“Ermənistanın Gəncəni raket atəşinə tutması açıq-aşkar təxribatdır, dinc şəhərin mərkəzinə barbar, mənfur hücumdur”.
Bunu report.az-a rusiyalı politoloq Sergey Markov bildirib.
“Bir tərəfdən atəşkəs, barışıq Ermənistana sərf edir, çünki onlar müharibəni uduzur. Azərbaycan irəliləyərək tədricən onların müdafiəsini yarır. Bəlkə də, bunda nəsə bir vəhşi kin-küdurətin şüurdan, məntiqdən kənar təsiri var. Bəlkə də, Ermənistan ərazisindən zərbə endirməklə Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik etmək istəyirlər ki, Rusiya da bu məsələyə qarışsın. Yaxud ola bilsin, Paşinyanın rəqibləri atəşkəsi pozmaq istəyirlər ki, Azərbaycan hücuma keçsin, hərbi məğlubiyyətlər Paşinyanın nüfuzunu çökdürsün, onu devirsinlər”,- deyən ekspertin fikrincə, bu variantlardan hansının doğru olduğu daha sonra bəlli olacaq: “Şəxsən mən ikinci variantı daha məntiqli hesab edirəm. Yəni Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik edib sonra Rusiya rəhbərlərinin yanına qaçıb şikayət etmək istəyirlər”.
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarələrlə Ermənistana silah daşınmasına dair KİV-dəki xəbərləri şərh edən politoloq Ermənistanın silah qıtlığı ilə üzləşdiyini vurğulayıb: “Müharibə başlayandan Ermənistan ordusunun bu döyüş əməliyyatlarına o qədər də hazır olmadığı üzə çıxdı”.
“Ermənistan KİV-lərinin özü də yazırdı ki, 18 yaşlı gəncləri lazımi silah-sursatla təmin etmədən döyüşə göndərirlər. Odur ki, onların silahlara, hərbi texnikaya kəskin ehtiyacları var. Məncə, hərbi avadanlığın bir hissəsi mülki təyyarələrlə gətirilə bilər, lakin Rusiya FHN-in təyyarələri olması ağlabatan deyil. Adətən ayrı-ayrı şirkətlərdən adi mülki təyyarələr icarəyə götürülür. Yəni onlar da belə mülki təyyarələrlə gətizdirə bilərdilər”,- S.Markov əlavə edib.
Комментариев нет:
Отправить комментарий