19.10.2020

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov: Qarabağın işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir

Azərbaycan Ordusu Ermənistan işğalçı qoşunlarının müdafiə xəttini uğurla yararaq, bir sıra ərazilərini və strateji əhəmiyyətli nöqtələrini geri qaytara bilib. Daha bir güclü hücumdan sonra işğal edilmiş bütün ərazilər azad olunacaq.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin döyüşmək üçün demək olar ki, heç nəyi qalmayıb:
“Qarabağ və ətrafdakı rayonların işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir. Nikol Paşinyan döyüş meydanında və siyasi məkanda uğursuzluqlarını görüb, nasist babası kimi hərəkət etməyə qərar verdi. Adolf Paşinyan dinc şəhərlərə atəş açmaq əmrini verib ki, Azərbaycan ictimaiyyətində heç olmasa panika yaransın. Amma bu da baş tutmadı. Bu qanlı hadisələr Azərbaycan xalqını daha həmrəy etdi. Paşinyan isə yalnız dünya tərəfindən tənqid olundu. Erməni liderin növbəti addımı qaçmaq olacaq”.

Комментариев нет:

Отправить комментарий