07.10.2020

Ermənistanın yüksək rütbəli hərbçiləri döyüş bölgəsindən qaçıb


Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusuna məxsus bir çox hərbi maşınlar hərbçilərimiz tərəfindən ələ keçirilib, bu maşınların içərisində yüksək rütbəli erməni hərbçilərinə məxsus nəqliyyat vasitələri də var.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan Ordusu gündən-günə böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikalarını məhv edib bir çox zirehli və əhəmiyyətli nəqliyyat vasitələrini ələ keçirib.
Bu hərbi nəqliyyat vasitələrinin içərisində erməni zabitlərini daşıyan avtomobillər də var. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin nəinki adi əsgəri, həmçinin yüksək rütbəli hərbçiləri də döyüşdən qorxaraq hərbi texnikalarını orada qoyaraq müxtəlif yollarla ərazidən qaçırlar. Bir neçə gün öncə ermənilərin idarə etdiyi bu nəqliyyat vasitələri artıq Azərbaycan Ordusunun əlindədir. Bu texnika ilə döyüşməyə gələn ermənilərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edilib, bir qismi isə qorxaraq arxasına baxmadan qaçıb. Hətta bəzi nəqliyyat vasitələrinin içərisində hərbi məlumatlar olan xüsusi qeydlər yazılmış sənədlər də var. Onlar qaçarkən qorxularından bu hərbi sirr sayılan sənədləri belə məhv etməyiblər.
Düşmənə məxsus rabitə maşınında isə bu cür sənədlərə daha çox rast gəlinir. Bu da Ermənistan ordusunda olan özbaşınalığı və səriştəsizliyi göstərən digər amillərdən biridir.
Qeyd edək ki, düşmən yalnız zirehli maşınlar və texnikanı yox, həmçinin xeyli sayda silah-sursatı da qoyub qaçıblar.


Комментариев нет:

Отправить комментарий