Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyəti faciə adlandırıb və Rusiyada bununla bağlı çox narahat olduqlarını bildirib. O bu sözləri “Rossiya 24” telekanalına müsahibəsində deyib.
V.Putin bu münaqişənin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib: “Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə baş çatacaq. Lakin o birdəfəlik həll edilməsə, belə görünür ki, bu, tezliklə olmayacaq, biz istənilən halda, mən bir daha demək istəyirəm ki, atəşi dayandırmağa çağırırıq. Bunu mümkün qədər tezliklə etmək lazımdır”.
Rusiya Prezidenti əlavə edib ki, Ermənistan rəhbərliyinin Rusiyaya müttəfiqlik öhdəliklərinin icrası ilə bağlı sualı yoxdur: "Məlum olduğu kimi, Ermənistan KTMT üzvüdür və bizim bu müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Çox təəssüf ki, döyüşlər hələ də davam edir. Amma döyüşlər Ermənistan ərazisində aparılmır. Öhdəliklərimizə gəldikdə, biz onları yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik".
Комментариев нет:
Отправить комментарий