Qazi Əzizzadə Rəhman
Xəstə şikəst insanların pensiyalarını kəsməklə ürəyi soyumayan Sosial müdafiə nazirliyi daha bir fırıldaq üsula əl atıb.
İndi də əlillik müddəti bitmiş insanların əlilliyini ən azı 5 aya bərpa edirlər!
Bu da o deməkdir ki, arada itirilən 5 ayın pensiyası verilmir.
Necə ki, ordumuz ermənilərdən qənimət olaraq texnika götürdü, indi də nazirlik öz əlil vətəndaşlarından 5 ayın pensiyasını qənimət olaraq götürür. Sonra da günahı atırlar poliklinikaların üstünə.
Şəxsən tanıdığım gözdən əlil vətəndaşın əlillik müddəti 1 ay bundan öncə bitib. Həmin vətəndaş 2 gün öncə poliklinika göndərişi əsasında gedib göz instituna. Ora da ona deyiblər ki, növbə çoxdu, sən get may ayının axırlarında gələrsən!
Tutaq ki, əlil vətəndaş yenidən Lənkərandan Bakıya mayın axırında gəlir. Onun müayinədən keçməsi, poliklinikanın öz kefi ilə forma 88 doldurub göndərməsi və nazirlik tərəfindən arayışın icra edilməsi gəlib çıxır iyunun axırına. Bu da o deməkdir ki, vətəndaş 5 ay ac qalacaq!
Hələ bu da dəqiq deyil. Çünki poliklinikalar son zamanlar forma 88-i qəsdən düzgün doldurmadığı üçün şikəst insana imtina cavabı gəlir. Həkim də sonra deyir ki, ay daaa, səhv olub yenidən göndərməliyik!.. 1 ayda belə getdi...
Ay yoldaşlar!
Günahı özünüzdən yayındırıb özünüzü təmizə çıxarmaq əvəzinə, zəhmət çəkin elə sistem qurun ki, vətəndaş 3-5 ay ac qalmasın.
Necə ki elə bir variantı 2016-cı ildə yaratmışdız. Əlillik müddəti bitən vətəndaşın əlilliyi sistem tərəfindən avtomatik yenilənirdi. Heç bir vətəndaş 3-5 ay indiki kimi ac qalmırdı.
Sonra gördüz, yooox, bu xalqın rahatlığına səbəb olur dərhal - onu ləğv etdiz.
Bir gün mütləq cavab verəcəyiniz günü unutmayın!
Həmin gün məhkəmə hakimləriniz haqqına girdiyiniz şəxslər olacaqdır!!!
Комментариев нет:
Отправить комментарий