09.07.2017

Avrasiya Hərəkatı Azərbaycan təşkilatı üzvləri Krım siyasətçiləri ilə görüşlərdə iştirak etmişlər

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən X Diplomatik Seminar çərçivəsində Sevastopol və Simferopol şəhərlərində Krım Respublikası siyasətçiləri ilə görüşlərdə iştirak etmişlər.
İştirakçılar ilk əvvəl Sevastopol Dövlət Universitetində olmuşlar. Auditoriyada Rusiya dövlət himni səsləndikdən sonra Universitetin rektor əvəzi Vladimir Neçayev mühazirə ilə çıxış etmişdir. O öz məruzəsini qlobal çağırışlara həsr etmiş, ekoloji, demoqrafik, multikulturalizm, konfliktlər və digər məsələlərə toxunmuşdur. 
Sevastopol şəhəri Gənclər və İdman İşləri İdarəsinin rəis müavini Serqey Rezniçenko Dipseminar iştirakçılarını qarşılıqlı anlaşmaya və birgə layihələrin icrasına çağırmışdır.
Simferopol şəhərində keçirilən görüşlər daha rəngarəng və maraqlı olmuşdur. Burada Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvləri dünyanın 15 ölkəsindən gəlmiş nümayəndələrlə birgə Krım Respublikası Dövlət Şurasının üzvləri ilə görüşmüşlər. Krım Parlamentinin binasında iştirakçılar qarşısında Krım Dövlət Şurası Qanunvericilik Komitəsinin sədri Serqey Trofimov, deputatlar Anna Rubel, Vladislav Qanjara, Rem Kiselyov, Vladimir Yeremin və b. çıxış etmişlər.
Serqey Trofimov Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı məsələlərdən danışmışdır: “2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verdi, biz vəziyyəti real qiymətləndirərək başa düşdük ki, hakimiyyətin Konstitusiyaya zidd olaraq ələ keçirilməsi Krım əhalisi üçün real təhlükə törədir. Belə bir vəziyyətdə yaranmış şəraitdənn yeganə çıxış yolu xalqın istəyinin izharı olan ümumkrım referendumu oldu”. 
Deputat Anna Rubel Krımın digər ölkələr üçün nümunə olduğunu bildirdi. O sanksiyalara baxmayaraq Krım parlamentində tez-tez ən yüksək səviyyədə xarici nümayəndələrlə görüşlər keçirildiyini dedi.
Görüş iştirakçıları verdikləri suallarda Krımda gənclər siyasətinin realizasiyası, iqtisadiyyatın inkişafı perspektivləri ilə maraqlandılar, respublikaya səfərləri ilə bağlı təəssüratlarını söylədilər və bir sıra təkliflər verdilər.
Sonda nümayəndələr “Krım baharı” adı videofilmə baxdılar və parlament binasına ekskursiya etdilər.

Комментариев нет:

Отправить комментарий