İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad cümə günü gecə televiziya vasitəsi ilə xalqa etdiyi son müraciətində bütün var-gücünü onların xidmətinə sərf edəcəyi ilə bağlı verdiyi vədi bəyan edərək deyib: Əziz xalqa elan edirəm ki, xalqın mənafeyinə qarşı heç bir sənədi imzalamamışam və heç kim mənim xalqa və xalqın bütövlüyünə qarşı imzaladığım sənədin olduğunu deyə bilməz.
"Sabahdan və prezidentliyin təsdiqləmə mərasimindən sonra siz nə edəcəksiniz?" sualına cavab verən Əhmədinejad deyib: Məhkəmə hakimiyyətinin sədrinə bir məktub yazmışam və bildirmişəm ki, mənim həyatımda dəyişikliklər baş verib. Məktubu verəcək, prezidentin təsdiqlənməsi mərasimindən sonra iftara yaxın olduğuna görə öz mənzilimə gedəcəyəm. Biz ev əşyalarını prezidentlik qurtarmamışdan bir gün öncə hökumət mənzilindən şəxsi mənzilimizə aparmışıq. Bu gecə prezident aparatında dövlət mənzilində olacağımız son gecədir və sabah Tehranın cənubunda Narməkdə öz mənzilimizə gedəcəyik.
"Öz əmlakınız və var-dövlətinizin siyahısını televiziya vasitəsi ilə elan edə bilərsinizmi?" sualını cavablandıran prezident deyib: 8 il öncə öz əmlakım və var-dövlətimi elan etdim. Bu gün çox kiçicik bir dəyişiklik yaranmışdır.
Əhmədinejad deyib: 175 kvadratmetr ərazisi olan qədim bir mənzilimiz vardır. Bu qədim evi prezident aparatının fondundan aldığım kredit və bəzi dostlardan aldığım vəsaitlə əl-ələ verib 4 mərtəbəli, 4 mənzilli bir bina tikdik ki, iki oğlum, bir qızım və ailəmlə birlikdə yaşayaq.
Cənab Əhmədinejad prezidentlikdən sonra hansı işlə məşğul olacağı barəsindəki sualı belə cavablandırıb: Hökumətdə işim bitdikdən sonra əsas işim universitetdə olacaq. Çoxlu məsləhətləşmələrlə bir beynəlxalq universitetin icazəsini almışam.
"Bu universitetin fəaliyyətə başlaması üçün vəsaiti haradan təmin edəcəksiniz?" sualını cavablandıran Əhmədinejad deyib: Mən və universiteti təsis edən əməkdaşlarımın özümüzün pulumuz yoxdur. Dövlətdən bir binanı müvəqqəti olaraq almışıq və o tərəf bu tərəfdən bir miqdar pul və yardımlar almışıq.
İran prezidenti deyib: Düşündük ki, bu universiteti də əhalinin üzərinə qoyaq və elə olsun ki, əhali iştirak etsin və bu universitet heç bir şəxs və ya qrupa aid olmasın.
"Bankda bir hesab açmışıq ki, hər bir şəxs bacardığı qədər yardım etsin və 76 milyonluq xalq bu universitetin səhmində paya malik olsun" –deyə İran prezidenti deyib.
Prezident sözlərinin davamında bəzi terminlər BMT, İsrail, ABŞ, Prezident və Mahmud Əhmədinejad barəsindəki hisslərini bəyan edib: Prezidentlik: Xalqa nökərlik və xidmət; Mahmud Əhmədinejad: Xalqın nökəri; ABŞ: Ümidvaram ki, islah olsunlar. Əlbəttə ABŞ xalqı yaxşı xalqdır. Biz onların bir hissəsini yaxından gördük. Xalqlar hər bir yerdə yaxşıdır. Lakin iqtidar hələlik saleh insanların əlində deyil; İsrail: Rəsmən tanımıram; BMT: Bir beynəlxalq idarəçilik mərkəzidir. Hazırda təəssüflər olsun ki, lazım olduğu kimi düzgün idarə olunmur.
"Biz İran xalqına borcluyuq" –deyən Əhmədinejadın sözlərinə görə, fədakarlara borcluyuq, şəhid ailələrinə borcluyuq və bütün xalqa borcluyuq. Nə qədər çalışsaq da yenə də borcluyuq.
Əhmədinejad bildirib: İran xalqından məni və əməkdaşlarımı halal etməsini xahiş edirəm.
"Ötən 8 ildə sizin hökumətinizlə əməkdaşlıq edən şəxslərə təşəkkürünüzü bildirmək istərdinizmi?" sualını cavablandıran İran prezidenti deyib: İlk öncə Allah-taalaya təşəkkür etməliyik. Dəstək və bələdçiliklərinə görə İslam İnqilabının Böyük Rəhbərinə təşəkkürümü bildirirəm. İranın müxtəlif etnoslar, dini azlıqları və bütün İran xalqına təşəkkürümü bildirirəm.
Cənab Əhmədinejad proqram aparıcısının "Siz bu 8 il müddətində çox dəyişibsiniz və saçlarınız ağarıb? Sualına cavabda deyib: İran xalqına qurban.
Комментариев нет:
Отправить комментарий