01.10.2020

Rusiya Ermənistana kömək etməyəcək

Aleksandr Proxanov: "İndi alovlanan müharibə qələbəyək davam edəcək"

Rusiyalı yazıçı, siyasi və ictimai xadim, İzbor klubunun sədri və həmtəsisçisi, "Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanov media.az-a müsahibəsində bildirib ki, Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq.
Proxanov Qarabağ münaqişəsi üzrə qəbul etdiyi qətnamələrinin icrasını təmin etmək gücündə olmayan BMT Təhlükəsizlik Şurasının bəyanatını şərh etdikdən sonra deyib:
"Qarabağ probleminə gəlincə, burada alışmaqda olan alov meydana gəlib. İndi artıq Azərbaycanda Vətən müharibəsi adlandırılan müharibə davam edir. Danışıqlar heç bir nəticə vermədi. Üstəlik, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi dayandı. İndi dünya necə münasibət bildirəcək? Dünya münaqişəyə boş nəsihətlərlə müdaxilə edəcək. Rusiya heç bir halda tanklarını və təyyarələrini göndərməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının hərbçiləri ermənilərin tərəfində döyüşməyəcəklər. 102 saylı hərbi bazanın vəzifəsi Rusiyanın sərhədlərini uzaq təhdidlərdən qorumaqdır. İndi alovlanan müharibə qələbəyək davam edəcək. “Minsk formatı” isə uğursuzluğa düçar oldu. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müharibə yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxdıqdan sonra dayandırılacaq. Bu isə BMT qətnamələri və Madrid prinsiplərinə tam uyğundur. Bəli, hədəf qoyulub və aydındır... Qarabağ münaqişəsi yalnız hərbi yolla həll olunacaq".

Комментариев нет:

Отправить комментарий