Tanınmış Rusiya filosofu və publisisti, siyasi elmlər namizədi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Qarabağ konfliktində Azərbaycana dəstəyini ifadə etmişdir.
Aleksandr Duqin bildirmişdir ki, Qarabağ - Azərbaycanındır və bu müzakirə predmeti deyil.
Onun sözlərinə görə, hal-hazırda Rusiyanın Azərbaycanla münasibətləri gur şəkildə inkişaf edir və bu erməniləri qıcıqlandırır: "Bakı Rusiyanın Cənubi Qafqazda əsas strateji partnyoruna çevrilir. Bu Ermənistana görə baş vermir. Ermənilər Rusiyaya görə öz "eksklüzivliklərini" itirmişlər. Onlar daxili siyasətdə millətçiliyə üstünlük verirlər. Azərbaycan isə heç vaxt antirus mövqedə olmamışdır. Ermənistan öz millətçi xülyalarında çalışır ki, Rusiya "Dağlıq Qarabağ Respublikasını" tanısın, lakin bu heç vaxt baş verməyəcəkdir. İqtisadi, siyasi və hərbi əməkdaşlığı nəzərə alsaq, Rusiya ilə Azərbaycan arasında böyük əməkdaşlıq sahəsi mövcuddur. Ümumilikdə azərbaycanlıların Rusiyaya münasibəti yaxşıdır. Onlar bu gün Rusiya ilə gözəl münasibətlər qururlar. Ermənilər bundan əsəbləşirlər, qısqanclıq ifadə edirlər və təhlükə duyurlar. Biz və bütün dünya etiraf edirik ki, Qarabağ - Azərbaycanın ərazidir... Mənim dəstəklədiyim "Moskva-Bakı" oxu ermənilərə qarşı deyil. Əgər ermənilər gələcəyə strateji perspektivdə baxsalar, öz növbəsində Azərbaycan ilə gözəl münasibətlərdə olan Rusiya ilə yaxşı ittifaqda olmağın xeyrini başa düşərlər. Məhz bu, qarşılıqlı anlaşma şəraitində problemi sülh yolu ilə həll etməyin üsuludur".
Комментариев нет:
Отправить комментарий