barədə danışmışdır.
Görüş iştirakçıları Avrasiya qitəsində gedən siyasi proseslər barədə suallar vermişlər.
Görüşdən sonra iştirakçılar Rusiya Dövlət Dumasının binasına ekskursiya etmişlər.
Elə həmin gün Seminar nümayəndələri RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqlər keçirdiyi zalda olmuş, onlara XİN nümayəndələri tərəfindən diplomatik məsələlərlə bağlı geniş məlumat verilmişdir. Görüş maraqlı diskussiya ilə müşayiət olunmuşdur.
RF Dövlət Duması və XİN-ində keçirilən bu görüşlərdə dünyanın müxtəlif ölkələrindən olan gənc siyasətçilər və diplomatlar, o cümlədən Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri iştirak etmişlər.










X Diplomatik Seminar

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində X Diplomatik Seminar keçirilmişdir.
Seminarda çıxış edən A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun icraçı direktor müavini Roman Qrişenin demişdir ki, həyata keçirilən proqram gənc ekspertlərə Rusiyanın aparıcı mütəxəssislərinin beynəlxalq münasibətlərlə bağlı fikirləri ilə tanış olmağa imkan verir.
Seminarda çıxış edən RF XİN Diplomatik Akademiyasının elmi işlər üzrə prorektoru Oleq İvanov Rusiya ilə Qərb arasındakı gərginikdən danışaraq bildirmişdir ki, bu gərginliyin təməli 1980-ci illərdə NATO-nun şərqə doğru genişlənməsindən sonra qoyulmuş, 1999-cu ildə Yuqoslaviyanın bombalanmasından sonra isə kəskin xarakter almışdır. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin qurulması zamanı balanslı və praqmatik yanaşmalara üstünlük verilməlidir.
A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu və “Rossotrudniçestvo” Federal Agentliyinin birgə həyata keçirdiyi tədbirə dünyanın 16 ölkəsindən 38 nümayəndə dəvət olunmuşdur. Tədbirdə ölkəmizi Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri təmsil etmişlər.

Küləkli bir gündə, buludlu bir havada gəl

Ümid Nəccari

Səni yaşamaq lazım, bir ağac kimi bahar günündə,
Bir qaya kimi üzü dənizə, bir ümid kimi sevə-sevə!
Səni yaşamaq lazım, yaşıl-yaşıl yarpaqları tökmədən,
Bir Mövlanə, Şəmsə olan kimi,
Sənə Kərəm kimi yanmaq lazım, səni yaşamaq lazım...
***
Hər şey o masadan başladı.
Gözlərinin günahsızlığından,
Fəsillərin yarpaq alıb, tökməsindən.
Qatarların dolub boşalmasından başlandı bizimkisi...
Sənsiz buludların altında çətirlərlə savaşdım.
Səni unutmaq üçün üzümü divarlara öyrətdim!
Sənsiz buluda çevrilib, pambıqlar təki sovruldum!
Dodaqlarımdan təbəssümü salıb itirdim.
Sənsiz bahar gəlməsin deyə bütün ağacları qırdım,
Gecələrə quyuladım kölgəmi,
Quyuladım adımı Bakı küçələrində,
Bu şəhəri kağız kimi bürüşdürüb atdım qırağa.
Çəkildi gözlərimdəki, teatrın pərdəsi.
Bir sən qaldın, bir də mən!
Bir də divardan asılan ümidsiz şəkillər.
Hər şey o masadan başladı.
Qarşımdakı günahsız mələkdən!
Qarşımdakı bir ovuc Tanrıdan!
Məni özünə sevdirmədən, öldürmədin deyə,
Ölür baxışlarım sənsiz!
Qar yağır günlərimə bahar çağında
Hər şey səndən başladı,
Amma…
Səndən sonra bitmədi hekayəmiz!
***
Toxunmayın əllərimə!
Bulud olmağa bir addım qalır!
Bir addım göy üzünə…
Adımı öldürmədən,
Küləkli bir gündə, buludlu bir havada gəl!
Yeriyə bilmirəm daha, ayaqqabılarım darıxır ayağımda.
Darıxmaqdan sıxılır buludlar,
Çay darıxır stəkanımda,
Bilirəm, buludların sonu yağışdır,
Yağışlar söndürəcək bizi!
Ağacların gələcəyi kibritdir,
Sonunda yandıracaq bizi!
Sən çalış saçlarındakı sünbül düzlərinə kimsə girməsin.
Çalış barmaqlarının arasında kimsə ölməsin.
Sən çalış ki, bu hava bizdən əl çəkməsin.
Ölümsüz bir payızda,
Buludlu bir havada gəl!
Gəlməyi necə öyrədim ki, sənə,
Öyrən uçmağı gözlərində,
Qaçmaqdan yorulursan,
Dincəlməyi öyrən dizlərimdə.
Qoy yanqların yastıq olsun əllərimə,
Kimlər var səndən başqa bizlərə?
Daha hamı billir bu şəhərdə,
Küçədə o oğlanın əlindəki akkordeonun nəğməsi idik biz.
Gəəəəl desəm,
Gəl…
Güzgülərindən bunu sındır!
Bir Tanrı tap, gözə görünsün!
Bir göy ver sonu bilinsin!
Məni tap ki, çox itmişəm mən
Birdəfəlik məzarda quyulanacaq qədər
Buradan Allaha qədər baxışlarınla
Məni həsrətdir doğrayır, bıçaq altında
Mənim boş qucağımı doldurmağa gəl,
Bu gözlərimi yollardan ayırmaq həvəsilə
Boşluqların sınıq qəfəsilə
Bütün divarları uçurtmağınla
Uçurumları doldurmaqla
Əlimdəki boş qədəhi doldurmağa gəl.
Gəl şərab rəngində,
Göy üzü güzgüdür,dənizin rəngində!
Gözlərin gömgöy yaralarımın rəngində
Gəlməyi necə öyrədim ki, sənə?
Ürəyimi alovlardan ayırıb,
Küləkli bir gündə,
Buludlu bir havada gəl.

“Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumu

3-7 iyul 2017-ci ildə Pyatiqorsk Dövlət Universitetində A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu və PDU Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumu keçirilmişdir. Forumda Rusiya Federasiyasından və Qafqaz respublikalarından olan nümayəndələr regionun mövcud problemlərini müzakirə etmişlər.
“Biz əsas diqqəti ona yönəltmişik ki, elmi cəmiyyətin köməyi ilə gənc politoloqları müasir biliklərlə təmin edək və vacib bildiyimiz problemlərdən söz açaq” - A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun icraçı direktorunun müşaviri Valeri Kantorov forumun məqsədi barədə belə demişdir.
PDU Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, professor Viktor Panin tədbirdə çıxışı zamanı bildirmişdir: “Qafqazda təhlükəsizlik və əmin-amanlıq məsələsi ilk növbədə sizinlə bizim- burda yaşayan insanların məsələsidir. Qafqazın çiçəklənməsi və sabitliyində ilk növbədə biz maraqlıyıq. İstəyirik ki, balalarımız azad və təhlükəsiz hərəkət etsinlər və əmin-amanlıq içində yaşasınlar”.
Forumda “Müasir geopolitik proseslər və Qafqazda iqtisadi əməkdaşlıq”, “Qafqazda birgə mətbuat siyasətinin hazırlanması və koordinasiyası”, “Qafqazda ictimai diplomatiyanın rolu” mövzuları ilə bağlı iclaslar keçirilmiş, iştirakçılar maraqlı təkliflərlə çıxış etmişlər. İclaslarda gənc politoloqlar, yazarlar, jurnalistlər, alimlər, tələbələr və aspirantlar iqtisadiyyat, təhlükəsizlik, Qafqaz regionunda rol oynayan daxili və xarici faktorlarla bağlı fikirlərini söyləmiş və konstruktiv təkliflər irəli sürmüşlər.
Qızğın müzakirələrlə müşayiət olunan “Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumunda Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının nümyəndələri də iştirak etmişlər.











