Hüquq mühafizə orqanları Vergilər Nazirliyi ilə birgə DGK-da yoxlamalar aparıb.
Yoxlamanın nəticələri hakimiyyətin yüksək pillələrində oturanları belə şoka salıb.
Məlumata görə, aparılan yoxlamalar zamanı 700 milyon manatdan çox kəsir aşkarlanıb. Özgə vaxt “mənim fəaliyyətimdə korrupsiya faktı tapın, istefa verim” deyən DGK-nin sədri general Səfər Mehdiyev kəsirin hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib.
İddialara görə, kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi üzə çıxıb və onun hansı DGK rəhbərliyi tərəfindən mənimsənildiyi aşkar edilib. Əsas günahkarın indiki rəhbərlik olduğu müəyyənləşdirilib. Rəhbərliyə qısa zaman ərzində kəsirin ortadan qaldırılması tapşırığı verilib. Məlumata görə, DGK-də korrupsiya faktlarının araşdırılması hazırda da davam edir. /ovqat.com/
Комментариев нет:
Отправить комментарий