11.07.2017

Türkiyədə məscid biznesi

Hamı Türkiyədə addım başı məscidin olmağından danışır və Azərbaycanda məscidin az olmağından gileylənir. Türkiyə sərhədini Batumidən keçən kimi ilk olaraq gözə dəyən məscid oldu. Namazı qılmaq üçün məscidə getdik. Üzr istəyirəm, dəstəmaz almaq üçün təharətə daxil olmaq istədik. Dedilər təharət 1 lirədi. Dedik namaz qılanlar üçün də? Dedilər fərqi yoxdu. Çarəsiz qalıb ödədik. Maraq üçün soruşdum gündə neçə adam bu təharətdən istifadə edir? Cavab verdi uç min olar. Pis pul deyil. 3000 lirə- təxminən 1500 manat. İstanbulda (Çarşı Bazarda) məscidə gedəndə ilk olaraq məni təharət maraqlandırdı. Görəsən burda da təharət pulladırmı? Burda da eyni mənzərənin şahidi oldum. Qiymət də həmin qiymət- bir lirə. Marağım məni yenə statistikaya yönəltdi. Amcadan gündə bu təharətdən neçə nəfərin istifadə etdiyi ilə maraqlandım. Amca günə beş min nəfər istifadəçi olduğunu söylədi. Məscidə daxil olanda isə beş-on nəfər ola, ya olmayaydı. Qısası Türkiyədə ən gözəl biznesin məscid olduğunu başa düşdüm. Əgər bizdə də məscidin təharəti pulla olsaydı, Fantanlar bağındakı Erməni kilsəsi çoxdan məscid olardı. Hələ bulvarda da 3-4 məscid tikərdilər. Günə 3-4 min pis pul deyil. Düşünməyə dəyər).
Məscidlərdən təharət kimi istifadə olunması çox üzücüdü. Türkiyədəki kimi on minlərlə məscidin olmağındansa, Allah bizim barmaqla sayılası məscidlərimizə bərəkət versin.

Alik Bakinskiy

Комментариев нет:

Отправить комментарий