08.07.2017

Əksini iddia etməyə çalışmayın

Əli Ələkbər

Təəssüf edirəm ki, hələ də xalqların, millətləri əmələ gəlməsi haqqında təsəvvürlərimiz doğru deyil. Bir çoxlarına elə gəlir ki, dünya yaranan kimi millətlər, xalqlar elə bugünkü formalarında peyda olublar. Elə deyil; xalqlar tayfalardan, qəbilələrdən yaranaraq böyüyürlər, qarışırlar, assimlyasiya olurlar, bəzilərini adları, dilləri itir, yerinə yeni adlar, yeni dillər əmələ gəlir.
Dəfələrlə misal göstərmişəm. Hələ ki, elm qədim misirlilərdən daha qədim tarixə malik mədəniyyət tanımır. Hardadır həmin qədim mədəniyyət yaratmış Misir xalqı? İtdilərmi? Xeyr, itmədilər, adları, dilləri dəyişdirildi. Ərəblər Şimali Afrikanı işğal etdilər. Tək Misir yox, Şimali Afrikanın bugünkü ərəbdilli xalqların heç birinin əvvəllər nə adları, nə dilləri ərəb olmamışdır, nə də dinləri islam olmamışdır.
Yaxud hardadır məşhur latın xalqı? Latın dili. Avropanın müxtəlif yerlərindən, Afrikadan və digər ərazilərdən gələnlərlə qaynsayıb qarışmış, yeni xalqlar, yeni dillər yaranmışdır- məsələn, italyan xalqı.
Latın Amerikasının və Afrikanın 30-dan çox ispandilli ölkəsi var: Meksika, Kuba, Qvatemala, Salvador, Panama, Kolumbiya, Boliviya, Argentina və digərləri. Sizin düşüncənizlə tarixən o ölkələrin xalqları ta qədimdən ispandillimi olmuşlar? Heç onlar özlərini ispanlar adlandırmırlar. Meksikalı, kubalı, argentinalı və s. adlanırlar. Meksikanın qədim sakinləri, əsasən asteklər və digərləri gəlmələrlə qaynayıb qarışaraq yeni Meksika xalqı yaratmışlar.
ABŞ əhalisi özünü niyə ingilis adlandırmır? Axı ingiliscə danışırlar. Onlar özlərini amerikanlar adlandırırlar, çünkü xalis ingilis deyillər, irlandlar, şotlandlar, Avropadan gəlmiş digər xalqlar, Afrikadan gətirilmiş zəncilər, yerli hindular və digər ümumi amerikan xalqını yaradıblar. Misalları saysız-hesabsız göstərmək olar.
Bizə gəlincə. Hələ Səlcuqlara qədər də müəyyən qədər Asiyadan gəlmə köçəri türkdilli xalqlar bizim ərazilərə köçmüşdülər. Lakin türkdillilərin gəlişi əsasən səlcuqlarla bağlıdır. Güclü dövrləri olub, danılmazdır. Strabonun Albaniya barədə yazdığından məlum olur ki, o vaxta qədər 26 müxtəlif dillərdə danışan xalqlar olmuşdur. Məsələn, Qəbələdəki udinlər onlardan qalanlardır. Yaxud xınalıqlılar. Türkdillilər yaratdıqları güclü dövlətlər sayəsində yerli xalqların dilini dəyişmişlər, nəticədə ümumi dil yaranmışdır.
Yaxşı, bizimlə olan hekayəni onsuz da qəbul etməyəcəksiniz. Bəs Türkiyə haqqında nə deyə bilərsiniz? Oranın tarixi bəlli, Bizansın bir parçası, yaşayan xalqların adları-sanları məlum, zorla necə türkləşdirildikləri də məlum. Buna nə deyəcəksiniz? O boyda Anadolu, İstanbul və ətrafı zor gücünə türkdilliləşdirilirsə, bizdə niyə olmasın?
Dil sosioloji hadisədir, dəyişdirilməsi mümkün olan bir şeydir, etnik soykök, irq, tip, antropoloji quruluş- bunlar genlə daşınan əlamətlərdir. Bunlar dəyişdirilə bilməz, bir-birinə təsir edib yeni əlamətlər yarada bilər. Üstün olan gen isə öz təsirini daha çox büruzə verir. Azərbaycanlıların, Türkiyə türkdillilərinin, ümimiyyətlə Xəzərdən Qərbdə yaşayan türkdillilərin etnik soykökünün əsasını yerli xalqlar təşkil edir- türkdillilərin təsir faizi elə gözümüzə orda-burda təkəm-seyrək görünən qədərdir.
Qoçaq olublar, dilimizi dəyişə biliblər.
***
Bəzi insanları anlmaq olmur: dinin cəmiyyət üçün yararsız bir şey olduğunu deyən məşhur insanın adını özünə profil adı seçir, bizə heç bir aidiyyatı olmayan bir inancı (fərqi yoxdur, adı nə olur-olsun, inanc,din eyni şeylərdir) insanların beyninə yerləşdirməyə çalışır. Adı çəkilən inancın bizim ərazimizdə heç bir kökü yoxdur. Bizdə olan inanc atəşpərəstlik, zərdüştilik olub. Əksini iddia etməyə çalışmayın, çox demişəm, yenə deyirəm. Əgər bu dediyiniz inanc bizim coğrafiyamızda olubsa, ona uyğun insan təsviri yerləşdirın. Monqoloid irqlilərin bizə heç bir dəxli yoxdur. İndi yazacağım ifadəyə görə də üzr istəyirəm, əlacsızlıqdan yazıram. Hamımız bilirik ki, el arasında əcdadına (valideynlərinə) bənzəməyənə "bic" deyərlər. Bəsdirin: bizə aid olmayanları bizə əcdadlarımız kimi təqdim etməyin!

01.07.2017

Дружба народов


«В соцсетях очень много проплаченных тролей, которым платят за коментарии, которые ссорят наши народы, прожившие вместе сотни лет! Скажу одно: пока народы России, Кавказа, и все остальные народы нашего региона будут жить вместе, и относится с пониманием того, что нас по одиночке разорвут, мы будем непобедимы! А весь мир мечтает об этом! Чтоб мы грызли друг друга!»
(Ибрагим Сел)