11.07.2017

Onların işi Azərbaycanı parçalayıb kimlərəsə ötürməkdi

Müttəqi Bərməki

Bir sürü çaqqal yenə küçələrə çıxıb "Rus, fars, erməni- bunlar türkün düşməni!" şüarları səsləndirib, eşşək kimi anqırıblar.
Bu milli etnik zəminində ruslara farslara qarşı nifrət yaratmaq deyil?
Axı Azərbaycanda ruslar, Qafqaz farsları, yəni tatlar və onlara qohum olan digər irandilli xalqlar yaşayır.
Sonra deyirlər ki, biz titul millət olan "türklər" hamıya eyni gözlə baxırıq, Azərbaycanda isə qeyri-türklər milli-etnik zəmində münaqişə salır.
Rusları, tatları və ya qeyri-türkləri "Türklər bizim düşmənimizdir" şüarları ilə aksiya keçirən görmüsünüz? Görünən budur ki, hökümət bunlara şərait yaradır, baxmayaraq ki, bu insanlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 283 - Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına görə bir başa məsuliyyət daşıyır.
Amma dini bayraq, dini şüarlara, islam dininin təbliğatına qadağa qoyub, dindarlarımıza hər cür böhtan atıb həbs edərək zindanlara çürüdürlər.
Görəsən Qarabağda müharibə başlasa bunları tapa biləcəyik? Əlbətdə ki, yox! Bunların Qarabağda nə işləri var! Bunların işi Azərbaycanı parçalayıb kimlərəsə ötürməkdi.
Bunlar Qərbin yalını yeyib genələn adamaların muzdurlarıdırlar. Ona görə də Qərblə düşmən olan hər ölkə bunların düşmənidir. Bu külbaşlar bilmirlər ki bunları qazlayıb küçələrə tökənlər sabah Qərbin əmri ilə elə bunların özünə də düşmən olacaqlar.
Keçirilən aksiyanın videosundan görünür ki, yürüş üçün bunlara icazә veriilib. Siz tәsәvvürünüzә gәtirә bilәrsiz hәr hansı başqa bir mәqsәd üçün belә yürüşә icazә versinlәr? Bu bir dövlәt siyasәtidir! Biz bunu deyәndә bizə deyirdilәr ki, Azәrbaycanda belә şey yoxdur, siz hәr şeyi qara rәngdә görürsüz vә separatçılıq edirsiz.
İndi "ağıllıar" tapılıb deyə bilər ki, bəs Rus 20 yanvarda belə elədi, Xocalıda elə elədi. Farslar bizim əbədi düşmənimizdi və s. və i.
Onlara cavab olaraq deyirik ki, siz türkçülər özünüz sinənizə döyə-döyə deyirsiniz ki, türklər dünyanı fəth etdi və s. Tarixdən də bilirik ki türk-monqol tayfaları çox əraziləri fəth edib şəhərləri dağıdıb, qətlə yetirib, qırğınlar edib. İndi bütün o xalqlar durub desin ki türk bizim düşmənimizdir?
Axı tarix yazır ki türkmən tayfaları İrana gəldi, fəth elədi və s.
Yəni nə? Gəlib zəbt edib də. Biz burda bir tarix görürük. Bu o vaxt normal proseslər olub. İndi farslar mitinqlərdə durub desin ki türk farsın düşmənidir? Belə misallar çoxdur.
Fars türklə necə düşməndir ki, 1000 ildir bir dövlətdə yaşayırlar və dəfələrlə bir orduda xarici düşmənlərə qarşı döyüşüblər?
Farsmı gəlib türkmən elinə, yoxsa türkmən gəlib fars elinə?
Fars deyəndə ümumi irandilliləri deyirik. Bu tarixdir. Olub gedib. Rusa gəldikdə isə... Azərbaycandan 3 milyon adam Rusiyada işləyir, çalışır, vətənə pul göndərir. Azərbaycan ən müasir silahları Rusiyadan alır. Qarabağ müharibəsində ruslarla olan əməkdaşlıq haqqında dəfələrlə yazılarımız olub.
Xocalını törədənlərin bir hissəsi elə öz içimizdə idi. O 366 alayda isə hamısı erməni idi, 2-3 muzdlu rusdan başqa. Bu siyahını ANS-də oxuyublar canlı efirdə. 20 yanvar kimi hadisə isə elə Moskvanın özündə də olub. Sovet dövləti idi. O texnikalar çox şəhərlərə girmişdi. Dərinliyə getsək görərik ki bu da bir provokasiya idi. 20 yanvardan cəmi bir il keçdi, Azərbaycan əhalisinin çoxu referendumda Sovet dövlətinin saxlanmasına səs verdi.
Sonra isə ruslar Qarabağda 20 kəndi ermənilərdən boşaldıb azərbaycanlılara verdilər. "Həlqə" əməliyyatı barədə oxuyun.
Rusların bizi işğalına gəldikdə isə... Gəncə xanından başqa bütün xanlar özləri Rusiyanın tərəfinə keçdilər. Niyə? O tərəfdə Qacar deyildi? Bu tarixdir.
İmperiyalar fəth edir. Osmanlı fəth etməyib? Təbrizi Şirvanı yandırmayıb? 200 il Səfəvilər, Qacarlar, Əfşərlər Osmanlı ilə döyüşməyib? Fransa İngiltərə ilə uzun illər düşmən olmayıb? Almaniya bütün Avropa ilə düşmən olmayıb? İndi hamı çıxsın küçələrdə belə qışqırsın?
Təsəvvür edin ki İranda farslarda küçələrə çıxıb "Türklər bizim düşmənimizdir" şüarları səsləndirsəydilər, bunların ağzı dayanmayacaqdı...
Həmçinin rus millətçiləri küçələrə çıxır və azərbaycanlıları bazarlarda qabaqlarına qatırlar ki çıxın ölkəmizdən, rus sizin düşməninizdirsə, sürüşün rədd olun ölkəmizdən. Bunu niyə fikirləşmirlər?..

Комментариев нет:

Отправить комментарий