09.07.2017

Doktor Əli Şəriətinin duası

Ey Allahım, alimlərimizə məsuliyyət, savadsızlarımıza elm, möminlərimizə ziya, ziyalılarımıza iman, təəssübkeşlərimizə dərrakə, dərrakəlilərimizə təəssübkeşlik, qadınlarımıza şüur, kişilərimizə şərəf, qocalarımıza agahlıq, gənclərimizə nəcabət,  müəllimlərimizə əqidə, tələbələrimizə... yenə əqidə, yatanlarımıza oyaqlıq, oyaqlarımıza iradə, təbliğatçılarımıza həqiqət, dindarlarımıza din, yazıçılarımıza öhdəlik, incəsənət xadimlərimizə dərd, şairlərimizə şüur, tədqiqatçılarımıza hədəf, ümidsizlərimizə ümid, zəiflərimizə güc, mühafizəkarlarımıza cəsarət, oturanlarımıza qiyam, durğunlarımıza təkan, ölülərimizə həyat, korlarımıza göz, susqunlarımıza fəryad, müsəlmanlarımıza Quran, şiələrimizə Əli, firqələrimizə vəhdət, paxıllarımıza şəfa, eqoistlərimizə insaf, söyüşcüllərimizə ədəb, mücahidlərimizə səbir, xalqımıza özünüdərk, bütün millətimizə qərarvermə əzmkarlığı, fədakarlıq istedadı, qurtuluş ləyaqəti və izzət bəxş et!

Doktor Əli Şəriəti

Комментариев нет:

Отправить комментарий