21.10.2020

“Yerli ermənilər üçün biz Qarabağ eşşəkləriyik...” – Ermənilər ermənilərə qarşı

Sosial şəbəkələrdə "A-shot NEWS-2” YouTube kanalının təqdimatında maraqlı bir video material təqdim olunub.
Sfera.az xəbər verir ki, sözügedən video reportajda ötən əsrin sonlarında məlum hadisələr səbəbindən Azərbaycanı, özəlliklə də Bakını tərk edib Ermənistana sığınmağa məcbur olan ermənilərin yerli ermənilərlə bağlı fikirləri yer alıb.
Kanala müsahibə verən şəxslərdən biri, Valeri İsgəndəryan adlı erməni bildirir ki, 30 ildir Azərbaycandan gəlib: "Yerevanda şəraitsiz yataqxanalarda məskunlaşmışıq. Çoxumuzun artıq Ermənistan pasportu olsa da, sonadək özümüzü erməni hesab etmirik, çünki tarixi vətənimiz Ermənistan bizi qəbul etmir,yerli əhali bizə ögey münasibət göstərir. Problemlərimizin dövlət səviyyəsində həllini tələb edirik”.
Digər Bakı qaçqını Rimma Abramyan deyir ki, 1989-cu ildən Ermənistandadır: "Elə o vaxtdan da gördüyünüz bu yataqxanada yaşayırıq. Bu illər ərzində hər şey dəyişməz qalıb. Biz heç cür bura uyğunlaşa bilmirik. Çünki bizi burada qəbul etmirlər, yerli əhali üçün biz yadıq. Bu günədək "bakılı” damğası üzərimizdədir. Biz bakılı olmağımızdan utanmırıq, həmişə deyirik ki, bəli, biz bakılıyıq, orada anadan olmuşuq və bunu təkzib edə bilmərik. Burada qarşılaşdığımız problemləri sözlə ifadə edə bilmirəm. Öz fikrimi deyəcəyəm. Burda qaçqınların axırına çıxmaq üçün ağ soyqırım həyata keçirilir, yəni süni yolla qaçqınların təbii ölümünə səbəb olan şərait yaradılır. Məqsəd, bizi susdurmaq, problemlərimizin qabardılmasına yol verməməkdir. Bununla onlar öz işlərini yüngülləşdirmək istəyir. Bura gələndə 56 ailə idik, indi isə cəmi 24 ailə qalıb. Ailələrin yarıdan çoxu artıq ölüb. Bəli, bizi dərdimizlə üz-üzə qoydular. Üstəlik, gəlib deyirdilər ki, niyə şikayət edirsiniz, gül kimi şəraitiniz var. Hansı şəraitdən söhbət gedir? Axı bura heç yataqxana da deyil. Texniki peşə məktəbinin köhnə binasıdır. Bizi siniflərə yerləşdiriblər, dəmir çarpayılar qoyub gediblər. Hər il bütün aidiyyati qurumlara məktublar yollayırıq, amma heç bir nəticəsi olmur. Yeganə cavabları: "pul yoxdur” olur. 30 ildir pul yoxdur. Ermənistan beynəlxalq təşkilatlardan milyonlarla dollar yardım alır, bizim yaşayış şəraitimizi yaxşılaşdırmaq üçün isə az da olsa, pul xərcləmək istəmir. Bizimçün heç bir iş görülmür. Özləri bizə qarşı soyqırımı təşkil etdikləri halda, istəyirlər ki, dünya erməni soyqırımını tanısın”.
Kanalın müraciət etdiyi daha bir bakılı erməni Stella Xaçaturyan adlı xanım bildirir ki, biz (red. yəni, Azərbaycandan gələn ermənilər) və yerli ermənilər iki fərqli millətik: "Açıq deyirəm sizə: iki müxtəlif xalq! Bəli, biz fərqliyik. Burada çox yalan danışırlar, mən heç vaxt yerli ermənilərə etibar etmərəm. Yerli ermənilər çox qəribə insanlardır. Suriya, İraq erməniləri mənə onlardan daha doğma gəlir, onlarla daha rahat dil tapırıq, yerlilərlə isə bizimki heç cür alınmır. Elə Suriya erməniləri də burada yaşaya bilməyəcəklər, çünki onlar da bizim kimi vicdanlı insanlardır. Şirin yalandansa, acı həqiqət yaxşıdır. Həqiqəti eşitmək istəyirsiniz? Deyirəm: nə Azərbaycandan, nə də Suriyadan olan qaçqınlar heç vaxt burada yaşamayacaqlar. Yerli əhali qəddardır, burda heç kəsə öz problemlərin haqda danışmamalısan, çünki sənə kömək etmək əvəzinə, ziyan verər. Bunu burada yaşaya-yaşaya anladım. Misalçün, azərbaycanlıya desən ki, hansısa problemim var, cavab verəcək ki, sənə necə kömək edə bilərəm və kömək edəcək. Amma erməniyə problemim olduğunu desəm, bundan istifadə edib məni tapdalayar. Ermənilər ən qədim xristian olduqları ilə fəxr edir. Amma həyat tərzləri, davranışları bu dinin tam əksinədir. Başa düşürsünüz? İnanın. Özü də 99 faiz də yox, 99, 9 faiz!”
Kanalın daha bir müsahibi, Arsen Baqdasaryan adlı Qarabağ ermənisi isə deyir ki, əgər mən Ermənistan vətəndaşıyamsa, o zaman Ermənistan Azərbaycanın tələblərinə müsbət cavab verməli idi: "Çünki başqaları Ermənistan ərazisində doğulub, mən isə Qarabağ ərazisində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakertdə anadan olmuşam. İndi həmin şəhərin adı Xankəndidir. Başa düşürsünüz? Mən və mənim qarabağlı yaşıdlarım Ermənistan tərəfindən müharibəyə göndərilir. Bizim sonrakı taleyimiz isə heç kəs üçün maraqlı deyil. Kim ölər, ölər. Onlar üçün nə fərqi var ki? Ermənistan üçün qarabağlılar heç kimdir. Ermənistan ancaq yerli erməniləri xilas etməyə çalışır, biz isə onlar üçün maraqlı deyilik, yerli ermənilər üçün biz Qarabağ eşşəkləriyik. Başa düşürsünüz?”

Комментариев нет:

Отправить комментарий