Qarabağdakı hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin ordu sıralarında yaşanan özbaşınalıqlarla əlaqədar yeni faktlar üzə çıxıb.
Bu barədə rusiyalı jurnalist, “İzvestiya” qəzetininidarə heyətinin sədri Aram Qabrelyanov “Telegram” kanalında yazıb.
Məlumata görə, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu ilə birlikdə Qarabağda bunkerdə olarkən onunla ordu generalları arasında mübahisə yaranıb.
“29 yaşlı Arqişti Karamyan 30 MTX zabiti ilə Qarabağa gəldi. Paşinyanın Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin rəhbəri qarşısında qoyduğu əsas vəzifə baş nazirin həyat yoldaşı və oğlunun təhlükəsizliyini təmin etmək idi.
Qalmaqal general Movses Akopyanın Paşinyanın yoldaşından sərt şəkildə çox gizli hərbi əməliyyatın müzakirə olunduğu bunkeri tərk etməsini tələb etdiyi zaman baş verdi. Bundan əvvəl bir neçə dəfə Anna Akopyan açıq şəkildə generalları danlayıb onlara qoşunlara necə rəhbərlik etməyi öyrətməyə çalışmışdı.
Movses Akopyan müqavimət göstərə bilmədi və qadından qərargahı tərk etməsini çox sərt şəkildə tələb etdi.
Bundan sonra Akopyanın mühafizəçiləri onu sakitləşdirməyə çalışdılar. Anna otağına gedərək Paşinyana zəng etdi. O, Nikola qışqıraraq dedi ki, sən necə kişisən ki, hansısa küçük sənin yoldaşını alçaldır?!
Paşinyan yoldaşı ilə danışdıqdan beş dəqiqə sonra Karamyana zəng etdi və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbərindən general Akopyanın tutulmasını və qandallı şəkildə Yerevana gətirilməsini tələb etdi.
Karamyan isə Arayik Arutyunyanın yanına getdi. Arutyunyan isə iki generalı məsləhətləşməyə dəvət etdi. Generallar heç kimin belə bir əmri yerinə yetirməyəcəyini, əksinə Karamyan və bütün mühafizəçilərinin həbs ediləcəyini söylədilər. Sonra Arayik Paşinyanın əmrinə tabe olmaqdan imtina etdi və bunu Arqiştiyə çatdırdı. Karamyan Nikola zəng edərək bildirdi ki, general Akopyanın həbs olunması əmrinin yerinə yetirilməsi mümkün deyil. Paşinyan MTX-nin gənc rəhbərinə qışqırmağa və onu “nakişi” olmaqda ittiham etdi. Bundan sonra onun vəzifəsindən azad edilməsi haqqında fərman imzalandı”, – Qabrelyanovun yazısında qeyd edilib. /qazet.az/
Комментариев нет:
Отправить комментарий