Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum...
“Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib Bayramov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə “yaşa”, mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim. O vaxt pis yola düşsəydim, indi villalarda yaşayırdım. Onların çoxu ilə Filarmoniyadakı konsertlərdə tanış olmuşdum. Mahnımı oxuyub birbaş evə gəlirdim. Habil Əliyev deyirdi ki, gəl mənimlə yaşa, səni milyoner edəcəm. İnanmırsınızsa Flora Kərimovadan soruşun mənim haqqımda. O bütün bunlara şahidlik edib. Bir dəfə də Həbib İsmayılovun yoldaşı, Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb üzümə bir şillə vurdu. Mən də onu təpiklə vurdum. Tükəzban mənə deyirdi ki, Həbib niyə səni istəməlidir ki? Ona dedim ki, Həbib mənim atam yaşımdadır, mən onunla yaşayanam?! Onlar mənim evimi yıxdılar, yoxsa oxuyurdum da. Hər dəfə köhnə lentlərə baxanda ağlayıram (ağlayır)”.
Bunu moderator.az-a açıqlamasında “Lalə” qızlar ansamblının ilk solistlərindən biri olan müğənni Elmira Əliyeva deyib. Sənətçi daha sonra əlavə edib.
“Atası Həbib Bayramovun mənə etdiyi pislikləri qızı İlhamə Quliyeva da davam etdirirdi. Bir dəfə imkansızlıq ucbatından bir verilişə çıxmışdım. İlhamə Quliyeva məni efirdə görəndən sonra verilişin prodüsserinə zəng edib demişdi ki, onu efirdən çıxarın! Səhəri gün verilişdə problemim həll olunduğu gün idi, amma mənə dedilər ki, sabah gəlməyin. Daha sonra bildim ki, bunu İlhamə edib. Onlar pislik etməyi çox yaxşı bacarırdı. Mən bu gün çox pis vəziyyətdə yaşayıram. İmkansızlıq ucbatından oğlumu evləndirə bilmirəm, artıq 40 yaşın içindədir. Bir otaqlı evdə yaşayıram, onu necə evləndirim? Deyirəm ki, apar məni qoy qocalar evinə. Onsuz da 82 yaşına kimi o qədər zülmlər çəkmişəm ki. Nə təqaüd alıram, nə də mükafat. Mən bu sənətə canla-başla xidmət etmişəm, amma dəyərim heç vaxt verilmədi. Bundan əvvəlki Mədəniyyət nazirinə də, Bahar Muradovaya da müraciət etmişəm, mənə heç bir köməklik olunmayıb”- deyə sənətçi bildirib.
Комментариев нет:
Отправить комментарий