19.10.2020

Maksim Şevçenko: Azərbaycan Ordusu Şuşanı götürə bilər və bu, qaçılmazdır!

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko oktyabrın 18-də YouTube-dakı səhifəsində Dağlıq Qarabağda döyüş əməliyyatlarına həsr olunmuş növbəti videomüraciətini dərc edib.
oxu24.com xəbər verir ki, müraciətin lap əvvəlində M.Şevçenko yenə də Ermənistan tərəfinin, guya Azərbaycanın tərəfində vuruşan muzdlular haqqında yalan məlumatlarına toxunub. “Azərbaycan gənclərinin böyük əksəriyyəti döyüşə can atır. Analar bu uşaqları azadlıq müharibəsinə göndərirlər. Azərbaycanda görünməmiş vətənpərvərlik yüksəlişi hökm sürür. Kimsə mənə heç olmasa bir səbəb göstərə bilərmi ki, Azərbaycanın ən müasir silahlarla təchiz olunmuş Ordusuna həmin müxtəlif dərili yaraqlılardan ibarət qruplaşmalar nə üçün lazımdır?”- deyə Maksim Şevçenko soruşub.
Rusiyalı siyasətçi xaricdəki erməni diasporunun xadimlərini Qarabağda gedən müharibədə birbaşa ittiham edib.
“Bu insanlar hazırda Qarabağ dağlarında ölməli olan erməni uşaqlarının ətini və qanını satırlar”,- deyə M.Şevçenko bildirib.
Rusiyalı siyasətçi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arxasında duran qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı deyillər.
Maksim Şevçenko xatırladıb ki, Heydər Əliyev və Levon Ter-Petrosyan məsələnin sülh yolu ilə həll olunması barədə demək olar ki razılığa gəlmişdilər, lakin Saziş pozuldu. Bu məsələdə rusiyalı siyasətçi RF XİN-in keçmiş rəhbəri Andrey Kozırevi ittiham edib. Maksim Şevçenko Moskvanın Cənubi Qafqazla bağlı siyasətində Kozırevin hələ də iştirak etdiyini vurğulayıb və bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu vektoru dəyişdirməyə çalışır.
M.Şevçenko bir daha vurğulayıb ki, Azərbaycan Ordusu Şuşanı və Xankəndini götürə bilər, amma bunu etmir. “Yalnız hərbi qərar qalarsa, bu, Rusiyanın maraqlarına dəhşətli zərbə olacaq. İslam dünyası ilə, Türkiyə ilə, Qafqazla yaxşı münasibətlər saxlamaq Rusiyanın xeyrinədir. Bu, Rusiyanı reallaşdırır. Bu, Rusiya üzərində hökmranlıq edən rusofoblu transmilli elitaların hakimiyyətinə son qoymaq imkanıdır. Ona görə də mən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyirəm. Bu gün Azərbaycan əsgəri həm də erməni xalqı üçün, ermənilərin onları bu fəlakətə düçar etmiş qüvvələrdən azad olması və Rusiya xalqlarının mənafeyi uğrunda mübarizə aparır ki, onlar, onları Qərb elitalarına topdan və pərakəndə satanların girovuna çevrilməsinlər... Biz əlbəttə ki, sülh tərəfdarıyıq, amma bəzən sülh yalnız silah hesabına əldə edilir”,- deyə Maksim Şevçenko vurğulayıb.

Комментариев нет:

Отправить комментарий