09.07.2017

QUL ƏMƏYİ VƏ SPARTAK

Nadir Qocabəyli

Bu günlərdə Rusiyada yaşayan bir dostum zəng vurmuşdu. İki saata yaxın danışdıq. Söhbət həmişəki kimi gəlib çıxdı dolanışığın üzərinə. Soruşdu ki, necə dolanırsan, nə qədər qazanırsan? Cavab verdim bütün günü səhərdən-axşamacan işləsəm, günüm 25-30 manata çıxır. Amma hər gün belə işləmək olmur. Əvvəla buna gücüm çatmır, digər tərəfdən, hər günü tam işləməyə imkan da olmur. Bir gün həkimə gedirsən, bir gün qonaq gəlir, bir gün sən kiməsə baş çəkməli olursan, bir gün maşın xarab olur, bir gün şəhərin o başına qonorar almağa gedirsən, bir gün də sənin kimi bir dost zəng vurur və onunla 2 saat danışmalı olursan... İndi gərək mən sənə deyəm ki, bağışla, səninlə çox danışmağa vaxtım yoxdur, gərək işləyəm. Özün hesabla da, ayda 23-25 gün işləyə bilirəm ki, bu da təxminən 700 manat civarında bir şeydir. Gündəlik ərzağa güclə çatır...
Dostum qayıtdı ki, bu qul əməyidir...
Bu söz məni tutdu. Bəs deyirdilər quldarlıq quruluşu qədimdə qalıb və biz heç onu keçməmişik. Görünür, bunlar hamısı forma (formasiya) oyunlarıdır. Quldarlıq quruluşu hələ də davam edir. Qullar və quldarlar hələ də var.
Əgər mənim kimi fəal, qeyri-itaətkar, üsyankar bir adam qul əməyinə məcbur edilirsə, görün çoxluq nə vəziyyətdədir?
Ancaq bu məni ruhdan salmır. Çünki Spartak da qul idi. İnanıram ki, onun kimi mən də bir gün intiqamımı alacağam...

Комментариев нет:

Отправить комментарий